Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycanda və Şərqi Anadolu bölgəsində erməni vəhşilikləri

Azərbaycanda və Şərqi Anadolu bölgəsində erməni vəhşilikləri

Bakı, 31 mart, AZƏRTAC

Uzun illər boyu çar Rusiyası və onun siyasi varisi olan bolşevik Rusiyasının işğal etdiyi Azərbaycan və digər türk bölgələrində həyata keçirdiyi müstəmləkəçilik siyasəti nəticəsində türk dövlətçilik sisteminə, etno-siyasi təsisatlarına, sosial-mədəni həyatına qarşı bir soyqırımı siyasəti həyata keçirilib. İstər çar Rusiyası dövründə, istərsə də sovet Rusiyasının hakimiyyəti illərində türk xalqları, o cümlədən Azərbaycan türkləri yüz minlərlə insan itkisinə məruz qalıb, türk etnosunun mənəvi və mədəni həyatı yox olmaq təhlükəsi ilə üzləşib. XX əsrin əvvəllərində Rusiya imperiyasında baş verən siyasi, inqilabi dəyişikliklər imperiya tərkibində yaşayan türk xalqlarında da milli oyanışa səbəb oldu, bu oyanış çar üsul-idarəsinə qarşı milli azadlıq hərəkatına çevrildi. Çar Rusiyası və bu imperiyanın siyasi varisi olan bolşevik Rusiyası türk xalqlarının milli azadlıq hərəkatını yatırmaq üçün ənənəvi metodlarından məharətlə istifadə edərək özünün riyakar imperiya xislətini bütün gücü ilə ortaya qoymuşdur. Bir tərəfdən özünün hərbi-siyasi gücündən istifadə edərək bu oyanış hərəkatını yatırmağa ciddi cəhdlə təşəbbüs etməklə bərabər, digər tərəfdən türk xalqlarına qarşı digər xalqlardan etnik münaqişə vasitəsi kimi istifadə etmişdir.

Bu fikirləri AZƏRTAC-a açqılamasında AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi dosent Mübariz Ağalarlı bildirib.

Onun sözlərinə görə, XIX əsrdən etibarən Azərbaycanın şimal bölgələrinə köçürülərək yerləşdirilən və Azərbaycan xalqlarına qarşı hərbi-siyasi alət kimi istifadə olunan ermənilər, bu imkandan yararlanaraq mifoloji mahiyyət daşıyan və gerçək tarixdən tamamilə uzaq olan sərsəm “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək təşəbbüsünə cəhd ediblər. Mahiyyətini və sosial xarakterini terrorizm prinsipləri təşkil edən “panarmeniya” ideologiyasını gerçəkləşdirmək təşəbbüsləri on minlərlə türk və müsəlman əhalisinin soyqırımına səbəb olub, ermənilər və onların himayədarları çox sayda günahsız türk-müsəlman əhalinin ölümünə baiskarlıq ediblər.

1914-cü ildən başlayaraq Şərqi Anadoluda Osmanlı dövlətinə xəyanət edərək Rusiya və digər dövlətlərlə əməkdaşlıq edən ermənilər kütləvi şəkildə cinayətlər törədiblər. Türk-müsəlman əhaliyə qarşı ermənilərin həyata keçirdiyi soyqırımları sübut edən çox sayda qiymətli sənədlər bu gün Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində (BOA) qorunub saxlanılır. Arxivdən əldə olunan sənədlərdəki faktiki materiallar sübut edir ki, təkcə 1918-1920-ci illərdə ermənilər Şərqi Anadoluda (Qars, İğdır, Bəyazit, Muş, Van, Ərzurum, Trabzon, Kağızman və s.) on minlərlə dinc, silahsız türk-müsəlman əhalini, o cümlədən uşaqları, qadınları, məhz türk olduğuna görə amansızlıqla qətlə yetirib.

Arxiv sənədlərinə istinadən qeyd etmək olar ki, 1914-1921-ci ilin əvvəllərinə kimi ermənilər Qars və Ərdahanda 30 min əliyalın insanı məhv ediblər. 1919-cu ilin əvvəlində təkcə 1920-ci ildə Qarsa məxsus kəndlərdə ermənilər tərəfindən 3945 nəfər türk-müsəlman əhali acınacaqlı işgəncələrlə soyqırımına məruz qalıb. 1915-ci ildə Van və ətrafından 5200 nəfər acınacaqlı şəkildə, müxtəlif işgəncələrlə ermənilər tərəfindən soyqırımına məruz qalıblar. 1916-cı ildə isə Van və kəndlərindən 44 min 233 nəfər türk-müsəlman əhalisi ermənilər tərəfindən görünməmiş vəhşiliklə məhv edilib.

1915-ci ildə Muşun kəndlərində 300 nəfər, Muş və ətrafında 800 nəfər acınacaqlı şəkildə, Anak monastırı qarşısında 10 nəfər, Akçan kəndində 19 nəfər canlı-canlı quyulara doldurularaq ermənilər tərəfindən məhv edilib. Alman səfiri Volff Metternix qraf fon Şülenburq 1916-cı il 5 mart tarixində Almaniya Xarici İşlər Nazirliyinə Ərzincandan göndərdiyi teleqramda Bitlisin ruslar tərəfindən işğal edildiyi, erməni qüvvələrinin ətraf bölgədəki müsəlman xalqa qarşı böyük bir qətliam törədərək bölgəni qan gölünə çevirdikləri, məhv edilənlərin 2-3 min nəfərə qədər olduğu haqqında məlumat vermişdi.

Alman səfiri Volff Metternix 1916-cı il 5 mart tarixində Almaniya Xarici İşlər Nazirliyinə Ərzincandan göndərdiyi teleqramda Bitlisin ruslar tərəfindən işğal edildiyi, erməni qüvvələrinin ətraf bölgədəki müsəlman xalqa qarşı böyük bir qətliam törədərək bölgəni qan gölünə çevirdikləri, məhv edilənlərin 2-3 min nəfərə qədər olduğu haqqında məlumat vermişdi.

Ermənilər havadarlarının maddi və hərbi-siyasi dəstəyi ilə XX əsrdə Cənubi Qafqazda azərbaycanlılara qarşı da kütləvi qırğınlar və soyqırımı törətmiş, deportasiyalar həyata keçirmişdilər. Həmin soyqırımlarının ilk mərhələsi 1905-1906-cı illəri əhatə edir. Tarixə ilk olaraq “erməni-müsəlman qırğınları” kimi düşən bu qanlı faciələri hüquqi-siyasi baxımdan azərbaycanlılara qarşı soyqırımı adlandırmaq onun mahiyyətinə tam uyğun gəlir. Dövrün qaynaqları bu qətliamlar nəticəsində Cənubi Qafqazın 7 şəhərinin böyük dağıntılara məruz qaldığını, 12 qəzada 252 kəndin yandırıldığını və viran qoyulduğunu, 100 min ailənin qəzalardan, bir neçə min nəfərin şəhərlərdəki ev-eşiklərindən didərgin düşdüyünü, 10 min nəfərin məhv edildiyini göstərir.

Bu soyqırımı siyasətinin davamı olaraq 1918-1920-ci illərdə ermənilər on minlərlə Azərbaycan türkünü qətlə yetirib. AXC dövründə yaradılan Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülüb. Onların çoxunun meyitləri tapılmayıb.

Fövqəladə Təhqiqat komissiyasının Şamaxı qəzası üzrə apardığı təhqiqatlarda 53 kənddə tərtib olunmuş yekun aktlarında öldürülənlərin sayı və hər bir kəndə dəymiş ümumi zərərin miqdarı göstərilib. Bu aktlarda olan rəqəmlərə əsasən Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetiriblər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq idi.

Daşnak Amazaspsın quldur dəstələrinin vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilib. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azərbaycanlı və tat əhalisi öldürülmüşdü. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyil.

Fövqəladə Təhqiqat komissiyasının məruzəsində bu dövrdə Lənkəran bölgəsində erməni və rus birləşmələri tərəfindən 2 min insanın həyatına son qoyulmuşdu. Zəngəzur qəzasında isə 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanıb.

1918-ci ildə İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılıb, yandırılıb və talan edilib. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan şəhərində (İrəvan) və onun çevrəsində 88 kənd dağıdılıb, 1920 ev yandırılıb, 132 min azərbaycanlı məhv edilib.

1917-1918-ci illərdə erməni daşnak hərbi birləşmələri silsilə cinayətlərini davam etdirərək aysorlarla birlikdə Cənubi Azərbaycanda - Urmiya, Salmas, Xoy, Maku, Dilməqan şəhərlərində də kütləvi qırğınlar törədiblər. 1918-ci ilin iyununda, Kazım Qarabəkir Paşa rəhbərliyindəki Osmanlı ordusunun Cənubi Azərbaycana daxil olmasından sonra bu qırğınların qarşısı alınmışdır. 1917-1918-ci illəri əhatə edən bu hadisələr zamanı erməni daşnakları tərəfindən 190 minə yaxın Cənubi Azərbaycan türkünün qətlə yetirildiyi təxmin edilir.

“XX əsrin sonlarına doğru sovet imperiyasına qarşı baş qaldıran milli azadlıq hərəkatı nəticəsində yaranan müstəqil türk respublikalarına qarşı həyata keçirilən repressiv tədbirlər, qətl hadisələri, xüsusilə də XX əsrin sonlarının ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı rus-erməni birliyinin planlı siyasətinin məntiqi davamı idi. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Rusiya Müdafiə Nazirliyinin tabeliyində olan və Xankəndində yerləşən 366-cı rus motoatıcı alayın - mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altındakı 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonu, 1 saylı batalyonun qərargah rəisi Şitçyan Valeri İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşikinin iştirakı ilə Xocalı şəhərinə vəhşicəsinə hücum təşkil edilərək soyqırımı cinayəti həyata keçirilir. Bu qırğının nəticəsində 613 nəfər həlak oldu. Qətl edilənlər arasında 63 uşaq, 106 qadın, 70 qoca var idi. Bu qırğınlar nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər isə yaralanıb. Soyqırımı qatilləri cinayət prosesində 1275 nəfəri əsir götürüblər. Xocalı soyqırımı zamanı 150 nəfər itkin düşüb. Ortaq dil, dünyagörüş, mədəni və mənəvi dəyərlərlə bir-birinə bağlanan Anadolu türkləri ilə Azərbaycan türklərini təəssüflər olsun ki, ortaq soyqırımı faciəsi də birləşdirir. Xüsusilə də, XX əsrdə çar Rusiyası və bu imperiyanın siyasi varisi olan sovet Rusiyası, zaman -zaman hərbi-siyasi alət kimi istifadə etdikləri erməni ünsürləri ilə birlikdə yüz minlərlə türk-müsəlman əhalisini qətlə yetirərək soyqırımı siyasəti həyata keçiriblər”, - deyə Mübariz Ağalarlı fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın Müstəqillik Günü Limada da qeyd olunub

Azərbaycanın üç idmançısı qrapplinq üzrə Avropa çempionatında medal qazanıb

"GameSummit"in marketinq direktoru: "Bu festivala maraq böyükdür”

Vyetnamlılar ölkələrinin azadlığı və inkişafında Azərbaycan xalqının dəstəyini heç vaxt unutmayacaq

Müxtəlif vaxtlarda bank kartlarından pul vəsaitlərini talayan şəxs saxlanılıb

“PAŞA Bank” son üç ildə Qarabağdakı layihələrə ayırdığı kreditin həcmini açıqlayıb

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

Fələstin qəzeti Azərbaycanın Müstəqillik Günü haqqında məqalə dərc edib

İtaliyada fəaliyyət göstərən Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kaniliadan

“Azərişıq” cənub rayonlarında yenidənqurma işlərini davam etdirir

Azərbaycanın xarici işlər naziri Pakistana rəsmi səfərə yola düşüb

Avropa Liqasında mövsümün ən yaxşı qolu müəyyənləşib

Azərbaycan və İran Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsünü müəyyənləşdiriblər

Azərbaycanda ilk dəfə olaraq Naxçıvanda regional sığorta forumu keçirilib - YENİLƏNİB

® ABB-dən tam rəqəmsal təcrübə ilə “İnvoysların maliyyələşdirilməsi”

Türkiyədə “EFES-2024” hərbi təlimləri davam edir

Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti zolaqlar üzrə məhdudlaşdırılacaq

Professor Qəzənfər Kazımovun “Azərbaycan dilinin qrammatikası” dərsliyi çap olunub

Əlilliyi olan şəxslərin təqdimatında moda nümayişi təşkil edilib

Varşavada “Azərbaycanın multikultural kimliyində xristian mirası” adlı fotosərgi təşkil edilib

Olimpiya lisenziyası qazanan Anna Başta: Məşqçim dedi ki, hazırlaş, Parisə gedirik

David Karapetyan Ermənistan XİN-in baş katibi təyin edilib

Hans-Diter Flik “Barselona”da

Azərbaycan alimləri Türkiyədə

Bakıda saxlanılan narkokuryerdən 7 kiloqram marixuana aşkarlanıb

Akademik Milli Dram Teatrı ölkəmizi Beynəlxalq forumda təmsil edəcək

Azərbaycanda ilk dəfə Qəmbər Hüseynli adına I “Cücələrim” Uşaq Festivalı keçiriləcək

Səudiyyə Ərəbistanı və Bəhreyn mediası Azərbaycanın Müstəqillik Günündən yazıb

Uzunoba Su Anbarının yuxarı hissəsində təmizlik və dərmanlama işləri aparılıb

Kiyevdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul keçirilib

Film layihələri müsabiqəsində qalib gələn filmləri tələbələr çəkəcək

BMU tələbələri “Zəfər festivalı-2” idman yarışlarında uğurlu nəticələr qazanıblar

“Kapitan və Xəzər dənizi” sənədli-animasiya filmi maliyyələşdirilir

Azərbaycanın Müstəqillik Günü Qahirədə də qeyd edilib

Milli Kitabxanada növbəti treninq təşkil olunub

Kənd Təsərrüfatı Nazirliyi və Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

AQTA: Monitorinqlər zamanı 78 müəssisədə nöqsanlar aşkarlanıb

Dövlət Komitəsinin sədri Qobustanda vətəndaş qəbulu keçirib

Coğrafiya İnstitutu Hacı Zeynalabdin Şirvaninin “Səyahət bağları” kitabını nəşr etdirib

Fərid Şəfiyev: Rasional siyasətinə görə Azərbaycan mənfi təsirlərə daha az həssasdır

Azərbaycan Prezidentinin Xocalıya səfəri Türkiyə mətbuatında geniş işıqlandırılıb

Türkiyədə HDQ-nin ehtiyacları üçün müasir döyüş idarəetmə paneli təqdim edilib

“Qəbələ” klubunu daha bir futbolçu tərk edib

Xocalıda 24 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Litva Respublikasının Prezidenti Zati-aliləri cənab Gitanas Nausedaya

Pilotsuz helikopter Türkiyə müdafiə sənayesinin yeni uğurudur

Dünyada ilk dəfə insanlara dişi bərpa edən dərman veriləcək

Keniya Respublikasının Prezidenti Zati-aliləri cənab Uillyam Samoei Rutoya

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyevdən

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti Həsən Mirzəyevdən

Ottavada parlament binasının önündə Azərbaycan Bayrağı ucaldılıb

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması xarici ölkələrdə Müstəqillik Gününə həsr olunan tədbirlər keçirib

BANM-də beynəlxalq elmi konfransların qalibləri mükafatlandırılıb

Kanadanın Regina şəhərində Müstəqillik Günü münasibətilə Azərbaycan Bayrağı qaldırılıb

“Aşıq dastanları” kitabı işıq üzü görüb

Bakı metrosuna məxsus vaqonların təkərləri çıxarılmadan təmir olunacaq

Dövlət Gənc Tamaşaçılar Teatrında hesabat konserti - Sülh göyərçinləri

Romada İtaliya-Avropa İttifaqı-Azərbaycan əlaqələri ilə bağlı tədbir keçirilir

® “Qırmızı Ürəklər Fondu”nun şəhid və qazi ailələrinin fərdi yaşayış evləri ilə təmin edilməsi istiqamətində layihəsi davam edir

İsveç Baş nazirinin müavini: Aİ müsəlmanların doğma ölkələrinə qaytarılması təşəbbüsü ilə çıxış etməlidir

Cəlilabadda yaşayış evlərindən oğurluq edən keçmiş məhkum saxlanılıb

Ötən il sığorta ödənişlərinin həcmi tarixi rekord nəticəyə -1 milyard 265 milyon manata çatıb

Fərid Şəfiyev: Azərbaycan və İtaliya arasında möhkəm siyasi qarşılıqlı fəaliyyət mövcuddur

BDU Yaponiyanın Tsukuba Universiteti ilə əməkdaşlıq edəcək

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub

“YAŞAT” Fondunun dəvəti ilə türkiyəli şəhid ailələrinin üzvləri Şuşada olublar

Mobil cihazlardan istifadə məktəblilərin müvəffəqiyyət dərəcəsini aşağı salır

SAT imtahanının nəticəsi əsasında ADA Universitetinə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Fuad Muradov Moldovada bir sıra rəsmi görüşlər keçirib VİDEO

“Araz-Naxçıvan” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb

Cənubi Koreya raketdən müdafiə sistemlərini modernləşdirməyi planlaşdırır

Özbəkistan Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığı səylə inkişaf etdirir – Daşkənddən baxış

Milli Məclisin sədri Antiqua və Barbudada bir sıra görüşlər keçirib

Yekaterinburqda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

UEFA reytinqi: “Qarabağ” “Qalatasaray”ı geridə qoyub

Azərbaycan Prezidenti: 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi planlaşdırırıq

Kiyev: “Storm Shadow” raketləri Rusiya ərazisinə Londonun icazəsi ilə atılıb

Bakıda Britaniya layihəsinin tətbiqi uğurla davam edir

Polşa Belarusla sərhəddə bufer zonası yaratmaq niyyətindədir

Qazaxıstanın türk dövlətlərinə göndərəcəyi tranzit yükün həcmi artacaq

Rəşad Əhmədov: Ötən il vətəndaşlara 75-80 milyon manata yaxın sığorta ödənilib

Ötən il Braziliyada meşələrin qırılması 11,6 faiz azalıb

Təl-Əvivdə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır

SOCAR enerji sənayesinin avtomatlaşdırılması ilə bağlı müqavilə imzalayıb

Dünya Bankının qadın, biznes və hüquq reytinqində Azərbaycan son bir ildə 35 pillə irəliləyib

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovdan

Litva Respublikasının Prezidenti Gitanas Nausedadan

Sabah paytaxtda 31, bəzi bölgələrdə isə 35 dərəcə isti olacaq

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” mövzusunda tədbir keçirilib

İsveç Kiyevə 1,25 milyard dollarlıq hərbi yardım paketi ayırır

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbundan

Türk dövlətlərinin məktəbliləri Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Dövlət Komitəsinin sədr müavini ADA Universitetində diplomatlara mühazirə deyib

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Pyotr Qlıboçkodan

Şəkidə taxıl biçininə 113 kombayn cəlb ediləcək

Abbasqulu ağa Bakıxanovun yeni çap olunmuş əsərləri ictimaiyyətə təqdim edilib

Şuşa Teatrı iyun ayı üçün maraqlı repertuar tərtib edib

“Məşğulluğa dəstək layihəsi” çərçivəsində Bərdədə ictimai dinləmə keçiriləcək