SİYASƏT
Azərbaycanda yaşayan Türkiyə vətəndaşları referendumla bağlı aprelin 9-da səs verəcəklər
Bakı, 7 aprel, AZƏRTAC
Türkiyədə keçiriləcək referendumla əlaqədar bu ölkənin Azərbaycanda yaşayan vətəndaşları aprelin 9-da səs verəcəklər.
Türkiyənin Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə aprelin 9-da Bakıdakı səfirlikdə, eləcə də qardaş ölkənin Gəncə və Naxçıvandakı baş konsulluqlarında seçki məntəqəsi açılacaq. Məntəqələr saat 09:00-dan 21:00-dək fəaliyyət göstərəcək.
Azərbaycanda altı minə yaxın türkiyəli seçici qeydiyyata alınıb.
Xatırladaq ki, Türkiyədə Konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum aprelin 16-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [19:48]
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.05.2024 [19:13]
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub
- 08.05.2024 [18:56]
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
- 08.05.2024 [18:41]
Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar
- 08.05.2024 [18:31]