Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri,

Xəzər dənizində “Merkuri-2” bərəsinin faciəli surətdə qəzaya uğramasına inanmağımız belə gəlmir. “STATOYL” şirkəti bu xəbəri dərin kədər hissi ilə izləyirdi. İsanların faciəli surətdə həlak olması qəlbimizi kədər hissi ilə bürüdü.

Bu ağır anda bizim fikirlərimiz həlak olanların ruhu və Azərbaycan xalqı ilədir.

“STATOYL” şirkəti adından Sizə dərin hüznlə başsağlığı verirəm.

Səmimiyyətlə Sizin,

“STATOİL” şirkəti adından

Olaf Fjell

“STATOYL” şirkətinin prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin