İDMAN
Azərbaycan yığmasının sabiq məşqçisi Robert Prosineçki: Mənə görə, Messi ən yaxşı futbolçudur
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan yığmasının sabiq məşqçisi Robert Prosineçki "Barselona" klubunun hücumçusu Lionel Messini futbol tarixində ən yaxşı oyunçu adlandırıb.
AZƏRTAC xəbər verir ki, "Mundo Deportivo" nəşri onun bu sözlərini sitat gətirib: "Mənə görə, Messi ən yaxşı futbolçudur. Bunca ildir "Barselona" klubunun nəticələrini o müəyyən edir. O, mümkün olan bütün mükafatları qazanıb, o qədər sayda qol vurub, o qədər ötürmə edib. Hələ necə futbol oynadığını demirəm.
Bəziləri Maradonanın və ya Ronaldonun adlarını çəkəcəklər, lakin mənim üçün Leo indiyədək olanlar və indi olanlar arasında ən yaxşı oyunçudur. Çoxları Kriştianu Ronaldunu, yaxud braziliyalı Ronaldonu, - onlar da az qala bütün mükafatları qazanıblar, - xatırlayacaqlar. Lakin hər hansı birini seçmək lazım gəlsə, o, Messidir".
Prosineçki 2019-cu ildən Türkiyənin "Kayzerispor" klubuna başçılıq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [23:10]
Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib
- 03.05.2024 [22:11]
Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib
- 03.05.2024 [21:14]
"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib
- 03.05.2024 [19:40]
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO
- 03.05.2024 [18:59]
Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var
- 03.05.2024 [18:00]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
- 03.05.2024 [17:19]