Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanlı deputat Avropa Şurasının komitə iclasında ölkəmizə qarşı qərəzli məruzəni kəskin tənqid etmişdir

Helsinki, 27 may (AZƏRTAC). Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquqi işlər və insan haqları komitəsinin yay sessiyası ərəfəsindəki son iclası Finlandiyanın paytaxtı Helsinki şəhərində keçirilmişdir. İki gün davam edən və müxtəlif ölkələrdən dəvət olunmuş hüquq mütəxəssislərinin iştirakı ilə gərgin müzakirələrlə keçən komitə iclaslarında gündəliyə Avropa və dünyanın ictimai-siyasi həyatında aktuallıq kəsb edən bir sıra mühüm problemlər çıxarılmışdır. “Avropa İnsan Haqları Məhkəməsinin səmərəliliyi və onun müstəqilliyinin gücləndirilməsi”, “Yerli monitorinq qurumlarının işgəncələrlə mübarizədə rolu”, “Məhkəmə sistemində rüşvətxorluğun qarşısının alınması və kökünün kəsilməsi”, “Avropada mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizədə mühüm vasitə olan şahidlərin qorunması” kimi məruzələr qızğın diskussiyalarla müşayiət edilmişdir.

Böyük Britaniyadan olan deputat Kristofer Çopun təqdim etdiyi “Məhkum olunmuş şəxslərin təhvil verilməsi haqqında Konvensiyanın icrasında sui-istifadə hallarının qarşısının alınması tədbirləri” sərlövhəli məruzə isə birmənalı qarşılanmamışdır. Macarıstan hökuməti tərəfindən Azərbaycana təhvil verildikdən sonra Prezident İlham Əliyev tərəfindən əfv edilmiş zabit Ramil Səfərovla əlaqədar məsələnin növbəti dəfə ermənipərəst qüvvələrin təsiri ilə yenidən gündəmə gətirilməsinə cəhd edilmişdir. Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov bu təqdimatı kəskin tənqidlə qarşılamışdır. Komitə iclasında çıxış edən Rafael Hüseynov real faktlara, məntiqi dəlillərə əsaslanaraq məruzənin başdan-başa Avropa Şurasının prinsiplərinə və həqiqətə zidd olduğunu bəyan etmişdir. O demişdir: “Biz ilk dəfə deyil ki, bu problemi komitədə müzakirə edirik. Həmin məsələ ilə bağlı vaxtilə Assamleyada da geniş müzakirələr aparılmışdır. Macarıstanda təlim keçən azərbaycanlı və ermənistanlı zabitlər arasında yaranmış münaqişə nəticəsində baş vermiş qətl hadisəsi dünyanın istənilən ordusunda rast gəlinə bilən faciədir. O hadisədən əvvəl də, sonra da müxtəlif ölkələrdə oxşar insidentlər haqqında mətbuat səhifələrində məlumatlar dərc edilmişdir. Lakin bu hadisəni digərlərindən fərqləndirən bir cəhət var ki, hadisə müharibə vəziyyətində olan iki ölkənin gənc zabitləri arasında baş vermişdir. Bu faciənin təməlində dayanan əsas problem Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, bir milyondan artıq insanı qaçqın və köçkünə çevirməsidir. Qətli törətmiş zabit Ramil Səfərov ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın vətəndaşıdır. Daha artıq, o, həm də həmin işğal edilmiş rayonlardan birindən hələ lap uşaq ikən məcburi köçkün düşmüş insandır. Üstəlik onun bir çox yaxın qohumları həmin hərbi təcavüz zamanı erməni silahlıları tərəfindən öldürülmüşdür. Dəfələrlə qeyd edildiyi, elə burada bizim komitədə dəvət olunmuş ekspertlərin də təsdiqlədiyi kimi, Macarıstanda mühakimə edilmiş və orada həbs cəzası çəkən zabit Ramil Səfərovun Azərbaycana təhvil verilməsi tamamilə qanun çərçivəsində həyata keçirilmişdir. Onun əfv edilməsi də ölkə Konstitusiyasının verdiyi səlahiyyətlərə əsasən Azərbaycan Prezidenti tərəfindən qanunlara tam riayət etməklə gerçəkləşdirilmişdir. Bütün bunlar artıq tarixdir və həmin tarix səhifəsini bir daha geriyə qaytarmaq mümkün deyildir. Amma kimlərsə həmin məsələni ardıcıl olaraq gündəmdə saxlamağa cəhd edirsə, bu, xoş niyyətdən doğmur. Bu, aşkar şəkildə Ermənistan və Azərbaycan arasındakı münaqişəni daha da dərinləşdirmək və mürəkkəbləşdirmək məqsədi daşıyan arzuolunmaz təşəbbüslər kimi dəyərləndirilə bilər. Təqdim olunan məruzə ilə bağlı aşağıdakı məqamlara diqqət yönəltməyi vacib sayıram. Əvvəla, biz hər hansı konvensiyada hansısa dəyişikliklər etmək istəyiriksə, hansısa maddələri sərtləşdirmək, yaxud yumşaltmaq niyyətindəyiksə, onda bu, çoxlu miqdarda faktların ətraflı təhlili əsasında reallaşmalıdır. Bir fakt və bir nəfər üzərində aparılan təhlilə əsasən çıxarılan nəticənin kifayət qədər ümumiləşdirici ola bilməyəcəyi elə ilk baxışdan aydındır. Həm də yalnız bir fakt və bir nəfər üzərində bütöv bir məruzənin qurulması onun qərəzli olmasının göstəricisidir. Avropa Şurası sənədinin dili ilə ucuz sensasiya axtaran bulvar qəzetlərinin, sarı mətbuatın üslubu arasında fərq olmalıdır. Üçüncü maddədə məruzəçi yazır ki, Ramil Səfərov Azərbaycanda qəhrəman kimi qarşılanmışdır. Bu, tamamilə saxta bir fikirdir. Səfərov nə qəhrəman kimi, nə də xüsusi bir təntənə ilə qarşılanmışdır. O, sadəcə olaraq Vətənə gəldikdən sonra əfv edilmişdir və bu da tam qanun çərçivəsində olan aktdır. Qanun Prezidentə bu əfvi dərhal, ya hansısa müddətdən sonra etmək məhdudiyyəti qoymur, məsələni necə həll etmək Konstitusiyaya əsasən dövlət başçısının müstəsna hüquqdur.

Ola bilsin kiminsə sizə pıçıldadığı, ya Ermənistan mətbuatından aldığınız bu cür yanlış və qərəzli deyiliş tərzi heç bir tənqidə dözmür. Ümumiyyətlə, Konvensiya ilə bağlı nəzəri qənaətlər ortaya qoymaq xəyalına düşərkən Avropa Şurası sənədinə belə qızışdırıcı, emosional improvizələri daxil etmək əsl qınağa layiqdir. Çünki belə addımlar Avropa Şurasının nüfuzuna xələl gətirən amillərdir.

Ona görə də mən həmin müddəanın davamı olan 5.1-ci bəndini də qəti olaraq mətndən çıxarmağı təkid edirəm. Ümumiyyətlə, bu məruzəni oxuduqca onun müəllif kimi göstərilən Kristofer Çop tərəfindən deyil, tam qərəzli mövqeli bir ermənistanlı hüquqşünasın da demirəm, macəra axtaran bir erməni jurnalistin qələmi ilə yazıldığı təəssüratı yaranır. Axı məruzəsinə, məsələn 37-ci maddədə “Marqaryanın öldürülməsi Azərbaycanda yüksək dövlət vəzifəsi tutan şəxslər, o cümlədən Azərbaycan ombudsmanı, Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəsi tərəfindən təriflərlə qarşılandı” kimi ağ yalan, böhtandan ibarət ifadələrin daxil edilməsinə razılıq verən şəxs bir az da düşünməlidir ki, məndən fakt tələb edərlər. Belə faktlar isə yoxdur. Azərbaycan rəsmilərinə qarşı, bütövlükdə ölkənin əleyhinə belə həqiqətə zidd, yalan ifadələrdən ötrü sizdən cavab tələb olunacağını heç vaxt unutmayın. Son olaraq, mən bu məruzə mətnini Avropa Şurasının prinsiplərinə və həqiqətlərə, hüquqi normalara əks getdiyi üçün qətiyyətlə rədd edirəm”.

Deputat Rafael Hüseynovun əsaslandırılmış və obyektiv çıxışı komitə üzvləri və toplantıya qatılmış ekspertlər tərəfindən maraqla qarşılanmışdır.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Helsinki 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını ram etmək mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib