Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır:

1. İsmayıllı rayonunun Mican kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Mican, Qəzli və İsmayıllı kəndləri ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılsın.

2. Ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılan Mican kəndinin 1169,54 ha (bundan dövlət mülkiyyətində olan 92,36 ha, bələdiyyə mülkiyyətində olan 195,65 ha və xüsusi mülkiyyətdə olan 881,53 ha) təşkil edən ərazisi, Qəzli kəndinin 481,72 ha (bundan dövlət mülkiyyətində olan 20,42 ha, bələdiyyə mülkiyyətində olan 243,22 ha və xüsusi mülkiyyətdə olan 218,08 ha) təşkil edən ərazisi və İsmayıllı kəndinin 2063,52 ha (bundan dövlət mülkiyyətində olan 215,0 ha, bələdiyyə mülkiyyətində olan 556,13 ha və xüsusi mülkiyyətdə olan 1292,39 ha) təşkil edən ərazisi bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, İsmayıllı şəhər inzibati ərazi dairəsi tərkibindəki İsmayıllı şəhərinin inzibati ərazisinə birləşdirilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 dekabr 2011-ci il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin