SİYASƏT
Azərbaycanın xarici işlər naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
Bakı, 22 iyul (AZƏRTAC). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin iyulun 22-də Brüsseldə keçirilən 5-ci iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə məlum prinsiplər və eləcə də həmsədr ölkələrin səsləndirdikləri bəyanatlar əsasında münaqişənin həlli prosesinin sürətləndirilməsi yolları müzakirə edilib.
Diqqətə çatdırılıb ki, həmsədr ölkələrin prezidentləri dəfələrlə öz bəyanatlarında mövcud status-kvonun qəbuledilməzliyini vurğulayıblar.