Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, II kitab, maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001-ci il, № 1, maddə 24, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003-cü il, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12, I kitab, maddə 676; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005-ci il, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006-cı il, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007-ci il, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008-ci il, № 6, maddələr 454, 461, № 7, maddə 602, № 10, maddə 884, № 12, maddələr 1047, 1049; 2009-cu il, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 953; 2010-cu il, № 2, maddə 70, № 3, maddələr 171, 178, № 4, maddələr 275, 276, № 7, maddə 591; 2011-ci il, № 4, maddə 253) aşağıdakı dəyişikliklər edilsin:

1. 228-ci maddənin adından “odlu” sözü çıxarılsın;

2. 228.4-cü maddədə “tullayıcı silahı” sözləri “soyuq atıcı silahı” sözləri ilə əvəz edilsin.

3. 229.4-cü maddədə “tullayıcı silahı” sözləri “soyuq atıcı silahı” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2011-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin