İQTİSADİYYAT
Azərbaycan sahibkarları Moskvada beynəlxalq ixtisaslaşdırılmış sərgidə iştiraka dəvət edilirlər
Bakı, 11 avqust, AZƏRTAC
Bu il sentyabrın 13-15-də Moskvada "İmportozameşeniye" adlı ikinci beynəlxalq ixtisaslaşdırılmış sərgi açılacaq. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları sərgidə iştiraka dəvət olunurlar.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, sərgidə Rusiya şirkətləri ilə yanaşı, xarici şirkətlər qismində Çin, Belarus və Tacikistanı təmsil edən şirkətlərin məhsullarının nümayişi gözlənilir. Həmçinin sərginin 2-ci əsas hissəsini 8 "dəyirmi masa", 170-ə yaxın məruzə, Rusiyanın dövlət qurumları və yerli hakimiyyət orqanlarının çıxışlarından ibarət biznes proqramlar təşkil edəcək.