Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti
Qərar № 49

Bakı şəhəri, 2 mart 2012-ci il

Bakı Metropoliteninin «Məşədi Əzizbəyov» stansiyasının adının dəyişdirilərək «Koroğlu» adlandırılması haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Bakı Metropoliteninin «Məşədi Əzizbəyov» stansiyasının adı dəyişdirilərək «Koroğlu» adlandırılsın.

2. Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Metropoliteni bu qərardan irəli gələn məsələləri həll etsinlər.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin