Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Azərbaycanın cüdo üzrə ilk dünya çempionu: Hidayət “yapon sindromu”nu qırdı – MÜSAHİBƏ

Azərbaycanın cüdo üzrə ilk dünya çempionu: Hidayət “yapon sindromu”nu qırdı –  MÜSAHİBƏ

Bakı, 22 may, AZƏRTAC

Azərbaycanın cüdo üzrə ilk dünya çempionu olan, gənclərdən ibarət milli komandanın baş məşqçisi Elxan Məmmədov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Hidayət Heydərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanaraq sizə məxsus olan rekordu təkrarladı. Bununla bağlı təəssüratınızı bilmək maraqlı olardı...

-11 ildən sonra Azərbaycana ikinci dünya çempionu gəldi. Çox qürurverici haldır. Bu qələbə hər birimizin sevincinə səbəb oldu. Hidayət həqiqətən möhtəşəm çıxış etdi. Son bir ildə göstərdiyi əzmkarlıq bu çempionluğa layiq olduğunu sübut etdi. Finalda yaponiyalı rəqibi ilə keçirdiyi dramatik görüş həyəcanı bir qədər də artırdı. Belə təhlükəli rəqib üzərində son 10 saniyədə qazanılan qələbə idmançının iddiasından, hazırlığından və keçdiyi məşq prosesindən xəbər verir. Hidayət yarışa çox ciddi hazırlaşmışdı. Hamıya bəllidir ki, dünya çempionatı sıradan yarış deyil, həqiqətən də olduqca nüfuzlu turnirdir. Azərbaycanın 52 illik cüdo tarixində ilk dünya çempionu mənəmsə, ikinci Hidayətdir. Bu da mundialın nə qədər baxımlı turnir olduğunu göstərir. Bu, doğrudan da böyük uğurdur. Bunun arxasında böyük işlər, zəhmət dayanır. Nailiyyətimiz Azərbaycan Cüdo Federasiyası başda olmaqla, Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsinin birgə səylərinin nəticəsidir. Ölkəmizdə cüdonun inkişafı göz qabağındadır. Buna hamı şahiddir. Digər dünya ölkələri də artıq bunu qəbul edirlər. Olimpiya Oyunlarında da güclü cüdo ölkəsi kimi tanınırıq. Azərbaycan cüdosu dünya reytinqində ilk sıralardadır. Ötən ay Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş Avropa çempionatında komanda hesabında ikinci olduq. Yığmamız dünya çempionatında da ilk sıralarda qərarlaşmağa iddialıdır.

- Yəqin ki, Hidayətin görüşünü izlədiniz. Finalda sona 13 saniyə qalmış etdiyi kritik fəndlə dünya çempionu oldu. Həmin an hansı hissləri keçirdiniz?

- Hidayətin görüşünü izləyirdim. O, qələbə qazananda yalnız sevinc və qürur hissi keçirdim. Mən də yığma komandanın məşqçisiyəm. Hidayətin hazırlığında mənim də rolum var. Təcrübələrimizi onunla bölüşürdük. Uğurunda hər birimizin danılmaz əməyi var. Dünya çempionatı kimi mötəbər turnirdə bayrağımızı qaldırdı. Bundan qürurverici heç nə ola bilməz. Qalib ölkəyə qələbə yaraşır.

- Məlum olduğu kimi, Azərbaycan 13 ildən sonra cüdo üzrə dünya çempionatında qızıl medal qazandı. Sizcə, ikinci dünya çempionunun yetişməsi üçün niyə bu qədər uzun vaxt lazım oldu?

- Bəzi mütəxəssislərin fikrincə, cüdo üzrə dünya çempionatı Olimpiya Oyunlarından da dramatik keçir. Çünki mundiallarda bir ölkədən hər çəkidə iki cüdoçu çıxış edə bilər. Ona görə də burada rəqabət çox güclü olur. Yaponiya və Fransa kimi cüdonun inkişaf etdiyi ölkələrin yarışa iki idmançı ilə qatılması təbii ki, rəqabəti daha da artırır. Məhz buna görə dünya çempionatında belə bir nəticəyə imza atmaq sıradan hadisə deyil. Mən 42 ildən sonra - 2013-cü ildə dünya çempionatının qalibi tituluna yiyələndim. Bu, mundialın dünya miqyasında nə qədər çətin, populyar və rəqabətli yarış olduğunu göstərir. 2013-cü ildən sonra Orxan Səfərov və Rüstəm Orucov bu nəticəyə yaxın olublar. Təəssüf ki, onlar da qızıl medal əldə edə bilməmişdilər. Amma Hidayətdə olan döyüşkənlik və mübarizə ruhu onun bu titula sahib çıxmasına səbəb oldu. Açığı, Azərbaycan cüdosunda “yapon sindromu” deyilən bir şey var. Orxan da, Rüstəm də 2017-ci ildə təşkil olunan mundialda Yaponiya təmsilçilərinə məğlub olmuşdular. Ancaq Hidayət bu sindromu tamamilə qırdı. Döyüşkənliyi və əzmkarlığı nəticəsində arzusuna çatdı. Belə bir yarışda bu cür çətin mərhələni adlamaq onun genetikasından və xarakterindən doğan bir şeydir.

- Hidayət Heydərov son bir ildə əla nəticələr əldə edib. Ötən ay Avropa, bu ay isə dünya çempionu oldu. Sizcə, cüdoçunun karyerasındakı yüksəlişin səbəbi nədir?

- Hidayət Azərbaycanın milli komandasına cəlb olunandan həmişə yığmanın aparıcı üzvü olub. O, 2015-ci ildən bəri öz sözünü deyir. Məhz bu il federasiya tərəfindən görülən işlərin sayəsində özünü daha yaxşı tərəfdən göstərə bildi. Son 1 ildə daha da formalaşıb, təcrübəsini artırıb. O, həmişə məşqçilər tərəfindən verilən tapşırıqları yerinə yetirərək peşəkar idmançı kimi tatamiyə çıxır. Hər şeydən öncə Hidayətdə son zamanlar peşəkarlıq görürəm. Olduqca iddialıdır. Əsl peşəkar idmançıda olan xüsusiyyətləri onda görə bilirəm. Çox əziyyət çəkir. Bunun nəticəsidir ki, Avropada və dünyada öz bacarığını sübut etdi.

- Qarşıda “Paris-2024” Yay Olimpiya Oyunları var. Hidayət Heydərovdan nüfuzlu yarışda hansı nəticəni gözləyirsiniz?

- Dekabr-yanvar aylarında bir az söhbət etdik. Ona bu il çox hazırlıqlı və yaxşı formada olduğunu bildirdim. Bunun böyük şans olduğunu söylədim. Dedim ki, həyatdır, hər an hər şey ola bilər, bu şansdan yaxşı istifadə etməlisən. Söhbət əsnasında söz verdi ki, bu il həm Avropa, həm dünya, həm də Olimpiya çempionu olacaq. İlk iki turnirdə dediyini etdi. Təbii ki, biz onun Olimpiadada da yaxşı nəticələrə imza atacağına inanırıq. Parisdə də fəxri kürsünün ən yüksək pilləsinə qalxmağını gözləyirik.

- Azərbaycan cüdoçuları dünya çempionatında hələlik bir medal qazana biliblər. Digər idmançıların zəif çıxışını necə izah edərdiniz?

- Bu, idmandır. Dünya çempionatında hər çəkidə aparıcı cüdoçularımız qüvvəsini sınayır. Biz onlardan da nəticə gözləyirik. Ümidvaram ki, alınacaq. Bir sıra aparıcı ölkələr var ki, onların aktivində ümumiyyətlə medal yoxdur. Əsas odur ki, millimiz bir qızıl mükafat əldə edib. Bunun davamının gələcəyinə əminik.

- Böyük ümidlərlə yığmaya cəlb edilən Səid Mollayi hələlik zədə səbəbindən potensialını tam olaraq aça bilmir. Bu barədə nə deyə bilərsiniz?

- Səid Mollayi 81 kiloqramda dünya miqyasında iddialı idmançılarımızdan biridir. Bu zamana kimi əldə etdiyi nailiyyətlərdən xəbərdarıq. Son vaxtlar ciddi və böyük zədələr alıb. İdmançı üçün zədədən sonra yenidən formaya düşmək çox çətin olur. Bunun üçün kifayət qədər zaman lazımdır. İdmançı zədədən çıxır, sonra əvvəlki intensiv məşqlərinə qayıtmaq istəyir, lakin yenidən zədələnir. Bunun öhdəsindən gəlmək üçün xarakter lazımdır. Ümid edirəm ki, Səid də qısa zamanda zədələrini bərpa edəcək və yığmaya geri dönəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Avropa çempionatları tarixində ən erkən qol vurulub

Milli Qurtuluş Günündə Şirvanda “Xilaskar” filmi nümayiş olunub

Şimali Kipr Prezidenti Ersin Tatar əlamətdar günlər münasibətilə Azərbaycanı təbrik edib

“Vəhdəti-vücud” günü

Ermənistanda Daşnaksütyun partiyasının 20-yə yaxın üzvü saxlanılıb

“Avro 2024”: İspaniya Xorvatiyaya üç cavabsız qolla qalib gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şuşa Bəyannaməsi bu müdrik kəlamların həyatiliyinin təsdiqidir – ŞƏRH

Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib

Azərbaycanda yay turizm mövsümünə start verilib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndər Heydər Əliyev həyatının böyük hissəsində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb - ŞƏRH

“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb

Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub

Tbilisidə “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Fransada fermerler yenidən nümayişə çıxacaqlarını bəyan ediblər

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub

ŞKTR parlamentinin spikeri Heydər Əliyevin Azərbaycanın xilasında tarixi rolunu vurğulayıb

Türkiyəli ekspert: Bakı ilə Ankaranın birliyi Türk dünyasının həmrəyliyinin stimuludur VİDEO

Şuşada “Türk dünyası-2040: gələcəyə konseptual baxış” mövzusunda panel sessiya təşkil olunub

“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib

III Beynəlxalq Bakı Piano Festivalı ərəfəsində mətbuat konfransı keçirilib

Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Tahir Mirkişili: İyunun 15-i Azərbaycan tarixinə yeni dövrün başlanğıcı kimi düşüb

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən 14 nəfər saxlanılıb VİDEO

Şuşada partiya diplomatiyasının yeni dialoq platforması olması ilə bağlı müzakirələr aparılıb

Finlandiya quş qripinə qarşı vaksin alır

SOCAR-ın “Eko park”ında QHT nümayəndələri ilə görüş keçirilib

Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir

Azərbaycan tamamilə müstəqil siyasət yürüdən ölkə kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb - RƏY

“Kəpəz” klubu iki legioner futbolçu ilə yollarını ayırıb

Bu il Hindistandan ölkəmizə 90 mindən çox turist gəlib

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Qafqazda sülhün bərqərar olması deməkdir

Hulusi Kılıç: Şuşa Bəyannaməsi regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatıdır

Kənan Quluzadə: Bu il turist sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağına inanırıq

Azərbaycanda ilk və tək qadın futbol məşqçisini yaxından tanıyaq

Aygün Attar: Şuşa Bəyannaməsi TDT-də birliyi gücləndirən amillərdən biridir

Baş Prokurorluq: Beynəlxalq axtarışda olan şəxs Avstriyaya təhvil verilib

Türkiyənin nazirləri Azərbaycan rəhbərliyini və xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər

Səməd Seyidov: Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik

700 bal toplayan Şəki məktəblisi: Gələcəkdə süni intellekt sahəsində Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram VİDEO

Polis bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmətini davam etdirir VİDEO

Kayrat Osmonaliyev: Türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtıdır

Qırğız diplomat: TDT-nin gücü onu təşkil edən dövlətlərin birliyindədir

DSX-nın Xüsusi Məktəbində tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib VİDEO

Milli Qurtuluş Günü Tbilisidə qeyd edilib

Paris Olimpiadasına lisenziya qazanan boksçularla görüş olub

Bakıda “Sevgi Meksikadır” adlı konsert proqramı təqdim olunub VİDEO

Beynəlxalq konfransda Qarabağda minalanmış ərazilərin ekologiyaya vurduğu ziyandan danışılıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazanıb

Ulu Öndər Heydər Əliyev hər bir qələbəmizin rəmzidir - ŞƏRH

Türkiyə parlamentinin sədri Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib

“Azərişıq” Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək

Çinin hərbi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Baş nazir və Milli Məclisin sədri Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

Türkiyə ordusu İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Cəlilabadda birgə tədbir keçiriblər

Türkiyənin müdafiə naziri: NATO-ya alternativ axtarmaq cəhdləri uğursuzluğa məhkumdur

NBA: “Dallas Maveriks” final seriyasını uzadıb

Milli Hidrometeorologiya Xidməti baş verə biləcək sel və daşqınlarla əlaqədar xəbərdarlıq edib

Şamil Ayrım: Türk dünyası Türkiyə və Azərbaycanın dövlət başçıları ilə qürur duyur

Muxtar Respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi həyata keçiriləcək

Macarıstan Aİ-nin Ukrayna ilə danışıqlar üzrə Budapeştin şərtini qəbul etdiyini bildirib

Attila Tilki: Azərbaycanın mədəniyyət paytaxtında toplaşmağımız qürurvericidir

Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

Füzulidə “Milli Qurtuluşdan Zəfərə” adlı məktəblilərin yaradıcılıq festivalı keçirilib VİDEO

Zafer Sırakaya: TDT ölkələrinin parlamentlərarası və siyasi partiyalarının əlaqələri birliyimiz üçün önəmlidir

Şimali Kiprin Baş naziri: TDT-nin qlobal problemlər və geosiyasi fonda əhəmiyyəti böyükdür

Hərbi Qənimətlər Parkında “2K11 Kruq” zenit-raket kompleksinin nümayişi Azərbaycan Ordusunun qəhrəmanlıq və şücaətinin bir nümunəsidir VİDEO

Baş nazirin müavini: Vətən müharibəsindəki Qələbədə Türk dünyasının dəstəyi bizim üçün çox dəyərlidir

Şuşada keçirilən plenar sessiyada TDT-nin qlobal təhlükəsizliyə regional töhfələri müzakirə edilib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Əli Əhmədov: Türk dünyası ölkələrinin indiyədək mövcudluğunun səbəbləri ortaq dəyərlərə malik olmalarıdır

Səfir: “Dəmirağacı parkı”ndan danışmaq mənə böyük şərəf hissi verir

Aktam Xaitov: TDT qlobal təhlükəsizliyə və regional inkişafa töhfə verməyə qadirdir

Milli Qurtuluş Günü ilə bağlı fləşmob hazırlanıb VİDEO

Aslana Əliyeva: Azərbaycan rəqsi zərifliyi ilə seçilir

Aktam Xaitov: Özbəkistan Qarabağ torpağında mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə hazırdır

AMANAT-ın icra katibi: Partiyalararası əməkdaşlıq qardaş türk dövlətlərinin birliyinin daha da möhkəmlənməsinə xidmət edir

Daulet Kəribek: Şuşada keçirilən bugünkü konfransın yeni strateji məqsədlər üçün başlanğıc nöqtəsi olacağına inanıram

Milli Qurtuluş Günü – Zəfər salnaməmizin başlanğıcı

TBMM-nin üzvü: Regionda normallaşma istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi davam etdiririk

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Birinci vitse-prezident Mehriban Əliyeva 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Dövlət Yol Polisi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmət aparacaq

Tibb Universitetində əcnəbi tələbələr üçün "Miqrasiya qaydaları" mövzusunda tədbir keçirilib

Efkan Ala: Şuşa Bəyannaməsi bizi ortaq hədəflərimizə aparan yol xəritəsidir

Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri sağlam təməllər üzərində qurulub

Türkiyə XİN: “Bir millət, iki dövlət” olaraq əbədiyyən bir yerdə olacağıq

YAP Sədrinin müavini: Qlobal kataklizmlər fonunda dövlətçilik maraqlarının qorunması aktual və vacib məsələdir

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Tahir Budaqov: Ümummilli Liderin Türk dünyasında xidmətləri bu gün böyük minnətdarlıqla xatırlanır

YAP Sədrinin müavini: Zəngəzur dəhlizinin reallaşdırılması Türk dünyasında geosiyasi fəallığın artmasına təkan verəcək

Tahir Budaqov: Müasir Azərbaycan reallığı Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin dövlətçilik irsi ilə bağlıdır

Federasiya prezidenti: Ulu Öndər Heydər Əliyevin idmanın inkişafı istiqamətində gördüyü işlər bu gün öz bəhrəsini verir

Azərbaycan Prezidenti: Türk Dövlətləri Təşkilatı ölkələrinin siyasi partiyalarının əməkdaşlığı da müştərək məqsədlərin həyata keçirilməsində əhəmiyyətli rol oynayır

Şuşanın dağıdılmış 200-dək tarix və mədəniyyət abidəsindən bu günədək 18-i bərpa edilib