Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti
Qərar № 57

Bakı şəhəri, 6 mart 2012-ci il

"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzində çalışan işçilərin aylıq vəzifə maaşlarına əlavələrin müəyyən edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin dördüncü abzasına əsasən, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzində çalışan işçilərin aylıq vəzifə maaşlarına əlavələr bu qərarın əlavəsinə uyğun olaraq müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi ilə birlikdə bu qərarın icrası ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

3. Bu qərar 2012-ci il aprelin 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin