Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti
Qərar № 54

Bakı şəhəri, 2 mart 2012-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 24 nömrəli qərarı ilə təsdiq edilmiş "Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə

"Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1941 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 24 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 191; 2007, № 2, maddə 185; 2008, № 2, maddə 130; 2009, № 10, maddə 857) ilə təsdiq edilmiş "Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5-ci hissədə "Azərbaycan Respublikası Təhsil Nazirliyinin və yerli təhsil şöbələrinin" sözləri "yerli icra hakimiyyəti orqanlarının" sözləri ilə əvəz edilsin;

1.2. 28-ci hissədə "Təhsil Nazirliyi" sözləri "yerli icra hakimiyyəti orqanları" sözləri ilə əvəz edilsin;

1.3. 33-cü hissədə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi" sözləri "yerli icra hakimiyyəti orqanları" sözləri ilə əvəz edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin