Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti
Qərar № 52

Bakı şəhəri, 2 mart 2012-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 sentyabr tarixli 339 saylı qərarı ilə təsdiq edilmiş "Uşaq evlərinin Nümunəvi Əsasnaməsi"ndə dəyişikliklər edilməsi haqqında

"Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1941 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 sentyabr tarixli 339 saylı qərarı ilə təsdiq edilmiş "Uşaq evlərinin Nümunəvi Əsasnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 7-ci hissənin ikinci cümləsində "təhsil şöbələrinin" sözləri "icra hakimiyyəti orqanlarının" sözləri ilə əvəz edilsin;

1.2. 17-ci hissənin ikinci cümləsində "nazirlik" sözü "yerli icra hakimiyyəti orqanı" sözləri ilə əvəz edilsin;

1.3. 22-ci hissənin ikinci cümləsində "təhsil şöbəsi və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları" sözləri "yerli icra hakimiyyəti orqanı" sözləri ilə əvəz edilsin;

1.4. 43-cü hissənin ikinci cümləsində "Təhsil Nazirliyi" sözləri "yerli icra hakimiyyəti orqanı" sözləri ilə əvəz edilsin;

1.5. 56-cı hissədə "təhsil" sözü "icra hakimiyyəti" sözləri ilə əvəz edilsin;

1.6. 66-cı hissədə "təhsil" sözü " yerli icra hakimiyyəti" sözləri ilə əvəz edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin