RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident!
18 Oktyabr - Azərbaycanın Müstəqillik günü münasibətilə mənim və Amerika xalqının təbriklərini qəbul etməyinizi xahiş edirəm.
Birləşmiş Ştatlar Azərbaycan xalqının demokratik, firavan və dinc gələcəyini qurmaq üçün ölkənizin göstərdiyi səyləri dəstəkləməkdə davam edir. Biz Azərbaycanla əməkdaşlığı davam etdirməyi və dövlətlərimiz arasında dostluğu möhkəmləndirməyi ürəkdən arzulayırıq.
Qarşıdan gələn ildə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm.
Səmimiyyətlə,
Corc Buş
Amerika Birləşmiş Ştatlarının Prezidenti.