Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramlarının tərtib edilməsi Qaydaları”nın və “Ekoloji təhsil və maarifləndirmə üzrə məsləhət şuraları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2003-cü il 2 iyun tarixli 75 nömrəli, “Ekoloji təhsil və maarifləndirilməsi üzrə Sahələrarası Komissiya yaradılması və Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2003-cü il 22 sentyabr tarixli 120 nömrəli, “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2005-ci il 30 dekabr tarixli 247 nömrəli, “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 26 noyabr tarixli 277 nömrəli, “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2016-cı il 8 iyun tarixli 218 nömrəli, “Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 19 mart tarixli 118 nömrəli və “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalında barəsində məlumatlar yerləşdirilən istehsalçıların, eləcə də satıcıların fəaliyyətinin monitorinqinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2022-ci il 14 oktyabr tarixli 393 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Yerli rəy sorğusu haqqında”, “Avtomobil yolları haqqında”, “Diplomatik xidmət haqqında”, “Dövlət satınalmaları haqqında”, “Gənclər siyasəti haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında”, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında”, “Tənzimlənən qiymətlər haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 818-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 344; 2022, № 12, maddə 1552) ilə təsdiq edilmiş “Ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramlarının tərtib edilməsi Qaydaları”nın 4.1-ci və 4.2-ci bəndlərində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22 sentyabr tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 528; 2006, № 7, maddə 647; 2014, № 1, maddə 69, № 6, maddə 736; 2016, № 5, maddə 955; 2019, № 3, maddə 529; 2021, № 9, maddə 1085) ilə təsdiq edilmiş “Ekoloji təhsil və maarifləndirmə üzrə Sahələrarası Komissiya haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.1.10-cu yarımbənddə “kütləvi informasiya vasitələrindən” sözləri “mediadan” sözü ilə əvəz edilsin;

2.2. 4.2-ci bənddə “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1246; 2014, № 7, maddə 933, № 12, maddə 1679) ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”nın 2.10.8-ci yarımbəndində “kütləvi informasiya vasitələri ilə” sözləri “mediada” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1214) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin 1.1-ci bəndində və 2.1.8-ci yarımbəndində “kütləvi informasiya vasitələrində” sözləri “media məhsullarında” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli 218 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1196; 2019, № 7, maddə 1324; 2020, № 2, maddə 211) ilə təsdiq edilmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nın 2.9-cu bəndinin ikinci cümləsində “kütləvi, o cümlədən” sözləri “mediada, habelə” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 19 mart tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 552) ilə təsdiq edilmiş “Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi”nin 8.4.2-ci yarımbəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 14 oktyabr tarixli 393 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 10, maddə 1219) ilə təsdiq edilmiş “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalında barəsində məlumatlar yerləşdirilən istehsalçıların, eləcə də satıcıların fəaliyyətinin monitorinqinin aparılması Qaydaları”nın 4.6.3-cü yarımbəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 13 sentyabr 2023-cü il

№ 324

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin