Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti
Qərar № 07

 16 / 01 / 2012 il

“Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə Dövlət Proqramı”nın, “Tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər forma və şərtləri haqqında Əsasnamə”nin və “Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 noyabr tarixli 185 nömrəli qərarında dəyişiklik edilməsi barədə

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 noyabr tarixli 185 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 11, maddə 687; 2005, № 6, maddə 558; 2006, № 4, maddə 370; 2009, № 1, maddə 32) ilə təsdiq edilmiş “Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın II bölməsinin 2-ci hissəsində “1.1 və 1.2 bəndlərində qeyd edilən sahələrdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, 1.3 və 1.4 bəndlərində qeyd edilən sahələrdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi” sözləri “1.1- 1.4-cü bəndlərində qeyd edilən sahələrdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin