Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ətraf mühitə dair informasiyanın verilməsinin maliyyələşdirilməsi mənbələrinin və ödənişin həcminin müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2003-cü il 7 iyul tarixli 88 nömrəli, “Ətraf mühitə dair elektron məlumat bankında olan açıq informasiyanın ümumi rabitə vasitələri ilə artırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2003-cü il 25 iyul tarixli 93 nömrəli, “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 1 fevral tarixli 22 nömrəli, “Teatrlara “akademik” və “milli” statusunun verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il 7 mart tarixli 67 nömrəli və “Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın təsdiq edilməsi haqqında” 2018-ci il 30 noyabr tarixli 517 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Məlumat azadlığı haqqında”, “Nəşriyyat işi haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Telekommunikasiya haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 810-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 7 iyul tarixli 88 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 7, maddə 388; 2020, № 5, maddə 643) ilə təsdiq edilmiş “Ətraf mühitə dair informasiyanın verilməsinin maliyyələşdirilməsi mənbələrinin və ödənişin həcminin müəyyən-ləşdirilməsi Qaydaları”nın 1.2.1-ci yarımbəndində “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 25 iyul tarixli 93 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 7, maddə 393) ilə təsdiq edilmiş “Ətraf mühitə dair elektron məlumat bankında olan açıq informasiyanın ümumi rabitə vasitələri ilə artırılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci və 3.3-cü bəndlərdə “kütləvi informasiya vasitə-lərində” sözləri “mediada” sözü ilə əvəz edilsin;

2.2. 2.3-cü və 3.1-ci bəndlərdə “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 182; 2009, № 2, maddə 144; 2014, № 2, maddə 216, № 6, maddə 747; 2016, № 9, maddə 1585; 2019, № 1, maddə 158; 2021, № 7, maddə 888; 2022, № 4, maddə 391, № 5, maddə 558, № 8, maddə 1015, № 12, maddə 1544; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 iyul tarixli 246 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nın 1.9-cu bəndində “Teleradio” sözü “Televiziya və radio” sözləri ilə, “Televiziya və radio yayımı haqqında” sözləri “Media haqqında” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 mart tarixli 67 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 236; 2020, № 10, maddə 1311) ilə təsdiq edilmiş “Teatrlara “akademik” və “milli” statusunun verilməsi Qaydası”nın 4.1-ci bəndinin altıncı abzasında “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 noyabr tarixli 517 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2464; 2022, № 4, maddə 380, № 7, maddə 810) ilə təsdiq edilmiş “Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın 1.4-cü bəndində, 1.5-ci bəndinin ikinci cümləsində, 2.1.3-cü yarımbəndində (hər iki halda), 2.1.6-cı yarımbəndinin ikinci cümləsində və 2.1.7-ci yarımbəndində “teleradio” sözü “televiziya və radio” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 30 avqust 2023-cü il

№ 298

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin