Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycanda avtomobillərin utilizasiyası COP29 ərəfəsində ətraf mühitin qorunması ilə bağlı prinsiplərə xidmət edir - ŞƏRH

Azərbaycanda avtomobillərin utilizasiyası COP29 ərəfəsində ətraf mühitin qorunması ilə bağlı prinsiplərə xidmət edir -  ŞƏRH

Bakı, 30 yanvar, AZƏRTAC

Köhnə, istifadəyə yararsız avtomobillər getdikcə müasirləşən şəhərimizin estetik görünüşünə xələl gətirməklə yanaşı, ekoloji tarazlığın pozulmasına, eləcə də yol-nəqliyyat hadisələrinin artmasına səbəb olur. Son araşdırmalara görə, Azərbaycanda istismar olunan avtomobillərin 80 faizindən çoxunun istehsal tarixi 10 ili ötüb. Bütövlükdə isə hazırda Azərbaycanda hər 20 avtomobildən biri həddindən artıq köhnəldiyindən istismara yararsız hesab olunur. Elmi tədqiqatlar göstərir ki, hava hövzəsinin çirklənməsində bu avtonəqliyyat vasitələrinin payı 80 faizdir. Avtomobillərin istehsalından sonrakı 1-3 il ərzində zərərli qaz tullantılarının səviyyəsini istehsalçı müəssisənin zəmanət verdiyi həddə saxlamaq mümkündür.

AZƏRTAC xəbər verir ki, tədqiqatlara görə, nəqliyyat vasitəsi köhnəldikcə onun atmosfera buraxdığı zərərli qaz tullantıları artır. 2016-cı ildə “Paris İqlim Sazişi”nə qoşulan Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının səviyyəsinin 35 faiz azaldılmasını qarşıya mühüm hədəf kimi qoyub. Bu istiqamətdə atılan mühüm addımlardan biri kimi ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və təşviqi məqsədilə elektrik mühərrikli minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumunun 0 faizə endirilməsini qeyd etmək olar. Həmçinin təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək Azərbaycan dövlətinin milli hədəflərindən biridir. Hər il fərqli ölkənin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il Bakıda keçirilməsi də Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir. Buna uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Milli hədəfimizə çatmağın yollarından biri şübhəsiz ki, ölkənin nəqliyyat parkının yenilənməsi, ekoloji cəhətdən təmiz avtomobillərin sayının artırılmasına nail olmaqdır.

Utilizasiyanın əsas məqsədi odur ki, həm yol hərəkətinin təhlükəsizliyi, həm də ekoloji baxımdan istismara yararsız avtomobillər dövriyyədən çıxarılsın, onların müəyyən materialları - metal, polimer və plastik materialdan olan hissələri, təkərləri, şüşələri təkrar emala yönəldilsin, yaxud da ətraf mühit üçün zərərsiz hala gətirilsin. Ona görə də ölkəmizdə köhnə avtomobillərin utilizasiyası xüsusi aktuallıq kəsb edir. Nəqliyyat vasitələrinin utilizasiyaya onların mülkiyyətçiləri tərəfindən könüllü şəkildə təqdim edilir. “Çirkləndirən ödəyir” beynəlxalq ekoloji prinsipinə uyğun olaraq, nəqliyyat vasitələrinin sahiblərindən utilizasiya haqqı tutulur və məqsədli büdcə fonduna ödənilir. Mülkiyyətçinin istəyinə uyğun olaraq nəqliyyat vasitələrinin satışı fəaliyyəti göstərən sahibkarlardan yerli istehsal yeni nəqliyyat vasitəsi satın alarsa, müvafiq məbləğdə güzəşt, yaxud; müvafiq güzəşt məbləğinin 70 faizi dəyərində Utilizasiya Fondundan birdəfəlik ödəniş alır. Bu da yerli avtomobil istehsalını stimullaşdırmaq hədəfini daşıyır.

İqtisadçı-ekspert Roman Qaraşov bildirib ki, 2024-cü il fevralın 1-dən etibarən Azərbaycanda nəqliyyat vasitələrinin Utilizasiyası Fondunun fəaliyyətə başlanılması gözlənilir: “Təbii ki, Utilizasiya Fondunun əsas büdcəsi utilizasiya haqları, kredit və qrantlar, fiziki şəxslərin könüllü ianələri, o cümlədən beynəlxalq təşkilatlar, qanunla qadağan olmayan digər mənbələrdən formalaşır. Bu cür fondun yaradılmasını Azərbaycanın iqlim dəyişiklikləri ilə əlaqədar qlobal miqyasda verdiyi töhfələrin davamı kimi də qiymətləndirə bilərik. Ölkəmiz iqlim dəyişikliyi və ətraf mühitin qorunması ilə bağlı beynəlxalq tendensiyaları və yanaşmaları izləyərək bu istiqamətdə işlərini davam etdirir”.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov AZƏRTAC-a bildirib ki, utilizasiya prosesi bütövlükdə ətraf mühitin qorunması baxımından vacib tədbirlərdən biridir. Deputatın sözlərinə görə, əksər inkişaf etmiş ölkələrdə bu proses aparılıb və bəzilərində davam etdirilməkdədir. Bunun əsas məqsədi isə dövlətin formalaşdırdığı utilizasiya fondu hesabına avtomobil parkının yenilənməsinə nail olmaqdır.

Nazirlər Kabinetinin qərarı ilə istehsal ili 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalı dayandırıldığını diqqətə çatdıran Vüqar Bayramov burada məqsədin ətraf mühitin qorunması ilə bağlı meyarlara uyğun avtomobil parkının formalaşmasına nail olmaqdan ibarət olduğunu qeyd edib.

“Bu qərar, həm də COP29 kontekstindən çox vacibdir. Çünki COP29-un əsas hədəfi ətraf mühiti qorumaq və bu istiqamətdə sistemli fəaliyyətlər həyata keçirməkdən ibarətdir. Nəzərə alsaq ki, Azərbaycan COP29-a ev sahibliyi edən ölkədir və COP29 meyarlarına uyğun olaraq da ətraf mühitin qorunması ilə bağlı fərqli alətlərdən əlaqənin istifadə edilməsi vacib hesab olunur. Bu baxımdan da, bütövlükdə avtomobillərin utilizasiyasının həyata keçirilməsi Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı prinsiplərinin daha da möhkəmləndirilməsinə xidmət edən bir addımdır. Nəticə etibarilə nəqliyyat vasitələrinin utilizasiyası, COP29-a ev sahibliyi edən Azərbaycanın bütövlükdə ətraf mühitin qorunması ilə bağlı həyata keçirdiyi sistemli fəaliyyətlərin bir hissəsi kimi də xarakterizə olunur”,- deyə deputat V.Bayramov qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cavid Vəliyev: Hazırda Türk Dövlətləri Təşkilatının önəmi artmaqdadır

“Tedaruk.az” portalında ərzaq məhsullarına dair tələbatların yerləşdirilməsinə başlanır

“Zəngilan” və “Şayıflı” SES-lərdə ildə 60 milyon kilovat-saat enerji istehsal ediləcək

“Mançester Siti”nin qapıçısı Amerika Kubokunu buraxacaq

Arılara futbol oynamağı necə öyrətdilər?

Yaşar Sarı: Azərbaycan ilə Türkiyənin bir-birinə ehtiyacı var

LDH Fransada insan hüquq və azadlıqlarına qarşı artan hücumlarla bağlı həyəcan təbili çalır

Azərbaycanın gimnastika mütəxəssisləri beynəlxalq seminara dəvət alıblar

Ötən il hüquq mühafizə orqanlarında çalışan qadınların sayında artım olub

XİN: Azərbaycan “Vahid Çin” siyasətini dəstəkləyir və ölkəmiz Tayvanın müstəqilliyini tanımır

® Azərbaycan Sement İstehsalçıları Assosiasiyası COP29-a hazırlıq çərçivəsində “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünü həyata keçirir

Xankəndiyə prokuror təyin edilib

Parlamentdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik hesabatı dinlənilir

Naxçıvanda sahibkarlara 110 mənşə sertifikatı verilib

Bakıda 2600 manat dəyərində antik samovar oğurlayan şəxs saxlanılıb

Azərbaycan millisi Moldovada yoldaşlıq turnirində iştirak edəcək

Prezident İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin ümumrespublika seminarı keçirilib

Fərid Şəfiyev: Qarabağ müharibəsindən sonra Türkiyə ilə əməkdaşlıq təhsil sahəsində də inkişaf edib

AZPROMO: Azərbaycan Tacikistanın iqtisadi potensialı ticarət dövriyyəsinin artırılmasına imkan verir

Bakı Dövlət Universitetində “Könüllülük həftəsi” keçirilir

Azərbaycan və Tacikistan şirkətləri arasında 8 əməkdaşlıq sazişi imzalanıb

Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasının 95 illiyinə həsr olunmuş konsert keçiriləcək

Mikrobioloq alimlərin məqaləsi “Scopus”da indekslənən jurnalda dərc olunub

Bu il BMU-da keçiriləcək SAT imtahanlarının tarixləri məlum olub

Türkiyə dünyanın 117 ölkəsinə toxum ixrac edir

Yeni Kaledoniyada etirazçılar yolları bağlayıblar

Azərbaycan Özbəkistanda beynəlxalq festivalda təmsil olunub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İbn Haldun Universiteti ilə əməkdaşlığı genişləndirir

Zəngilanda şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometr olacaq

İrandakı vəziyyətlə bağlı İtaliya Baş nazirinin sədrliyi ilə Nazirlər Şurasının iclası keçirilib

Çində yaşayan azərbaycanlılar beynəlxalq mədəniyyət festivalında ölkəmizi təmsil ediblər

Qarabağ və Dilboz atlarının genom analizi aparılacaq

Gürcüstan parlamentinin sədri avropalı deputatları sərt tənqid edib

“ANİMAFİLM Lənkəranda” festivalı yekunlaşıb

Kata üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar

Stella Assanj Ali Məhkəmənin önündə açıqlama verib

Belqrad Universitetində Azərbaycanın Müstəqillik Günü ilə bağlı konfrans olub

Gənc rəssam Əminə Hacılının fərdi sərgisi açılıb

Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədrinə başsağlığı məktubu ünvanlayıb

Latviya Seyminin sədri: Regionda Azərbaycanın sülh səylərini yüksək qiymətləndiririk

Dayqa Mierina: Azərbaycan Latviyanın önəmli strateji tərəfdaşıdır

Rusiya Prezidenti Seyid İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verib

“Bayraktar AKINCI”nın İrandakı axtarış fəaliyyəti dünyada ən çox izlənən uçuş olaraq qeydə alınıb

Azərbaycan nümayəndə heyəti FAO-nun Avropa Regional Konfransının 34-cü sessiyasında iştirak edib

Azərbaycanın 3 güləşçisi Bakıda keçirilən Avropa çempionatının yarımfinalında

Naxçıvan məhsulları “Azexport” portalı vasitəsilə daha geniş bazarlara çıxış əldə edəcək

Müdafiə Nazirliyi: Artilleriya bölmələrinin döyüşatışlı taktiki təlimi başa çatıb VİDEO

ANAMA: Ötən həftə 16 partlamamış hərbi sursat zərərsizləşdirilib VİDEO

Yunis Hüseynov avrokuboklara vəsiqə şansı yüksək olan klubların adlarını açıqlayıb

Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı verib

Azərbaycan fudokançıları Avropa çempionatında uğurla çıxış ediblər

Ağsaqqallar Şurasının yerli təşkilatlarında hesabat konfransları davam edir

Dövlət və hökumət başçılarının ölümü ilə nəticələnmiş helikopter və təyyarə qəzaları

Milli Kitabxanada növbəti treninq

BDU-nun tərəfdaşlığı ilə nərəkimilərin endemik növlərinin genom analizi aparılıb

Beynəlxalq Çövkən Federasiyasının ikinci Assambleyasının tarixi bəlli olub

Ekoloji tarazlığın qorunmasında müstəsna əhəmiyyətə malik kiçik varlıqlar...

“Azərbaycan filologiyasında Heydər Əliyev mərhələsi” - respublika elmi konfransı

Cəbrayılın Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndləri tezliklə öz sakinlərinə qucaq açacaq – REPORTAJ

Qazaxıstanın xarici işlər naziri: Çinlə münasibətlər regionda sülhü və sabitliyi gücləndirir

Bəhruz Nəbiyev: Əsas hədəfimiz Los-Anceles Olimpiadasına lisenziya qazanmaqdır

Nazir: Cari ildə Tacikistanın Orta Dəhlizlə yükdaşımasının həcmi 86 faiz artıb

Ədəbiyyat Muzeyi gün ərzində 1500-ə yaxın ziyarətçini qəbul edib

Tacikistan Azərbaycana dağ-mədən sahəsində əməkdaşlıq təklif edir

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu AzMİU ilə əməkdaşlıq edəcək

Çin lideri Si Cinpin İran Prezidentinin ölümü ilə əlaqədar başsağlığı verib

Azərbaycanın müdafiə naziri İrana başsağlığı verib

DSMF və Bolqarıstanın müvafiq qurumu pensiya təminatı ilə bağlı məlumat mübadiləsi aparacaq

“Milli” statusu daşımaq həm qürur hissidir, həm də böyük məsuliyyət

Azərbaycanda ilk dəfə keçiriləcək Peşəkar Çövkən Liqasının püşkü atılıb

Cavanşir körpüsünün sökülməsi ilə əlaqədar bəzi küçələrdə parklanma yerləri ləğv olunur

Baş katib: Peşəkar liqanın keçirilməsi Azərbaycanda çövkənin inkişafına töhfə verəcək VİDEO

Sumqayıtda 51 yaşlı qadını döyüb ona qarşı quldurluq edən şəxs saxlanılıb

® Türkiyənin Başkent Universitetinin qurucusu Mehmet Haberal Mərkəzi Gömrük Hospitalını ziyarət edib

KOBİA: Qarabağda fəaliyyət göstərmək üçün 503 xarici şirkət müraciət edib

Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçiriləcək

“Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul üçün qeydiyyat müddəti uzadılıb

Gənclər Kitabxanasında Salman Mümtaz haqqında silsilə materiallar hazırlanıb

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

Azərbaycan cüdoçuları Avropa Kubokunda altı medal qazanıblar

İbrahim Rəisi və onu müşayiət edənlərin dəfn mərasimi mayın 21-də Təbrizdə keçiriləcək

Türkiyə Prezidenti: Bu çətin və kədərli günlərdə də qonşumuz İranın yanındayıq

Dövlət Xidməti: 156 dövlət müəssisəsində metroloji tələblərin pozulması aşkarlanıb

Mayın 21-də havanın dəyişkən buludlu olacağı, rayonlarda yağış yağacağı gözlənilir

ƏƏSMN-in e-xidmətlərinə yanvar-aprel aylarında 1 milyon 45 min müraciət qeydə alınıb

Rektor: TÜRKÜNİB-in maliyyə imkanlarının genişləndirilməsi qarşıda dayanan önəmli məsələlərdəndir

Dubay sahillərindəki süni adalarda ən bahalı villalar təqdim edilib

Son üç ildə Azərbaycanda 243 dövlət standartı qəbul edilib

Coğrafiyaçı alim UNEC-də keçirilən dəyirmi masada COP-29-dan danışıb

Ölkəmizdə sağlam siyasi dialoq mühiti formalaşıb ŞƏRH

Xalq şairi Rəsul Rzanın məzarı ziyarət olunub

Türk Universitetlər Birliyinin 7-ci Baş Assambleyasının iclası işə başlayıb YENİLƏNİB

Hər kəs Assanjla bağlı qərarı gözləyir - London Ali Məhkəməsinin önündən FOTOREPORTAJ VİDEO

Akademik Şahin Mustafayev: Orhun Mübadilə Proqramı çərçivəsində problemlərdən biri maliyyələşdirilmə məsələsidir

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO

Daha bir yolayrıcında sıxlıq azalıb və hərəkət intensivliyi artıb

İran prezidenti vəzifəsini müvəqqəti olaraq vitse-prezident icra edəcək

Çin ABŞ-ın bir neçə şirkətini “qara siyahı”ya salıb