İDMAN
Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının püşkü atılıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycanın və Gürcüstanın 2017-ci ildə birgə ev sahibliyi edəcəyi qadın voleybolçular arasında Avropa çempionatının oktyabrın 31-də püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 31-də Lüksemburqda Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi təşkil olunub.
Meydan sahibi olan Azərbaycan və Gürcüstan, həmçinin Rusiya, Hollandiya, Serbiya, Türkiyə və Almaniya yığmalarının vəsiqə qazandığı final mərhələsindəki digər 9 yer uğrunda 29 komanda mübarizə aparacaq.
Onlardan səkkizi gələn il mayın 19-22-də birinci seçmə mərhələdə çıxış edəcək. Bu mərhələdə iki qrup qalibi və ən yaxşı ikinci yerin sahibi növbəti raunda adlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2024 [18:00]
Rafiq Hüseynov: Azərbaycan güləşinin gələcəyi uğurlu əllərdə olacaq
- 23.05.2024 [16:59]
Azərbaycanın aerobika gimnastları Dünya Kubokunda mübarizə aparacaqlar
- 23.05.2024 [16:34]
Kristi Man: Azərbaycanda qadın güləşi yüksək səviyyədə inkişaf edir
- 23.05.2024 [16:28]