Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanlı deputat: Avropa Şurasının Ermənistana sərt münasibət göstərməməsi yeni böyük fəsadlara yol açır

Azərbaycanlı deputat: Avropa Şurasının Ermənistana sərt münasibət göstərməməsi yeni böyük fəsadlara yol açır

Strasburq, 20 iyun, AZƏRTAC 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ilk iş günü ənənəvi olaraq Büro və Daimi Komitənin fəaliyyəti haqqında məruzə dinlənildikdən sonra hesabat ətrafında müzakirələrlə başlayıb.

Böyük Britaniyadan olan deputat İan Liddel-Qreinerin təqdim etdiyi hesabatla bağlı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxış edərək bir sıra tənqidi mülahizələrini bildirib.

Qeyd olunub ki, Büro və Daimi Komitənin gördüyü işlərə dair hesabatın “İnkişaf haqqında məruzə” adlandırılması məntiqidir. Ardıcıl fəaliyyət olan yerdə irəliləyişlərin, müəyyən nailiyyətlərin əldə edilməsi təbii sayılmalıdır. Ancaq görülən işlər arasında çəki və miqyas fərqi var.

Təşkilat olaraq Avropa Şurasından və onun hər növbəti inkişaf hesabatından gözlənilən elə məsələlər var ki, onların həlli yolunda atılmış hər bir ciddi addım, həqiqətən də çox böyük tərəqqi adlandırıla bilər. Yalnız bu təşkilatın deyil, dünyanın siyasi həyatında əlamətdar hadisəyə çevrilər.

Lakin təəssüflər olsun ki, sessiyalar bir-birini əvəz edir, milyonlarla insan ümidlə nəticə gözləyir, “inkişaf haqqında məruzə” adlandırılan hesabatlarda isə nəzərəçarpacaq inkişaf barədə bir sətir də gözə dəymir. Bu il Avropa Şurasına üzvlüyünün 15 ili tamam olan Azərbaycan 2016-cı ildə başqa kədərli yuvarlaq ildönümünü də qarşılamaq məcburiyyətindədir. Düz 25 il əvvəl, 1991-ci ilin sonunda Ermənistan hərbi birləşmələri xarici qüvvələrin köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ vilayətində 1989-cu ildən başladıqları işğalçılıq fəaliyyətini Xankəndinin azərbaycanlılar yaşayan son kəndini zəbt etməklə başa çatdırıb. Kərkicahan kəndində 40-a yaxın insan vəhşicəsinə qətlə yetirilib, 50 qadın, uşaq, qoca ağır yaralanıb, yüzlərlə ailə öz vətənində məcburi köçkünə çevrilib. İllər ötdükcə dünya birliyinin, beynəlxalq təşkilatların erməni zülmünə qarşı etinasız münasibəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən başqa onun ətrafındakı 7 rayonu da işğal olunub, qaçqın və məcburi köçkünlərin sayı 1 milyona çatıb. Avropa Şurası Ermənistanı öz qətnamələrində rəsmən bir işğalçı olaraq təsbit edib. Bəs sonra? İşğalçıya qarşı hansı addım atılıb? Bir neçə ay öncə burada Sərsəng su anbarı, Ermənistanın Azərbaycana qarşı apardığı su təcavüzü ilə əlaqədar qətnamə qəbul edilib. Ermənistan o qətnamənin tələblərini yerinə yetirmək üçün heç bir addım atmır, belə bir niyyəti də yoxdur. Avropa Şurası isə yenə əvvəllərdə olduğu kimi, Ermənistanın belə özbaşınalıqlarına dözür. Bütün bunlardan sonra da başlayırıq fəaliyyətimizdəki inkişafdan dəm vurmağa. Kimi aldadırıq?! Xoşagəlməz bir qanunauyğunluq var. Cinayət cəzasız qalırsa, qanunsuz əməlin qiyməti vaxtında verilmirsə, bu pis nümunə digər yeni daha pis nümunələrin ortaya çıxmasına imkan yaradır.

Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 2001-ci ildə Avropa Şurasında bir üzv dövlətin digər üzv dövlətin ərazisini işğal etməsinə yeganə nümunə idi. Lakin Avropa Şurası vaxtında ortaya prinsipial mövqe qoymadığına, qətiyyət göstərmədiyinə və fəaliyyətsizlik nümayiş etdirdiyinə görə AŞPA ailəsində digər üzv dövlət tərəfindən ərazisi işğal edilən, separatizmdən əziyyət çəkən dövlətlərin sayı artıb.

R.Hüseynov yaxın gələcəkdə belə taleyüklü düyünlərin açılmasına Avropa Şurasının verdiyi töhfələrdən bəhs edən inkişaf haqqında məruzəni dinləməyə nəsib olacağına ümid etdiyini bildirib və deyib ki, həmin hesabatı təmiz vicdanla və tam səmimiyyətlə əsl inkişaf məruzəsi adlandırmaq olacaq.

Büro və Daimi Komitənin bu sessiyada səslənən hesabatının müəllifi deputat İan Liddel-Qreiner müzakirələri yekunlaşdırarkən Azərbaycanda gedən demokratik islahatları alqışlayıb, bu islahatların ölkənin Avropa Şurası ilə səmərəli əməkdaşlığının uğurlu nəticələrindən biri olduğunu qeyd edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Latviya Parlamentinin sədri Şuşaya gəlib

Ağsu dolaylarında asfalt çöküb

Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb

Ukrayna Silahlı Qüvvələri Rusiya gəmisinin məhv edilməsi barədə məlumat yayıb

Romada Azərbaycan musiqisindən ibarət konsert olub

Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür

Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb

Böyük Britaniyada minlərlə insan suların çirklənməsinə görə aksiya keçirib

Prezident İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır

Azərbaycan Prezidenti: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək

Latviya Respublikası Parlamentinin sədri Füzuliyə gəlib YENİLƏNİB

Prezident: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir

Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub

Prezident İlham Əliyev: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq

Prezident: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 8227 məktəbli iştirak edib

Prezident İlham Əliyev: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir

Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil

Prezident: İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb

Britaniyanın müdafiə naziri: Rusiya ilə birbaşa münaqişədə olmaq istəmirik

Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

Avstriyanın Lints şəhərinin nümayəndə heyəti Sumqayıtdadır

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə İstanbul Boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib YENİLƏNİB VİDEO

Azərbaycan ilə İranın dövlət sərhədində Prezident İlham Əliyevin və Prezident Seyid İbrahim Rəisinin görüşü olub YENİLƏNİB-2 VİDEO

Oğuzda qumbara və sursat aşkarlanıb

Sabah Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

“Yaşıl muzey” interaktiv proqrama başlanılıb

“Rusiya – Azərbaycan” dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb

Milli Kitabxanada Salman Mümtaz haqqında virtual və ənənəvi sərgi təqdim olunub

Bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə işi gücləndirilib

Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib

Anna Skidan Polşada keçirilən turnirdə qızıl medal qazanıb

VI sinif şagirdləri üçün monitorinq keçirilir

“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının elektron versiyaları oxucuların istifadəsinə verilib

Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür

Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb

Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib

İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

Çin kosmik sektorda casusluq hallarını aşkarlayıb

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda keçirilən konfrans başa çatıb

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib

Azərbaycan Dillər Universitetində “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda seminar keçirilib

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Dünyanın qeyri-adi muzeyləri

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub

32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub

Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku 2024” beynəlxalq turnirində 27 medal qazanıblar

Premyer Liqa: "Sabah", "Neftçi" və "Zirə"dən vacib qələbə

Sel suları Xaçmaz-Quba yolunda hərəkəti çətinləşdirib VİDEO

Papa Fransisk: Gəlin, müharibələrə son qoyaq

Beynəlxalq ekspert: Bratislava Bakını iqtisadi-ticarət və investisiya sahəsində Cənubi Qafqazda əsas tərəfdaş hesab edir – MÜSAHİBƏ

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Birinci xanım Mehriban Əliyeva instaqram hesabında Zəngilan səfəri ilə bağlı paylaşım edib VİDEO

Problemlərin inkarı Fransa üçün Afrikanın itirilməsi ilə nəticələndi, növbədə “xarici ərazilərdir” TƏHLİL

Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Cənubi Qafqazda sülhün qarantı ŞƏRH

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc Sahibkarların 10-cu Beynəlxalq Kazan Forumu başa çatıb

Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar təqdim olunub

Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb

Qarabağ Universitetinin bukleti hazırlanıb

Azərbaycan boksçuları Konstantin Korotkov Memorialını 5 medalla başa vurublar

Güclü leysan və dolu Qaxın kəndlərində fəsadlar törədib, dəymiş ziyan hesablanır VİDEO

Polkovnik: Heç bir qüvvə Azərbaycanda xalq-ordu birliyinə xələl gətirə bilməz

Fransa Kaledoniyada baş verənləri Azərbaycanın adına yazmaqla dünya ictimaiyyətində çaşqınlıq yaradır ŞƏRH

ADPU-nu 50 il əvvəl bitirən məzunların görüşü keçirilib

Türkiyə Əfqanıstana 24 ton humanitar yardım yollayıb

Türkiyədə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə “Gənclik həftəsi” keçirilir

Azərbaycanın güləş üzrə daha bir yığması Avropa çempionu olub

GDU-da tələbələr imtahanların keçirilmə qaydaları barədə məlumatlandırılıblar

Ədəbiyyat Muzeyinin Aran regional filialı “Açıq qapı” günü təşkil edib

GDU-nun Regional Kollecində Məzun günü keçirilib

Azərbaycan gimnastlarının Neftçalada nümunəvi çıxışları olub

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib