RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli Prezident,
Əziz dostum,
Dost və qardaş Azərbaycanın Respublika gününü türk xalqı adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm. Azərbaycan xalqının Azərbaycan Xalq Cümhuriyyətinin 90-cı ildönümünü qeyd etdiyi bu xoş gündəki sevinc və həyəcanını bölüşürük.
Gücünü ortaq dil, mədəniyyət və tariximizdən alan qarşılıqlı münasibətlərimizin hər sahədə genişlənərək daim davam edəcəyinə və qardaş xalqlarımız arasındakı həmrəylik ruhunun bundan sonra da güclənəcəyinə ürəkdən inanıram.
Sizə səmimi qəlbdən cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm.
Abdullah Gül
Türkiyə Respublikasının Prezidenti