Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 5-6 (əlavə), maddə 93; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 15) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”nin 45-ci maddəsinin ikinci hissəsi və 46-cı maddəsi çıxarılsın.

II. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 22 (əlavə), maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №3, maddə 133, №5, maddə 312; 2007-ci il, №8, maddə 754, №11, maddə 1078; 2008-ci il, №8, maddə 709) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 18-ci maddəsinin iyirmi dördüncü abzasında “, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada cinayət işi qaldıraraq təhqiqat aparmaq” sözləri çıxarılsın.

III. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 22 (əlavə), maddə 364; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №5, maddə 312, №6, maddə 415; 2007-ci il, №8, maddə 754; 2008-ci il, №8, maddə 709; 2010-cu il, №4, maddə 274) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 64-cü maddənin on ikinci abzasında “qaldırmaq (təhqiqat təyin etmək)” sözləri “başlamaq, təhqiqat aparmaq (müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində hərbi qulluqçular tərəfindən və ya hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə dair işlər üzrə cinayət işi başlamaq və təhqiqat aparmaq vəzifəsi müvafiq icra hakimiyyəti orqanının təhqiqatçıları tərəfindən yerinə yetirilir)” sözləri ilə əvəz edilsin;

2. 109-cu maddənin on ikinci abzasında “qaldırmaq, təhqiqat təyin etmək” sözləri “başlamaq, təhqiqat aparmaq (müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində hərbi qulluqçular tərəfindən və ya hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə dair işlər üzrə cinayət işi başlamaq və təhqiqat aparmaq vəzifəsi müvafiq icra hakimiyyəti orqanının təhqiqatçıları tərəfindən yerinə yetirilir)” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin