Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2009-cu il 9 fevral tarixli 48 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2016-cı il 11 aprel tarixli 858 nömrəli, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2018-ci il 7 fevral tarixli 1819 nömrəli, “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 19 mart tarixli 597 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarında və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010, № 2, maddələr 77, 80; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 108, № 9, maddə 988; 2016, № 9, maddə 1479; 2017, № 5, maddə 771, № 6, maddə 1081; 2018, № 1, maddə 47, № 3, maddə 450, № 5, maddə 912, № 12 (I kitab), maddələr 2556, 2572; 2019, № 3, maddə 409, № 5, maddə 834, № 10, maddə 1587; 2021, № 9, maddə 988; 2022, № 8, maddə 874, № 12, maddə 1425; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 iyul tarixli 2233 nömrəli Fərmanı) ilə təsdiq edilmiş Əlavə II – “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.6-cı bəndi aşağıdakı redaksiyada verilsin:

“8.6. dövlət satınalmalarının maliyyə vəsaitindən (Azərbaycan Respublikası dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, o cümlədən məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları, büdcədənkənar dövlət fondlarının vəsaitləri) səmərəli və qənaətlə istifadə edilməsi prinsipləri əsasında həyata keçirilməsini təmin etmək məqsədilə həmin sahə üzrə dövlət tənzimlənməsində, dövlət siyasətinin həyata keçirilməsində, normativ hüquqi aktların hazırlanmasında və ekspertizasının aparılmasında iştirak etmək;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858; 2013, № 2, maddə 109, № 3, maddə 254, № 4, maddə 377; 2014, № 2, maddə 117, № 5, maddə 486, № 9, maddələr 1027, 1044, 1048; 2015, № 6, maddə 708, № 8, maddə 917, № 10, maddə 1122; 2016, № 2 (II kitab), maddə 251, № 5, maddə 852, № 8, maddə 1384, № 9, maddə 1464; 2017, № 2, maddə 174, № 4, maddə 564, № 5, maddə 809, № 8, maddələr 1521, 1531; 2018, № 3, maddə 437, № 6, maddə 1242, № 10, maddə 2013, № 11, maddə 2553; 2019, № 1, maddə 61, № 4, maddə 647; 2020, № 8, maddələr 1039, 1044, 1047; 2021, № 8, maddə 919, № 9, maddə 990, № 11, maddə 1217; 2022, № 5, maddə 475, № 10, maddə 1133, № 11, maddə 1264; 2023, № 1, maddə 84, № 2, maddə 245, № 5, maddələr 658, 665; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 iyul tarixli 2232 nömrəli və 26 iyul tarixli 2244 nömrəli fərmanları) ilə təsdiq edilmiş Əlavə 1 – “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 4.1.10-cu yarımbəndində “qanunla müəyyən edilmiş qaydada müsabiqə və tenderlər” sözləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalmalar” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 663, № 11, maddə 1820; 2017, № 5, maddə 820, № 9, maddə 1656; 2018, № 2, maddə 183; 2019, № 3, maddə 411, № 5, maddə 817; 2020, № 5, maddə 545; 2022, № 8, maddə 853) 9.1-ci bəndində “Qanunu ilə müəyyən edilmiş qaydada müsabiqə” sözləri “Qanununa uyğun olaraq satınalma” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2316; 2020, № 7, maddə 875; 2022, № 10, maddə 1130) ilə təsdiq edilmiş “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3.1.3-cü yarımbənddə “satınalmalar haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada tenderlərin (müsabiqələrin)” sözləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalmaların” sözləri ilə əvəz edilsin;

4.2. 3.1.26-cı yarımbənddə “tenderlərdə (müsabiqələrdə) müvafiq qanunvericiliyə” sözləri “satınalmalarda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz olunsun.

5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2328; 2018, № 5, maddə 897, № 8, maddə 1690; 2019, № 1, maddə 60, № 3, maddələr 411, 416, № 6, maddə 1014, № 12, maddə 1923; 2021, № 5, maddə 434; 2022, № 8, maddə 891, № 10, maddə 1134) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin 2.2.19-cu yarımbəndində “qanunla müəyyən edilmiş qaydada tenderlər (müsabiqələr)” sözləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalmalar” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 183, № 6, maddə 1196; 2020, № 2, maddə 93) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”nin 3.2.18-ci yarımbəndində “qanunla müəyyən edilmiş qaydada tenderlər (müsabiqələr)” sözləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalmalar” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 437, № 10, maddə 1581; 2021, № 12, maddə 1405; 2022, № 4, maddə 306, № 8, maddə 883; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2185 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Nizamnaməsi”nin 3.2.17-ci yarımbəndində “qanunla müəyyən edilmiş qaydada tenderlər (müsabiqələr)” sözləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalmalar” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 542, № 7, maddə 862, № 9, maddə 1151; 2021, № 12, maddə 1398; 2022, № 9, maddə 1037; 2023, № 1, maddə 79) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

8.1. 2.0.5-ci yarımbənddə “dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin)” sözləri “maliyyə vəsaiti hesabına satınalma predmetinin” sözləri ilə əvəz edilsin;

8.2. 3.0.29-cu yarımbənddə “malgöndərənlərin” sözü “təchizatçıların” sözü ilə əvəz edilsin;

8.3. 3.0.30-cu yarımbənddə “dövlət vəsaitindən” sözləri “maliyyə vəsaitindən” sözləri ilə və “şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri” sözləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş prinsiplər” sözləri ilə əvəz edilsin;

8.4. 3.0.31-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.0.31. maliyyə vəsaiti hesabına satınalma predmetinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satın alınmasına və satınalma müqavilələrinin icrasına nəzarət etmək, mübahisəli məsələləri araşdırmaq və nəticəsindən asılı olaraq həmin Qanunda nəzərdə tutulmuş qaydada tədbirlər görmək;”;

8.5. 3.0.34-cü yarımbənddə “malgöndərənlərin (podratçıların) şikayətlərinə” sözləri “təchizatçıların şikayətlərinə “İnzibati icraat haqqında” və” sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 339; 2023, № 3, maddə 391) ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı” hissəsinin 2.15-ci bəndində “Tədbirin adı” sütununda “tender” sözü “satınalma” sözü ilə, “Aralıq nəticə” sütununda “Tender” sözü “Satınalma” sözü ilə əvəz edilsin.

10. Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 avqust 2023-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin