RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Dövlət müstəqilliyi gününü bayram etdiyiniz bir vaxtda şəxsən öz adımdan və Bəhreyn Krallığının xalqı adından Zati-alilərinizə və Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı bildirməkdən məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, səmimiyyətlə şəxsən Sizə möhkəm cansağlığı və səadət, ölkənizin xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram.
Zati-aliləri, Sizə ən yüksək ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm.
Həməd bin İsa Al Xəlifə
Bəhreynin Kralı.