RƏSMİ SƏNƏDLƏR
“Azərbaycan Respublikası və Ukrayna arasında hərtərəfli əməkdaşlığa dair 2011–2015-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2011-ci il aprelin 28-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası və Ukrayna arasında hərtərəfli əməkdaşlığa dair 2011-2015-ci illər üçün Tədbirlər Planı” təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2011-ci il.