Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikası Prezidentinin “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1577-VQD nömrəli Qanununun tətbiqi və “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 29 may tarixli 712 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” 2020-ci il 15 aprel tarixli 988 nömrəli və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” 2022-ci il 24 iyun tarixli 1723 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2390 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Prezidentinin “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1577-VQD nömrəli Qanununun tətbiqi və “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 29 may tarixli 712 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli fərman-larında dəyişiklik edilməsi barədə” 2020-ci il 15 aprel tarixli 988 nömrəli və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” 2022-ci il 24 iyun tarixli 1723 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2390 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Fitosanitar tədbirlərinə və dövlət fitosanitar xidmətlərinə görə xidmət haqqının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 avqust tarixli 307 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 8, maddə 1124 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

2. “Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli 178 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (IV kitab), maddə 684 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

3. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin Agentliyin hesabına köçürülən vəsaitin bölgüsü və ondan istifadə Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 yanvar tarixli 22 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 141 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

4. “Qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların nümunələrinin sınaq laborato-riyalarında tədqiqinə (sınağına) görə xidmət haqqının məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 7 mart tarixli 72 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 3, maddə 422 (Cild I) 3-cü hissəsi ləğv edilsin.

5. “Qida təhlükəsizliyi sahəsində həyat və sağlamlığın qorunması məqsədilə risklərin idarə edilməsi üzrə qeyri-müəyyən subyektlər dairəsinə münasibətdə həyata keçirilən müvəqqəti tədbirlərin tətbiqi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 may tarixli 149 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 716 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

6. “Qida məhsullarının zənginləşdirilməsi (fortifikasiya) haqqında qərarın qəbul edilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 may tarixli 150 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 717 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

7. “Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestrinin aparılması qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 17 iyun tarixli 197 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 859 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

8. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi qaydası”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 542 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 17 iyun tarixli 198 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 860 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 fevral tarixli 86 nömrəli Qərarı) 3-cü hissəsi ləğv edilsin.

9. “Qida təhlükəsizliyi sahəsində risklərin təhlili qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 8 iyul tarixli 225 nömrəli Qərarının (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2023, № 7, maddə 1065 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

10. “Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi Qaydası və forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 26 oktyabr tarixli 383 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunveri-cilik Toplusu, 2023, № 10, maddə 1463 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

11. “Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydası, həmin məhsul, material və məmulatlar gömrük ərazisinə gətirilməzdən əvvəl göndərilən elektron bildirişin forması və təqdim edilmə müddətləri, qida və yem məhsullarının tranzit daşıması Qaydası”nın, “Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət edilməli olan qida və yem məhsullarının Siyahısı”nın təsdiq edilməsi və “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli Qərarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 7 dekabr tarixli 442 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (II kitab), maddə 1777 (Cild I) 4-cü hissəsi ləğv edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 13 mart 2024-cü il

№ 152

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin