Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycanda tütünçülüyü daha effektli və gəlirli sahəyə çevirmək mümkündür

Azərbaycanda tütünçülüyü daha effektli və gəlirli sahəyə çevirmək mümkündür

Bakı, 2 noyabr, AZƏRTAC

Azərbaycanda tütünçülüyün inkişaf etdirilməsi üçün əlverişli iqlim şəraiti, zəngin ənənə və potensial mövcuddur. Yüksək ixrac potensialına malik olan tütünçülük uzun illər diqqətdən kənarda qalsa da, son illər ölkə rəhbərliyinin təşəbbüsü ilə yenidən dirçəlməyə başlayıb, bu gəlirli sahəyə maraq göstərənlərin sayı xeyli artıb.

Dövlətimizin başçısının regionların mövcud iqtisadi potensialından səmərəli istifadə edilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, son illərdə digər ənənəvi sahələr kimi, tütünçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilməkdədir.

Tütünçülüyü daha effektiv və gəlirli sahəyə çevirmək üçün nə tələb olunur? AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru Ramil Hüseynin bununla bağlı qeydlərini təqdim edir.

Siqaret ixracı və idxalı arasında kəskin fərq var

Azərbaycan Respublikasına 2014-cü ildə 399,4, 2015-ci ildə 297,6 və 2016-cı ildə 153 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal olunub. Bu müddətdə həmin məhsulların ixracı isə müvafiq olaraq 12,7 milyon, 9,4 milyon və 8,9 milyon ABŞ dolları təşkil edib.

2017-ci ilin 9 ayı üzrə olan məlumata görə, tütün və tütün məmulatlarının idxalı 115 milyon ABŞ dolları təşkil edib və onun ümumi idxalın strukturunda payı 1,86 faiz olub. Həmçinin bu müddətdə 9,8 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib və 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə ixrac 40 faiz artıb. Xam tütün ixracında isə 1,8 dəfə çox artım qeydə alınıb.

Cədvəl 1. Tütün və tütünün sənaye əvəzediciləri, idxal (milyon $)

Qeyd etmək lazımdır ki, idxalda əsas yeri siqaretlər tutur. Belə ki, 2014-cü ildə ölkəmizə 390, 2015-ci ildə 287, 2016-cı ildə isə 147 milyon ABŞ dolları dəyərində siqaret idxal olunub. Yəni 2014-cü ildə idxal olunan tütün və tütünün sənaye əvəzedicilərinin 97,7 faizini, 2015-ci ildə 96,5 faizini, 2016-cı ildə isə 95,9 faizini siqaret təşkil edib. İxrac isə əsasən orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütündən ibarət olub. Azərbaycandan siqaret ixracı isə 2015-ci ildəki 2 milyon dollardan 2016-cı ildə 0,9 milyon dollaradək azalıb. Göründüyü kimi, siqaret ixracı idxalın heç 1 faizi qədər deyil. Halbuki Azərbaycanın yerli tütün xammalından siqaret istehsal etmək və bu sahədə ixracı artırmaq potensialı bundan qat-qat çoxdur.

Əgər yerli emal müəssisələri xammal kimi yerli tütündən istifadə edərsə, bu sahədə idxalın bir hissəsini əvəzləmək mümkündür. Çünki Azərbaycanın təbii-iqlim şəraiti tütün istehsalına imkan verir və SSRİ vaxtında bu sahədə ənənə formalaşıb.

Azərbaycan tütününün rəqabət qabiliyyətini necə artırmaq olar?

Məlumat üçün qeyd edək ki, 1986-cı ildə Azərbaycanda 16,7 min hektar sahədən 65,2 min ton tütün istehsal olunsa da (məhsuldarlıq 39 ha\sentner), sonrakı illər tütün istehsalında azalma müşahidə edilib. Bunun əsas səbəblərindən biri məhsuldarlığın aşağı düşməsi, fermerlərin keyfiyyətli və xəstəliyə davamlı tütün sortları ilə təmin edilməməsi və nəticədə rəqabətqabiliyyətli məhsul istehsalında ciddi problemlərin yaşanması idi. Son 15 ilin məlumatlarının təhlili də göstərir ki, Azərbaycanda tütün məhsulunun rəqabət qabiliyyəti aşağı olub və nəticədə bu sahəyə maraq azalmağa başlayıb.

Cədvəl 2. Azərbaycanda tütün istehsalı, ton

2016-cı ildən tütün istehsalına diqqət artıb və bu sahəyə dövlət dəstəyi güclənib. Belə ki, tütünün satınalma qiyməti 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırılmaqla, birinci növ yaş tütünün bir kiloqramına 25 qəpik (2015-ci ildə 16 qəpik), ikinci növ yaş tütünün bir kiloqramına 15 qəpik (2015-ci ildə 8 qəpik) qiymət qoyulub. Ötən ildən etibarən emal müəssisələrinə satılmış quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya verilməsi qərara alınıb. Respublika Komissiyasının 2017-ci il 10 fevral tarixli iclasında 7 rayonun 66 kənd ərazi komissiyası üzrə 195 tütün istehsalçısına 95,5 min manat məbləğində subsidiya verilməsi barədə müvafiq qərarlar qəbul edilib.

Bu və digər tədbirlər nəticəsində tütün istehsalında müəyyən irəliləyişə nail olunub. 2017-ci ilin 9 ayında ölkədə tütün istehsalı 3691 tona çatdırılıb.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, tütün istehsalına marağın artırılması məsələsi qoyulub. Tütün istehsalının artması xüsusən Şəki-Zaqatala iqtisadi rayonundakı fermerlərin gəlirlərinə müsbət təsir göstərəcək. Çünki 2016-cı ilin məlumatına əsasən, ölkədə istehsal olunun tütünün 98,5 faizi Şəki-Zaqatala iqtisadi rayonun payına düşür. Bu iqtisadi rayonda Şəki xüsusən fərqlənir. Şəkili fermerlər ölkədə istehsal olunan tütünün 68 faizindən çoxunu istehsal edirlər. Növbəti beş ildə isə Şəki-Zaqatala iqtisadi rayonu ilə yanaşı, təbii-iqlim şəraiti münasib olan digər bölgələrdə də tütün istehsalının artırılması nəzərdə tutulur.

Tütün istehsalçılarına güzəştli şərtlərlə kredit verilməsi lazımi səviyyədə deyil

Prezident İlham Əliyev bu il avqustun 4-də Qax rayonunda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində tütünçülüyə də toxunaraq deyib: “Növbəti illərdə əkin sahələrini genişləndirmək lazımdır. Bu məqsədlə dövlət və bələdiyyə mülkiyyətindəki əkinəyararlı və davamlı su təminatı olan torpaq sahələri ayrılmalıdır. Tütün istehsalçılarına güzəştli şərtlərlə kreditlər verilməlidir. Bu, lazımi səviyyədə deyil. Ona görə, bu sahəyə xüsusi diqqət göstərilməlidir”.

Dövlətimizin başçısı bununla bağlı İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinə müvafiq tapşırıqlar verib.

Xaricilər tütünü bizdən alır, siqaret istehsal edir, sonra bizə satırlar

Eyni zamanda, Prezident siqaret istehsalının gəlirli sahə olduğuna diqqət çəkərək deyib: “Bizdə o qədər də çox siqaret fabriki yoxdur. Hesab edirəm ki, yeni və ən müasir texnologiyalarla təchiz edilmiş siqaret fabrikləri də yaradılmalıdır. Elə ölkələr var ki, orada tütün istehsalı yoxdur. Onların iqlim şəraiti buna imkan vermir. Ancaq orada bir neçə siqaret fabriki var. Onlar xam tütünü bizdən alır, siqaret istehsal edir və sonra bizə satırlar. Yəni, bu, onu göstərir ki, bu, çox gəlirli sahədir”.

Azərbaycan Prezidentinin yeni və ən müasir texnologiyalarla təchiz edilmiş siqaret fabriklərinin yaradılması təşəbbüsü də tütünçülüyün daha effektiv və gəlirli sahəyə çevrilməsinə hesablanıb.

Tütün istehsalının 2021-ci ilədək 12 min tona çatdırılması qarşıya hədəf qoyulub

Tütünçülüyün inkişafına yol açan digər mühüm sənəd Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”dır. Proqrama əsasən, 2021-ci ilədək orta məhsuldarlıq 20 sentner/hektar olmaqla, əkin sahələrinin 6 min hektara, tütün istehsalının 12 min tona çatdırılması qarşıya hədəf qoyulub. Bu hədəfə nail olmaq üçün tütünçülüyün inkişafına mane olan problemlər aradan qaldırılmalıdır. Xüsusən də yeni məhsuldar, keyfiyyətli və xəstəliyə davamlı tütün sortlarının yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması, tütünçülüyün elmi təminatının və kadr potensialının daha da gücləndirilməsi, tütün istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqi, yerli və xarici investisiyaların cəlb edilməsi, tütünçülüklə məşğul olan hər bir rayonda qəbul məntəqələrinin, qurutma kameralarının təşkili istiqamətində fəaliyyət dərinləşdiriləcək. Bu baxımdan xammal kimi yerli tütündən istifadə edən yeni siqaret istehsalı müəssisəsinin yaradılması daha bir stimullaşdırıcı addım olacaq.

Bir sözlə, qarşıdakı illərdə Azərbaycanda rəqabətqabiliyyətli tütünçülük məhsulları istehsalının təşkili bölgədə yaşayan insanların gəlirlərinin yüksəlməsinə, ixracın artmasına və idxalın əvəzlənməsinə böyük töhfə verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Azərbaycanın ilk Marketinq Zirvəsi təşkil olunub

Naxçıvanda keçirilən imtahanlarda 2300-dən çox abituriyent iştirak edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

İngiltərədə keçirilən beynəlxalq moda həftəsində Azərbaycanın milli geyimləri nümayiş etdirilib

Vəkilliyə qəbulla bağlı test imtahanında 139 nəfər uğur qazanıb

Turqay Hüseynov: Vəkil işləmək üçün təcrübə müddətinin üç ildən bir ilə qədər azaldılması gündəmdədir

“Jerusalem Post”: Vardanyan mənfəəti naminə istənilən addımı atan prinsipsiz biri olduğunu təsdiqləyib

Müstəqillik Günü münasibətilə Pretoriya şəhərində rəsmi qəbul təşkil olunub

Vəkillərin İxtisas Komissiyasının sədri: Əsas məqsədimiz hüquqşünaslarımızın peşəkar olmasıdır

Leysan yağışları Ermənistanda azı iki nəfərin həyatına son qoyub

IX Beynəlxalq “Tullantıdan sənətə” sərgisi keçirilib

Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının icrası başa çatıb  YENİLƏNİB VİDEO

Kürün səviyyəsinin artması bəzi açıq sahələrdə suyun məcradan çıxmasına səbəb olub

Anar Bağırov: Əsas problemlərdən biri də dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənişin aşağı olmasıdır

Leysan yağışları Gürcüstanda ciddi problemlər yaradıb

Lefkoşada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Ombudsman Səbinə Əliyeva Əfv Sərəncamının icrası prosesində iştirak edib

Aramsız yağışlar Qazaxda çaylarda selə səbəb oldu -  FOTO

Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyadan

Uqanda Respublikasının Prezidenti Yoveri Kaquta Musevenidən

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda intellektual oyun üzrə çempionat keçirilib

G7 ölkələri Rusiya aktivlərinin gəlirlərini Ukrayna üçün istifadə etmək istəyir

Gəncədə müasir regional vəkil kompleksinin açılışı nəzərdə tutulur

Şəkidə II və III ixtisas qrupları üzrə qəbul imtahanları on bir mərkəzdə aparılıb

Avstriyanın Baden şəhərində Azərbaycan etnocaz konserti keçirilib VİDEO

Anar Bağırov: İşğaldan azad olunmuş ərazilərdə vəkil büroları yaratmaq niyyətindəyik

Neftçalada Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan ədəbi-bədii gecə keçirilib

Xaçmaz və Qubada 2115 abituriyent biliklərini sınayıb

Vəkillər Kollegiyasının sədri: Bu il imtahan suallarının seçimində müəyyən dəyişikliklər etmişik

“Azərbaycan uşaqlarının əsərlərində bolqar qızılgülü” sərgisi Karlovo Qızılgül Festivalında təqdim edilib

Tailandın Kralı Maha Vaçiralonqkorndan

Əfqanıstan vətəndaşı: Əfv Sərəncamına görə Prezident İlham Əliyevə minnətdaram

Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Hortadan

Azərbaycan boksçusu lisenziya turnirinə qələbə ilə başlayıb

Sabahdan DİM-də imtahan protokolları və materiallarının emalına başlanılacaq

Xalq yazıçısı İlyas Əfəndiyevin məzarı ziyarət olunub

Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur

Azadlığa buraxılan məhkum: Əfv Sərəncamı bizim üçün böyük motivasiyadır

Prezidentin Sərəncamı Naxçıvanda bir nəfərə şamil olunub

Azərbaycanın Müstəqillik Günü ərəfəsində Ukraynanın Poltava şəhərində tədbir keçirilib

67 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan intellektual yarışma keçirilib

İmtahan rəhbəri: 163 nömrəli məktəbdə təşkil olunan imtahanda heç bir qayda pozuntusu qeydə alınmayıb

17 saylı cəzaçəkmə müəssisəsindən 4 xarici vətəndaş azadlığa buraxılıb

ABŞ, Cənubi Koreya və Yaponiyanın müdafiə nazirləri regional məsələləri müzakirə edəcək

Anar Bağırov: Əsas hədəfimiz ölkədə vətəndaşların sayına düşən vəkillərin sayını artırmaqdır

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuanidən

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesdən

Azərbaycan nümayəndələri NATO PA-nın sessiyasında iştirak edirlər

Xidmət rəisinin müavini: Əfv Sərəncamı müstəqillik tarixindəki əhəmiyyətli əfv aktlarından biridir

Cənubi Koreya vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə edir

Əfv Sərəncamı 2 saylı cəzaçəkmə müəssisəsindən 8 məhkuma şamil olunub

“Neftçi” Miodarq Bojoviç ilə yollarını ayırıb

Sabah bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir

Qardaş xatirəsinə tikilən və memarın yadigarı olan 67 yaşlı qeyri-adi ev...

FHN: Ziya Bünyadov prospektində qəza nəticəsində avtomobildə qalmış vətəndaş xilas edilib

Əfv Sərəncamının icrası Yevlax rayonunda da yerinə yetirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Malta Respublikasının Prezidenti Miriam Spiteri Debonodan

DİM-də vəkilliyə qəbulla bağlı test imtahanı keçirilib

Havada toz müşahidə olunur

Səbinə Əliyeva: Əfv edilən vətəndaşlar onlara göstərilən bu yüksək etimadı doğrultmalıdırlar

Əfv olunan qadın: Buradan çıxan kimi ilk gedəcəyim yer övladlarımın yanıdır

Xarkovda hipermarketə raket hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb

DİM: Bugünkü imtahanlarda ən yaşılı abituriyent 1965-ci, ən gənc abituriyent 2009-cu ildəndir

Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsuxdan

Mərakeşin Kralı VI Məhəmməddən

Gürcüstanda Müstəqillik Günü qeyd olunur

Müstəqillik Günü ərəfəsində hərbi hissədə “Açıq qapı” günü keçirilib VİDEO

4 saylı cəzaçəkmə müəssisəsindən 4 qadın azadlığa buraxılıb

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə şimşək çaxıb, hava arabir yağıntılı olub

Gürcüstanın Baş naziri Zati-aliləri cənab İrakli Kobaxidzeyə

Dövlət Xidməti çimərlik mövsümünə hazırlaşır - AÇIQLAMA

Cəlilabadda kiberdələduzluq və bank kartlarından oğurluq hallarına qarşı tədbirlər təşkil olunub

Ankarada Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr günləri münasibətilə təntənəli konsert keçirilib

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 110 il ötür

Çin-Avropa marşrutu üzrə hərəkət edən yük qatarlarının sayı 90 minə çatıb VİDEO

Qlobal araşdırmalar internetin insanlar üçün faydalı olduğunu müəyyənləşdirib

“Mitsubishi” elektrik avtomobilləri istehsal edəcək

Bu gün DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir

Luiziana ştatındakı bataqlıqlar tamamilə quruya bilər

“İsmət” adlı səssiz Azərbaycan filminin bu il 90 yaşı tamam olur

Türkiyənin Qabar dağında neft hasilatı artır

Aİ Şurası yenilənmiş Şengen sərhəd məcəlləsini təsdiq edib

Fransa dövləti ona çevrilmiş silahı Azərbaycana qarşı istifadə edə bilməyəcək ŞƏRH

Müstəqillik Günü münasibətilə yaddaqalan konsert proqramı təqdim olunub

"Bayer" Almaniya Kubokunun qalibi olub

Oqtay Zülfüqarovun 95 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib

Venesiya Biennalesində Azərbaycan pavilyonu - REPORTAJ VİDEO

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti: Sosial şəbəkələrdə yayılımış görüntülərlə əlaqədar araşdırma aparılıb

Bəhruz Məhərrəmov: Əfv Sərəncamı yüzlərlə ailəyə Müstəqillik Günü ərəfəsində sevinc bəxş etdi

Azərbaycanda ilk dəfə “Bakı Sürət Festivalı” keçirilib

Premyer Liqa: "Zirə" Avropa Liqasına, "Sabah" və "Sumqayıt" isə Konfrans Liqasına vəsiqə qazanıb

Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkar edilib VİDEO

AMEA ilə Byalıstok Universiteti arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub

Türkiyə XİN son vaxtlar Myanmada artan münaqişələrlə bağlı bəyanat yayıb

Azərbaycan səfirinin müsahibəsi Kubanın “Opciones” qəzetində dərc olunub

“Mançester Yunayted” İngiltərə Federasiya Kubokunun qalibi olub

Sosial sahədə beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilir

Lənkəranda “KamAZ” sürücünün üzərinə aşıb