Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycanda baramaçılıq və ipəkçiliyin inkişaf perspektivləri

Bakı, 5 dekabr, Ceyhun Rüstəmov, AZƏRTAC

Ölkə iqtisadiyyatında neft amilindən asılılığın azaldılması istiqamətində davamlı şəkildə aparılan islahatlar mövcud potensialdan səmərəli istifadə edilməsi, ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması və iqtisadiyyatın ənənəvi sahələrinin, o cümlədən aqrar sektorun inkişafı üçün geniş imkanlar yaradıb. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə ölkədə aqrar sektorun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Respublikamızda qeyri-neft sektorunun inkişafı fonunda kənd təsərrüfatı sahələri arasında özünəməxsus yeri olan, qədim ənənələrə malik baramaçılıq və ipəkçiliyin inkişafı bu baxımdan xüsusi önəm daşıyır.

AZƏRTAC Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdovun dünya ipək bazarlarında mövcud vəziyyət, Azərbaycanda baramaçılıq və ipəkçiliyin tarixi, inkişaf perspektivi ilə bağlı qeydlərini təqdim edir.

Dünyanın ən böyük ipək istehsalçıları: Çin, Hindistan, Özbəkistan, Braziliya və Yaponiya

Hazırda dünyanın ən böyük ipək istehsalçıları Çin, Hindistan, Özbəkistan, Braziliya və Yaponiyadır. Hər il Çində 146 min ton, Hindistanda isə 28,7 min ton ipək istehsal edilir. Barama və xam ipək istehsalı ilə həmçinin Cənubi Koreya, Tailand, Vyetnam, Şimali Koreya, İran, Türkiyə və s. ölkələrdə də məşğul olurlar.

Dünyanın böyük ipək istehlakçıları isə ABŞ, İtaliya, Yaponiya, Hindistan, Fransa, Çin, Böyük Britaniya, İsveçrə, Almaniya, Cənubi Koreya, Vyetnam və digər ölkələrdir. İpək istehsalının dünya tekstil bazarının yalnız 0,2 faizini təşkil etməsinə baxmayaraq, ipəkçilik dünyanın 60-dan çox ölkəsində yayılıb.

Azərbaycanda baramaçılığın tarixi V əsrə gedib çıxır

Azərbaycanda baramaçılığın tarixi çox uzaq keçmişə - V əsrə gedib çıxır. XII əsrdən isə Azərbaycan ipəyi Böyük İpək Yolu ilə Avropa və Asiya ölkələrinə ixrac olunmağa başlanılmışdı.

Tədqiqatçıların bildirdiklərinə görə, XI əsrin 70-ci illərində Şamaxı şəhərində olmuş İtaliya səyyahı Kontarini yazırdı ki, bu şəhərdə yüksək keyfiyyətli ipək parçalar hazırlanır. Həmin dövrlərdə Şamaxıdan Rusiyaya, İraqa, Suriyaya və başqa ölkələrə ipək aparılırdı.

XVI-XVII əsrlərdə də Şirvan ipək istehsalına görə Yaxın Şərqdə öz üstünlüyünü saxlaya bilmişdi. Şirvan ipəyinin xeyli hissəsi Asiya və Avropanın bir çox ölkələrinə göndərilirdi. Bundan əlavə, məhsulun xeyli hissəsi ölkədə ipək toxuculuğunu təmin etmək üçün istifadə edilirdi. XVII əsrin 30-cu illərində Azərbaycana səfər etmiş Adam Olearinin verdiyi məlumata görə, burada hər il 10-20 min tay xammal toplanırdı. Ondan 3000 tay Şirvanın, 2000 tay Qarabağın payına düşürdü (hər tayın çəkisi təxminən 5,5 pud idi). Deməli, hər il Şirvanda 16,5 min pud, Qarabağda isə 11 min puda qədər xammal istehsal olunurdu.

Baramaçılığın və ipəkçiliyin inkişafında əsaslı dönüş

Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafında əsaslı dönüş keçən əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. O vaxt ölkəmizə rəhbərlik edən Heydər Əliyevin təşəbbüsü ilə Nazirlər Soveti “Azərbaycan Respublikasında ipəkçiliyin gələcək inkişafına dair tədbirlər haqqında” 1971-ci il 3 mart tarixli qərar qəbul etmişdi. Bu qərar baramaçılığın və ipəkçiliyin inkişafına böyük təkan verməklə, onun maddi-texniki bazasını, sənaye potensialını genişləndirmiş və nəticədə, respublikada barama tədarükü 36,1 faiz artmışdı. Kolxoz və sovxozlara məxsus istifadəyə yararsız torpaq sahələrində, yol kənarlarında, şəhər və qəsəbələrdə çoxlu tut tingləri əkilməsi baramaçılığın yem bazasını əhəmiyyətli dərəcədə möhkəmləndirmişdi. Eyni zamanda, bu sahədə elmi-tədqiqat işlərinə diqqət artırılmışdı.

Həmin illərdə respublikamızda ildə 5-6 min ton yaş barama və 350-400 ton xam ipək istehsal olunur, on milyonlarla kvadratmetr müxtəlif çeşidli ipək parça toxunurdu. Barama istehsalı ilə 150 mindən çox kəndli ailəsi məşğul olurdu. Azərbaycanın ipək sənayesində 14 mindən çox, o cümlədən “Şəki-İpək” kombinatında 7 min nəfərə yaxın daimi işçi çalışırdı. Respublikamız barama istehsalına görə keçmiş sovetlər birliyində Özbəkistandan sonra ikinci, istehsal olunan ipəyin keyfiyyətinə görə isə birinci yeri tuturdu. Şəki İpək Kombinatı SSRİ-nin 75 müəssisəsinə ipək parça, 84 müəssisəsinə isə ipək sap göndərirdi. Şəki ipəyindən hazırlanan parçalar Yaponiya, İsveçrə, İtaliya və digər xarici ölkələrə ixrac olunurdu.

Ölkədə barama istehsalı nə üçün arxa plana keçdi?

Azərbaycanda ipəkçilik kompleksi geniş bir şəbəkə təşkil edirdi. Buraya Elmi Tədqiqat İpəkçilik İnstitutu, Qax və Gəncə damazlıq ipəkçilik stansiyaları, 7 barama toxumu zavodu, 30-dək rayon barama qurutmaxanası, 80-ə yaxın barama tədarükü və ilkin emalı məntəqələri, 4 tinglik təsərrüfatı, 31 ipəkçilik idarəsi, Ordubad baramaaçma fabriki, Qarabağ və Şəki ipək kombinatları daxil idi.

İpəkçiliyin elmi əsaslarının işlənib hazırlanması ilə məşğul olan Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutu super elit ipəkqurdu toxumları əldə etmişdi. Damazlıq stansiyaları isə elit ipəkqurdu toxumları yetişdirilməsi ilə məşğul olur, barama toxumu zavodları baramaçılıqla məşğul olan təsərrüfat subyektlərini yüksək keyfiyyətli sənaye tut ipəkqurdu toxumları ilə təchiz edirdi. Yerli strukturlar isə yem bazasını möhkəmləndirmək və kümçülərə lazımi dəstək vermək vəzifəsini həyata keçirirdilər. Ordubad baramaaçma fabriki, Qarabağ və Şəki İpək kombinatları kimi iri emal müəssisələri əsasən xam ipək, еşmə ipək, cоd ipək parça istеhsalı və satışı ilə məşğul оlurdu.

Qarabağ İpək Kombinatının yerləşdiyi Xankəndi şəhərinin işğal olunması, Ordubad Baramaaçma Fabrikinin bağlanması və ölkədə yeganə olan Şəki İpək Kombinatının fəaliyyətində çətinliklərin yaranması sonrakı dövrlərdə ölkədə barama istehsalının da kəskin azalması ilə nəticələndi. İpəkçilikdə tənəzzülün qarşısını almaq, baramaçılıq rayonlarında əhalinin məşğulluğunu yaxşılaşdırmaq üçün Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli Sərəncamı ilə “Şəki-İpək” ASC-yə maliyyə dəstəyi göstərildi. Buna baxmayaraq, yeni iqtisadi şəraitə uyğunlaşa bilməyən baramaçılıqda yaş barama istehsalı 1992-ci ildən (5200 ton) etibarən azalmağa başladı. 2015-ci ildə ölkədə cəmi 246 kiloqram yaş barama istehsal edilmişdi. Xüsusən ipək qurdunun bəslənməsi üçün müvafiq yerlərin, yem bazasının sıradan çıxması kənd əhalisinin barama yetişdirilməsinə marağını azaltmışdı.

İstehsal olunan barama respublikada ipəkçilik sənayesi sahəsində yeganə fəaliyyət göstərən “Şəki İpək” ASC-nin tələbatını ödəmədiyi üçün müəssisənin fəaliyyətinin təmin edilməsi məqsədi ilə Özbəkistan və İrandan barama alınırdı.

İpəkçilikdə dönüş: müasir infrastruktur yaradılır, dövlət dəstəyi gücləndirilir

Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu nəzərə alaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən, 2016-cı ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında" 2016-cı il 15 sentyabr tarixli və "İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2016-cı il 16 noyabr tarixli sərəncamları bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun artırılmasına və sosial rifahının daha da yaxşılaşdırılmasına şərait yaradıb.

Həmçinin dövlətimizin başçısının "Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 19 may tarixli və "İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında" 2017-ci il 6 oktyabr tarixli sərəncamlarına uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması, habelə tut (çəkil) tinglərinin və barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə maliyyə vəsaiti ayrılıb. Barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın verilməsi bu sahəyə marağı artırıb.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çindən müqavilə əsasında 2016-cı ildə 1750, 2017-ci ildə 6000 qutu yüksək keyfiyyətli ipəkqurdu toxumları tədarük edilərək Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub, barama toxumlarından 99-100 faiz səviyyəsində yüksək keyfiyyətli barama qurdları əldə edilib və respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013 kümçü ailəsinə əvəzi ödənilmədən paylanılıb. Nəticədə 2016-cı ildə 2007-ci ildən bəri ilk dəfə olaraq respublikada 70,7 ton, 2017-ci ildə isə 245 ton və ya 2016-cı ilə nisbətən 3,5 dəfə çox yaş barama məhsulu istehsal edilib.

Ölkədə baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə 2016-cı ilin dekabr ayında Çindən 1,5 milyon tut (çəkil) tingi tədarük edilib, respublikanın 37 rayonunda 150 hektara yaxın sahədə yeni intensiv tipli tut bağlarının salınması təmin olunub. Kənd təsərrüfatına yararlı torpaq sahələrindən səmərəli istifadənin vacibliyini nəzərə alaraq, yerlərdə yeni tut bağlarının salınması zamanı tut tinglərinin kənd və tarla daxili yolların kənarlarında və kümçülərə məxsus həyətyanı sahələrdə tövsiyə olunan əkin sxeminə riayət olunmaqla əkilməsinə üstünlük verilib. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2017-ci ilin noyabr ayında Çindən daha 1 milyon tut tingi gətirilib və respublikanın 38 rayonunun kümçülərinə əvəzi ödənilmədən paylanılıb.

İpəkqurdunun yem bazasının yaradılması ilə yanaşı, barama toxumçuluğunun təşkili üzrə infrastrukturun qurulmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə Qax Rayon Damazlıq Stansiyası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib, stansiyanın əsasnaməsi hazırlanaraq hökumətə təqdim olunub. Artıq stansiyanın ərazisindəki mövcud binaların əsaslı təmirinə, əlavə istehsal korpuslarının, inzibati və yardımçı binaların inşasına başlanılıb. Burada yeni yaradılmış tut ipək qurdu cins və hibridlərinin yüksək keyfıyyətli ilkin materialının (superelit qrenanın) hazırlanması, rayonlaşdırılmış cinslərinin çoxaldılması, onların bioloji və texnoloji göstəricilərinin yaxşılaşdırılması, barama toxumu zavodlarının və kümçülərin ipəkqurdunun sənaye qrenası ilə təmin edilməsi nəzərdə tutulur.

Stansiya bərpa olunduqdan sonra burada 50-dən artıq yeni iş yeri açılmaqla, ölkə üzrə ipəkqurdu toxumunun istehsalına olan tələbat yerli istehsal hesabına təmin ediləcək.

Dövlət Proqramının icrası ölkədə ipəkçiliyin kompleks inkişafına təkan verəcək

Azərbaycanda qədim ənənələri olan baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, ixrac potensialının artırılması, kənd yerlərində məşğulluğun təmin edilməsi və nəzərdə tutulan digər işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədilə 2017-ci il noyabrın 27-də “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib.

Dövlət Proqramında Azərbaycanda 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planında Azərbaycanda barama istehsalçılarının assosiasiyasının yaradılması da əksini tapır. Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri bu işi 2018-2019-cu illərdə başa çatdırmalıdırlar.

Tədbirlər Planına baramaçılıq və ipəkçilik sahəsində klaster yanaşmanın tətbiqinin dəstəklənməsi, yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində elmi tədqiqat işlərinin genişləndirilməsi, baramaçılıqla məşğul olan təsərrüfat subyektlərini sənaye tut ipəkqurdu toxumu ilə təmin edəcək toxumçuluq (qren) zavodlarının yaradılmasının dəstəklənməsi də daxil olunub. Həmçinin tədarük olunmuş baramanın ilkin emalı üçün baramaqurutma məntəqələri, o cümlədən Ağcabədi, Balakən, Bərdə, Göyçay, Tovuz, Zaqatala və Zərdab rayonlarında barama qəbulu və emalı məntəqələri yaradılacaq, barama istehsalı və emalına yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlər görüləcək.

Dövlət Proqramının həyata keçirilməsi, ümumilikdə, ölkədə ipəkçiliyin və ona xidmət edən altsahələrin kompleks inkişafı istiqamətində aparılan işlərin daha da gücləndirilməsinə təkan verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib