Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti
Qərar №3

Bakı şəhəri, 12 yanvar 2012-ci il

 

"İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə 2012-ci ildə aparılacaq monitorinqin qrafiki"nin təsdiq edilməsi barədə

"İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 iyun tarixli 102 nömrəli qərarının 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə 2012-ci ildə aparılacaq monitorinqin qrafiki" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin