RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Respublika günü münasibətilə Koreya xalqı adından Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Baş nazirimizin bu yaxınlarda etdiyi səfərin ölkələrimiz arasında əməkdaşlıq və dostluq münasibətlərini daha da gücləndirəcəyinə inanıram. Bu münasibətlərin gələcək illərdə xalqlarımızın mənafeyi naminə daha da inkişaf edəcəyinə əminəm.
Zati-aliləri, ən xoş arzularla Sizə daimi cansağlığı və müvəffəqiyyət, gözəl ölkənizə rifah diləyirəm.
Li Men Bak
Koreya Respublikasının Prezidenti