Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 584; 2001-ci il, №1, maddə 24, №3, maddə 139, №7, maddə 455, №11, maddələr 680, 698, №12, maddə 731; 2002-ci il, №1, maddə 9, №4, I kitab, maddə 165, №5, maddələr 234, 237, 239, №6, maddə 326, №8, maddə 463, №12, maddə 692; 2003-cü il, №1, maddələr 3, 13, 23, №4, maddələr 177, 178, №5, maddə 228, №6, maddələr 257, 276, 279, №8, maddələr 407, 425, №12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, №1, maddələr 6, 7, 10, 13, №4, maddələr 200, 201, 204, №5, maddələr 313, 314, 317, 321, №6, maddə 397, №8, maddələr 596, 597, №10, maddələr 762, 779, №11, maddə 900, №12 maddə 973; 2005-ci il, №1, maddələr 5, 6, №2, maddə 61, №4, maddələr 272, 273, 275, 278, №6, maddələr 462, 466, №7, maddə 576, №8, maddələr 691, 692, №10, maddələr 875, 877, 904, №11, maddələr 993, 994, 995, №12, maddələr 1083, 1085; 2006-cı il, №2, maddələr 64, 68, №3, maddələr 219, 220, 223, 225, №5, maddə 385, №6, maddə 478, №11, maddələr 923, 924, 932, №12, maddələr 1005, 1020, 1024; 2007-ci il, №1, maddələr 3, 4, №2, maddələr 65, 68, №5, maddələr 397, 398, 401, 440, №6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, №10, maddələr 935, 936, 938, 940, №11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, №12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008-ci il, №2, maddə 47, №3, maddələr 146, 152, 159, №4, maddə 249, №5, maddə 340, №6, maddələr 454, 460, 461, 464, №7, maddələr 601, 602, 605, №8, maddələr 699, 701, №10, maddələr 884, 885, №11, maddələr 956, 957, №12, maddələr 1045, 1047, 1049; 2009-cu il, №2, maddələr 36, 45, 49, 52, 53, №5, maddələr 309, 315, №6, maddələr 404, 405, №7, maddələr 517, 518, 519, №8, maddə 611, №11, maddə, 878, №12, maddələr 953, 954, 966, 971; 2010-cu il, №2, maddələr 70, 71, №3, maddələr 167, 171, 178, №4, maddələr 275, 276, №5, maddə 379, 380, №6, maddə 483; Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli, 1014-IIIQD nömrəli, 18 iyun tarixli, 1034-IIIQD, 1037-IIIQD, 1038-IIIQD nömrəli, 22 iyun tarixli, 1045-IIIQD, 1047-IIIQD nömrəli qanunları) aşağıdakı əlavələr edilsin:

1. Aşağıdakı məzmunda 180-1-ci və 221.5-ci maddələr əlavə edilsin:

“Maddə 180-1. Abonentin identifikasiya modulunun və ya mobil telefon aparatının başqa şəxslərə kirayəyə verilməsi

Mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə abonentin identifikasiya modulunun (sim kartlar və ya digər kartlar) və ya mobil telefon aparatının başqa şəxslərə kirayəyə verilməsinə görə -

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər min manatdan iki min manatadək, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir.”;

“Maddə 221.5. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada verilən icazə olmadan yaşayış məntəqələrində küçə reklam daşıyıcılarının yerləşdirilməsinə görə -

bu cür reklam daşıyıcıları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda, hüquqi şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək miqdarda cərimə edilir.”;

2. 360.1-ci maddəyə “205,” rəqəmindən sonra “221.5,” rəqəmi əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin