Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 583; 2001-ci il, №7, maddə 454, №9, maddə 576, №12, maddə 734; 2002-ci il, №5, maddə 249, №12, maddə 707; 2003-cü il, №8, maddə 425, №12, I kitab, maddə 671; 2004-cü il, №1, maddə 1, №11, maddə 887, №12, maddə 980; 2005-ci il, №2, maddə 61, №8, maddə 688, №12, maddə 1081; 2006-cı il, №12, maddələr 1005, 1026; 2007-ci il, №1, maddə 4, №6, maddə 597, №12, maddə 1192; 2008-ci il, №7, maddə 602, №11, maddə 960; 2009-cu il, №7, maddə 506) 102.1.17-ci maddəsində “deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarına” sözləri “və hakimlərə öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün qanunla müəyyən edilmiş miqdarda verilən” sözləri ilə əvəz edilsin.

II. Bu Qanun 2010-cu il oktyabrın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin