Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm cənab Prezident!

Biologiya elminin inkişafı sahəsindəki xidmətlərimi yüksək qiymətləndirərək məni “Şöhrət” ordeni ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizin elm xadimlərinə əvəzsiz qayğınız biz - elm adamlarını yeni axtarışlara ruhlandırır. Elmə bu cür daimi qayğı və diqqətiniz ölkəmizdə biologiya elminin inkişafına böyük təkan vermişdir. Bir neçə gün əvvəl “Bioloji müxtəlifliyin genetik ehtiyatları üzrə Dövlət Komissiyasının yaradılması haqqında” imzaladığınız sərəncam buna əyani sübutdur.

Siz doğrudan da heç kəsin xidimətini unutmur və hər kəsin əməyini layiqincə qiymətləndirirsiniz.

Möhtərəm Prezident! Sizi əmin edirik ki, biz - elm xadimləri müstəqil respublikamızın çiçəklənməsi naminə bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik.

Bir daha çox sağ olun.

Sizə dərin hörmətlə,

Akademik

M.Ə.Musayev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin