Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti
Qərar № 68

Bakı şəhəri, 15 mart 2012-ci il

"Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqusttarixli 137 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

"Gədəbəy rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 25 oktyabr tarixli 223-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 dekabr tarixli 1913 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 548; 2003, № 4, maddə 225, № 7, maddə 392, № 10, maddə 616; 2004, № 5, maddə 379; 2005, № 9, maddə 853; 2007, № 2, maddə 191; 2008, № 2, maddələr 104, 112, № 6, maddə 584, № 8, maddə 788; 2010, № 4, maddə 361, № 6, maddə 568) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin qərara 1 nömrəli əlavə - "Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı"nın "Gədəbəy rayonu" bölməsində "Ağamalı" sözü "Çanaqçı" sözü ilə, "Əliismayıllı" sözü "Alnabat" sözü ilə, "Rüstəm Əliyev" sözləri "Miskinli" sözü ilə əvəz edilsin;

1.2. həmin qərara 2 nömrəli əlavə - "Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı"nın "Gədəbəy rayonu" bölməsində "Dikdaş" sözü "Qızıltorpaq" sözü ilə əvəz edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin