Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti
Qərar№ 53

Bakı şəhəri, 2 mart 2012-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 17 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Məktəbəqədər tərbiyə müəssisələri haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə

"Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1941 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 17 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Məktəbəqədər tərbiyə müəssisələri haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 50-ci hissənin birinci abzasında "Nazirliyin və rayon (şəhər) təhsil şöbələrinin" sözləri "Yerli icra hakimiyyəti orqanlarının" sözləri ilə əvəz edilsin;

1.2. 62-ci hissənin yeddinci abzasında "təhsil orqanlarının təqdimatına əsasən, nazirliyin əmri" sözləri "icra hakimiyyəti orqanının qərarı" sözləri ilə əvəz edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin