Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli, “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə” 1999-cu il 25 avqust tarixli 137 nömrəli, “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 126 nömrəli, “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” 2001-ci il 23 may tarixli 97 nömrəli, “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” 2001-ci il 23 may tarixli 98 nömrəli və “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 626-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 596; 2000, № 10, maddə 764; 2001, № 3, maddə 214; 2003, № 6, maddə 342; 2005, № 7, maddə 661, № 9, maddələr 857, 858, № 12, maddə 1244; 2006, № 1, maddə 58, № 3, maddə 291, № 4, maddə 370, № 9, maddələr 819, 821, № 10, maddələr 902, 903; 2007, № 2, maddələr 185, 188, № 5, maddə 544; 2008, № 2, maddələr 114, 129, 130, № 9, maddə 853; 2009, № 10, maddə 857; 2010, № 3, maddələr 263, 264, № 8, maddə 763, № 12, maddə 1123; 2011, № 5, maddə 449, № 7, maddə 742; 2012, № 2, maddə 180, № 7, maddə 773; 2014, № 4, maddə 459; 2016, № 7, maddə 1343, № 11, maddə 1973; 2017, № 4, maddə 610, № 5, maddə 995, № 9, maddə 1728, № 10, maddə 1913, № 12 (II kitab), maddə 2548; 2018, № 6, maddə 1348, № 9, maddə 1903, № 11, maddə 2458, № 12 (II kitab), maddə 2736; 2019, № 4, maddə 781, № 7, maddə 1319; 2020, № 4, maddə 480, № 9, maddə 1232, № 10, maddə 1273; 2021, № 3, maddə 275, № 7, maddə 875, № 9, maddə 1060, № 10, maddələr 1164, 1192, 1195; 2022, № 8, maddə 1007, № 9, maddə 1098) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablan-ması və ödənilməsi haqqında Əsasnamə”nin 84-cü hissəsində “istehsalatdan ayrılmaqla” sözləri “istehsalatdan tam və ya qismən ayrılmaqla” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 532; 2003, № 12 (II kitab), maddə 746; 2005, № 2, maddə 125; 2007, № 2, maddə 185; 2008, № 9, maddə 865; 2009, № 6, maddə 490, № 10, maddə 857; 2023, № 6, maddə 845) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş Siyahısı”nın “Nəzərə alınmayan ödənişlər:” hissəsinin on ikinci abzasında “istehsalatdan ayrılmaqla” sözləri “istehsalatdan tam və ya qismən ayrılmaqla” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 573; 2003, № 12 (II kitab), maddə 746; 2005, № 2, maddə 125; 2007, № 2, maddə 185; 2008, № 9, maddə 865; 2009, № 6, maddə 490, № 10, maddə 857; 2023, № 6, maddə 845) ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın “Nəzərə alınmayan ödənclər:” hissəsinin on beşinci abzasında “istehsalatdan ayrılmaqla” sözləri “istehsalatdan tam və ya qismən ayrılmaqla” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 5, maddə 347; 2010, № 3, maddə 258) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.4-cü bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.”;

4.2. 2.6-cı bəndin dördüncü abzasının birinci cümləsində “ixtisasını artırmağa göndərmək” sözləri “işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 5, maddə 348; 2004, № 9, maddə 747; 2005, № 12, maddə 1244; 2006, № 9, maddə 819; 2007, № 2, maddə 185; 2008, № 8, maddə 780; 2009, № 10, maddə 857; 2017, № 9, maddə 1739, № 12 (II kitab), maddə 2549; 2020, № 10, maddə 1269; 2021, № 5, maddə 507) ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri”nin 5-ci hissəsinin on birinci abzasında “istehsalatdan ayrılmaqla” sözləri “istehsalatdan tam və ya qismən ayrılmaqla” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 829; 2018, № 11, maddə 2429, № 12 (II kitab), maddə 2739; 2019, № 12, maddə 2099; 2020, № 8, maddə 1108, № 9, maddə 1221) ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 3.1.4-cü yarımbəndinin ikinci cümləsinə “istehsalatdan” sözündən sonra “tam” sözü əlavə edilsin. 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 15 sentyabr 2023-cü il

№ 330

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin