Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti
Qərar № 16

24 / 01 / 2012 il

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 4, maddə 299, № 8, maddə 550, № 10, maddə 639; 1999-cu il, № 2, maddə 150; 2000-ci il, № 5, maddə 374, № 7, maddə 559, № 8, III kitab, maddə 643, № 9, maddələr 690, 699, 700, № 10, maddə 770; 2001-ci il, № 4, maddə 289, № 8, maddə 561; 2002-ci il, № 4, II kitab, maddələr 209, 212; 2005-ci il, № 1, maddə 56; 2006-cı il, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2008-ci il, № 7, maddələr 672, 687; 2009-cu il, № 9, maddələr 742,744, № 12, maddələr 1061, 1071; 2010-cu il, № 7, maddə 706, № 12, maddə 1114; 2011-ci il, № 1, maddə 68) aşağıdakı məzmunda 4.18-ci bənd əlavə edilsin:

“4.18. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən alınan qeydiyyat şəhadətnamələri, sürücülük vəsiqələri, qeydiyyat nişanları, xidmətlə bağlı digər blanklar və büdcə vəsaiti hesabına idxal olunan avadanlıqlar.”.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin