Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 sentyabr tarixli 3130 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 iyun tarixli 1454 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 sentyabr tarixli 3130 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə 1081; 2014, № 4, maddə 391; 2015, № 9, maddələr 989, 1050; 2017, № 12, maddə 2433) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nın 4.1.3-cü yarımbəndində “Aviasiya Dəstəsinin” sözləri “Çevik Hərəkət Qüvvələrinin” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin