Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

“Azərreyl”in rumıniyalı voleybolçusu: Bakı mükəmməl şəhərdir, burada qalmaq istəyərəm - MÜSAHİBƏ

“Azərreyl”in rumıniyalı voleybolçusu: Bakı mükəmməl şəhərdir, burada qalmaq istəyərəm -  MÜSAHİBƏ

Bakı, 9 yanvar, AZƏRTAC

“Azərreyl”in rumıniyalı voleybolçusu Anamaria Berdila AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- İlk dəfədir ki, legioner həyatı yaşayırsınız. Necə düşünürsünüz, Azərbaycan və Rumıniya voleybolu arasında nə kimi fərqlər var?

- Azərbaycana gələnə qədər Rumıniyadan başqa ölkədə oynamamışdım. Onu deyə bilərəm ki, "Azərreyl"də oynamağın üstünlükləri daha çoxdur. Çünki burada bir voleybolçu üçün hər cür şərait yaradılıb. Peşəkar oyunçulardan ibarət kollektivimiz var və onlar yüksək səviyyəli oyun nümayiş etdirirlər. Klub daxilində hər kəs öz işini görür. Xüsusilə baş məşqçi voleybolçularla yaxından məşğul olur və faydalı məşqlər keçir. Rumıniya klubunda isə bu proses bir qədər qarışıqdır. Həmçinin Azərbaycanda insanlar istiqanlıdır. Burada voleybolçu kimi çox sevildiyimi hiss edirəm.

- Bəs, iki ölkənin liqalarını necə müqayisə edərdiniz?

- Əslində əvvəllər Azərbaycan çempionatını izləmirdim. Amma güclü klublardan təşkil olunan çempionat olduğunu eşitmişdim. Rumıniya isə bu sahədə daha çox inkişaf edib. Çempionatda çox güclü legionerlər çıxış edir. Rumıniyanın yüksək liqasında 12 qadın və 12 kişi komandası var. Azərbaycanda isə bu say cəmi 6-dır. Burada çempionatın səviyyəsi yüksək olmasa da, inkişaf hiss olunur. Klublar ölkə xaricindən legionerləri cəlb etməyə cəhd göstərirlər. 2024-cü il üçün isə gözləntilər daha böyükdür. Komanda olaraq bizim də məqsədlərimiz var.

- Voleybol üzrə Azərbaycan çempionatının Rumıniya ilə müqayisədə bir qədər zəif olduğunu qeyd etdiniz. Bu mənada “Azərreyl”ə keçdikdən sonra peşmanlıq hissi yaşamadınız?

- Xeyr, mən bu kluba tam istəklə gəldim. Burada gözlədiyimdən daha yaxşı şəraitlə qarşılaşdım. Baş məşqçim, onun köməkçisi və komanda yoldaşlarım məni isti qarşıladılar. Onlarla birlikdə çox vaxt keçirirəm. Mükəmməl ünsiyyətimiz var və mənə hər zaman müsbət enerji verirlər. Ona görə də onlarla işləməkdən zövq alıram. “Azərreyl”ə keçdiyim üçün heç vaxt peşman olmamışam. Çünki bu, hər şeydən öncə mənim üçün təcrübədir. Ölkə xaricində oynamağın necə hiss olduğunu anladım. Düşünürəm ki, bu hissi bütün idmançılar yaşamalıdır.

- Bura gələnədək Azərbaycanda çıxış edən qadın voleybolçulardan kimləri tanıyırdınız?

- Polina Rəhimova, Odina Əliyeva və Yelizaveta Rubanı tanıyırdım. Sonuncu hazırda Rumıniya çempionatında oynayır. “Milli Aviasiya Akademiyası”nın bir neçə oyunçusunu isə üzdən tanıyırdım, ancaq adlarını bilmirdim.

- Bəs, Yüksək Liqada hansı voleybolçuların oyun üslubunu daha çox xoşlayırsınız?

- Bütün voleybolçularla münasibətim əladır. “Abşeron” və “Milli Aviasiya Akademiyası”nda çıxış edən oyunçularla dostluq əlaqələrim var. Amma sözsüz ki, öz klubumdan birini seçməyə üstünlük verirəm. Həm enerjisinə, həm potensialına, həm də peşəkarlığına görə dominikanlı Xineyri Martinesin adını çəkə bilərəm. Onunla oynayanda enerjimin və voleybol bacarıqlarımın artdığını hiss edirəm. Mənə mənəvi cəhətdən də yaxşı təsir göstərir. Martineslə oynamaq mənim üçün şərəfdir. Enerjisi yüksək voleybolçuların olduğu klubun nailiyyətləri də getdikcə artır və bunun sayəsində ortaya yaxşı nəticələr çıxır. Uğurlarımızın davamını gətirmək niyyətindəyik. Klubumuzdan Aişə Alismanovanın da oyununu çox bəyənirəm. O, böyük potensiala malikdir. Öz üzərində çox çalışır. İntizamlı və təshillidir. Sevindirici haldır ki, gənc nəsildə idmana, xüsusilə də voleybola qarşı böyük sevgi var. Ümumiyyətlə, Cengiz Akarçeşmə kimi baş məşqçimiz olduğu üçün çox şanslıyıq. Çünki o, bizim daha yaxşı voleybolçu olmağımıza yaxından kömək edir.

- “Azərreyl”ə keçidinizdən öncə Azərbaycan haqqında məlumatınız var idi?

- Açığı, məlumatım yox idi. Amma internetdə həm ölkə, həm də onun mədəniyyəti və adət-ənənələrini araşdırdım. Çünki məlumatlı olmağı sevirəm. Həmçinin kitablardan da ölkə haqqında məlumat əldə etdim. Azərbaycan sözünün mənasını öyrəndim və paytaxt şəhər Bakı haqqında ətraflı məlumat topladım. Burada mehriban və istiqanlı insanlarla tanış oldum. Onlarla söhbət etdikcə, məndə bu ölkənin insanlarına qarşı hörmət yarandı. Mən də öz növbəmdə ölkəmi, ailəmi və adət-ənənələrimizi Azərbaycanda yaxşı təmsil etməyə çalışıram.

- Ölkə çempionatında əsas rəqibiniz “Abşeron”dur. Çempionluq şanslarını necə dəyərləndirirsiniz?

- Voleybol gözlənilməz sürprizləri olan idman növüdür. Hazırkı hədəfimiz çempionluqdur. Düzdür, “Abşeron” çətin rəqibdir. Amma heç birimiz ilk oyunda bu kluba uduzacağımızı gözləmirdik. Buna baxmayaraq, səhvlərimizdən nəticə çıxara bilirik və hazırda yüksəlişdəyik. Səhv etməkdən qorxmaq lazım deyil, çünki çox şey öyrənirik və özümüzü inkişaf etdiririk. Bu gün yeni ildə ilk oyunumuza çıxacağıq. Oyuna tam hazırıq. Özümə və komandama güvənirəm. Qış fasiləsində çox çalışdıq. Ümid edirəm ki, nəticə ürəkaçan olacaq.

- “Azərreyl” Çağırış Kubokunda evdə İspaniyanın "Avarka de Menorka" klubuna qalib gəlsə də, səfərdə uduzaraq mübarizəni erkən dayandırdı. Bakıda əldə etdiyiniz üstünlüyü qoruya bilməməyinizin əsas səbəbi nə oldu?

- Bu, karyeram ərzində ən ağır məğlubiyyət oldu. İspaniya klubunun voleybolçuları cavab oyununa böyük motivasiya və inamla çıxmışdılar. Belədə onların şansı bizdən daha çox idi. Bu amil yekun nəticəyə təsir göstərdi. Bir sözlə, onlar öz enerjiləri ilə bizi məğlub etdilər. Oyun baxımından biz üstün idik. Amma voleybol elə idman növüdür ki, burada bacarıq kifayət etmir. Bəzi məqamlarda çətinlik yaşadıq və rəqib zəif nöqtələrimizi taparaq bizi üstələdi. Bəzən nə qədər çalışsan da, mental olaraq yaxşı deyilsənsə, məğlub olursan. Müsbət nəticə üçün məşqlər və psixoloji durum qaydasında olmalıdır. Düzdür, biz Bakıda böyük hünər və cəsarətlə oynadıq. İspaniyada uduzanda hamımız depressiyaya düşdük.

- Klubunuzun kapitanı Aynur İmanova legionerlərin Bakını yaxşı tanıdığını bildirib. Hansı görməli yerləri gəzmisiniz?

- Buraya gəldiyim ilk həftə çox həyəcanlı idim. Şəhərə çıxıb doyunca gəzdim və bir çox yerləri kəşf etmək imkanım oldu. Mükəmməl görünüşə malik şəhəriniz var. Ümumiyyətlə, Bakının mərkəzində maraqlı yerlər çoxdur. Onlardan biri də qəhvə içmək üçün olan məkanlardır. Bu içkini çox sevdiyim üçün burada ilk növbədə belə yerlər axtarıb tapdım. Həmçinin Xəzər dənizinin sahilində çox yaxşı vaxt keçirirəm. Musiqi dinləyərək dənizkənarı parkda yürüş etməkdən zövq alıram. Qədim tarixə malik İçərişəhəri də gəzmişəm, çox gözəldir. Lakin mən insanın sıx olduğu yerləri daha çox xoşlayıram. İstəyirəm ki, getdiyim məkanda yüksək enerjili insanlar, əsasən də musiqi olsun.

- Azərbaycan mətbəxindən ən sevdiyiniz yeməklər hansıdır?

- Əslində, yeməklərin çoxunu hələ dadmamışam. Bir çox ölkənin mətbəxinə bələdəm. Azərbaycan paxlavasını çox sevirəm. Sizin mətbəxiniz Türkiyə mətbəxi ilə çox oxşardır. Sadəcə, spesifik yeməklərin adlarını çəkə bilərəm. Bunlardan biri də kababdır. Çox dadlı olur. Buradakı bəzi yeməklərin dadına baxdıqdan sonra qərar verdim ki, siz bu işdə çox yaxşısınız. Azərbaycan mətbəxi tərifəlayiqdir.

- Ailəniz və ya dostlarınız Azərbaycan haqqında soruşanda, onlara nə deyirsiniz?

- Mənə tez-tez zəng edirlər. Burada baş verən son dəyişikliklər haqqında soruşurlar. Hətta onları Bakıya gəlməyə məcbur edirəm. Çünki bura doğrudan da çox gözəldir. Bəlkə də Bakının adı bir çox insanın səyahət siyahısında yoxdur, amma onlar mütləq bu şəhəri görməlidirlər. Çünki burada dadlı yeməklər, istiqanlı insanlar və gözəl atmosfer var. Buna görə də Rumıniyadakı tanışlarım Bakıya, mənim yanıma gəlməkdə maraqlıdırlar.

- “Azərreyl”lə müqaviləniz bu mövsümün sonuna kimidir. Təklif olsa, sözləşmənin müddətini uzatmaq istərdiniz?

- Gələn təkliflərlə ilk növbədə menecerim maraqlanır. Bu klubla əməkdaşlığımın davam edib-etməyəcəyimi dəqiq bilmirəm. Amma mən buradan getmək istəmirəm. Hətta başqa komandalardan təklif alsam belə, heç vaxt pulu düşünmərəm. Düzdür, hər bir idmançının yüksək maaşa ehtiyacı var. Ancaq mənəvi cəhətdən özümü harada yaxşı hiss edirəmsə, elə orada da qalmaq istəyirəm. Çünki xoşbəxtliyi pulla ala bilmərəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

ŞKTR parlamentinin spikeri Heydər Əliyevin Azərbaycanın xilasında tarixi rolunu vurğulayıb

Türkiyəli ekspert: Bakı ilə Ankaranın birliyi Türk dünyasının həmrəyliyinin stimuludur

Şuşada “Türk dünyası-2040: gələcəyə konseptual baxış” mövzusunda panel sessiya təşkil olunub

“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib

III Beynəlxalq Bakı Piano Festivalı ərəfəsində mətbuat konfransı keçirilib

Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Tahir Mirkişili: İyunun 15-i Azərbaycan tarixinə yeni dövrün başlanğıcı kimi düşüb

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən 14 nəfər saxlanılıb VİDEO

Şuşada partiya diplomatiyasının yeni dialoq platforması olması ilə bağlı müzakirələr aparılıb

Finlandiya quş qripinə qarşı vaksin alır

SOCAR-ın “Eko park”ında QHT nümayəndələri ilə görüş keçirilib

Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir

Azərbaycan tamamilə müstəqil siyasət yürüdən ölkə kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb - RƏY

“Kəpəz” klubu iki legioner futbolçu ilə yollarını ayırıb

Bu il Azərbaycana gələn xarici turistlərin sayı 36 faiz artıb

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Qafqazda sülhün bərqərar olması deməkdir

Hulusi Kılıç: Şuşa Bəyannaməsi regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatıdır

Kənan Quluzadə: Bu il turist sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağına inanırıq

Azərbaycanda ilk və tək qadın futbol məşqçisini yaxından tanıyaq

Aygün Attar: Şuşa Bəyannaməsi TDT-də birliyi gücləndirən amillərdən biridir

Baş Prokurorluq: Beynəlxalq axtarışda olan şəxs Avstriyaya təhvil verilib

Türkiyənin nazirləri Azərbaycan rəhbərliyini və xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər

Səməd Seyidov: Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik

700 bal toplayan Şəki məktəblisi: Gələcəkdə süni intellekt sahəsində Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram VİDEO

Polis bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmətini davam etdirir VİDEO

Kayrat Osmonaliyev: Türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtıdır

Qırğız diplomat: TDT-nin gücü onu təşkil edən dövlətlərin birliyindədir

DSX-nın Xüsusi Məktəbində tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib VİDEO

Milli Qurtuluş Günü Tbilisidə qeyd edilib

Paris Olimpiadasına lisenziya qazanan boksçularla görüş olub

Bakıda “Sevgi Meksikadır” adlı konsert proqramı təqdim olunub VİDEO

Beynəlxalq konfransda Qarabağda minalanmış ərazilərin ekologiyaya vurduğu ziyandan danışılıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazanıb

Ulu Öndər Heydər Əliyev hər bir qələbəmizin rəmzidir - ŞƏRH

Türkiyə parlamentinin sədri Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib

“Azərişıq” Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək

Çinin hərbi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Baş nazir və Milli Məclisin sədri Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

Türkiyə ordusu İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Cəlilabadda birgə tədbir keçiriblər

Türkiyənin müdafiə naziri: NATO-ya alternativ axtarmaq cəhdləri uğursuzluğa məhkumdur

NBA: “Dallas Maveriks” final seriyasını uzadıb

Milli Hidrometeorologiya Xidməti baş verə biləcək sel və daşqınlarla əlaqədar xəbərdarlıq edib

Şamil Ayrım: Türk dünyası Türkiyə və Azərbaycanın dövlət başçıları ilə qürur duyur

Muxtar Respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi həyata keçiriləcək

Macarıstan Aİ-nin Ukrayna ilə danışıqlar üzrə Budapeştin şərtini qəbul etdiyini bildirib

Attila Tilki: Azərbaycanın mədəniyyət paytaxtında toplaşmağımız qürurvericidir

Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

Füzulidə “Milli Qurtuluşdan Zəfərə” adlı məktəblilərin yaradıcılıq festivalı keçirilib VİDEO

Zafer Sırakaya: TDT ölkələrinin parlamentlərarası və siyasi partiyalarının əlaqələri birliyimiz üçün önəmlidir

Şimali Kiprin Baş naziri: TDT-nin qlobal problemlər və geosiyasi fonda əhəmiyyəti böyükdür

Hərbi Qənimətlər Parkında “2K11 Kruq” zenit-raket kompleksinin nümayişi Azərbaycan Ordusunun qəhrəmanlıq və şücaətinin bir nümunəsidir VİDEO

Baş nazirin müavini: Vətən müharibəsindəki Qələbədə Türk dünyasının dəstəyi bizim üçün çox dəyərlidir

Şuşada keçirilən plenar sessiyada TDT-nin qlobal təhlükəsizliyə regional töhfələri müzakirə edilib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Əli Əhmədov: Türk dünyası ölkələrinin indiyədək mövcudluğunun səbəbləri ortaq dəyərlərə malik olmalarıdır

Səfir: “Dəmirağacı parkı”ndan danışmaq mənə böyük şərəf hissi verir

Aktam Xaitov: TDT qlobal təhlükəsizliyə və regional inkişafa töhfə verməyə qadirdir

Milli Qurtuluş Günü ilə bağlı fləşmob hazırlanıb VİDEO

Aslana Əliyeva: Azərbaycan rəqsi zərifliyi ilə seçilir

Aktam Xaitov: Özbəkistan Qarabağ torpağında mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə hazırdır

AMANAT-ın icra katibi: Partiyalararası əməkdaşlıq qardaş türk dövlətlərinin birliyinin daha da möhkəmlənməsinə xidmət edir

Daulet Kəribek: Şuşada keçirilən bugünkü konfransın yeni strateji məqsədlər üçün başlanğıc nöqtəsi olacağına inanıram

Milli Qurtuluş Günü – Zəfər salnaməmizin başlanğıcı

TBMM-nin üzvü: Regionda normallaşma istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi davam etdiririk

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Birinci vitse-prezident Mehriban Əliyeva 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Dövlət Yol Polisi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmət aparacaq

Tibb Universitetində əcnəbi tələbələr üçün "Miqrasiya qaydaları" mövzusunda tədbir keçirilib

Efkan Ala: Şuşa Bəyannaməsi bizi ortaq hədəflərimizə aparan yol xəritəsidir

Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri sağlam təməllər üzərində qurulub

Türkiyə XİN: “Bir millət, iki dövlət” olaraq əbədiyyən bir yerdə olacağıq

YAP Sədrinin müavini: Qlobal kataklizmlər fonunda dövlətçilik maraqlarının qorunması aktual və vacib məsələdir

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Tahir Budaqov: Ümummilli Liderin Türk dünyasında xidmətləri bu gün böyük minnətdarlıqla xatırlanır

YAP Sədrinin müavini: Zəngəzur dəhlizinin reallaşdırılması Türk dünyasında geosiyasi fəallığın artmasına təkan verəcək

Tahir Budaqov: Müasir Azərbaycan reallığı Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin dövlətçilik irsi ilə bağlıdır

Federasiya prezidenti: Ulu Öndər Heydər Əliyevin idmanın inkişafı istiqamətində gördüyü işlər bu gün öz bəhrəsini verir

Azərbaycan Prezidenti: Türk Dövlətləri Təşkilatı ölkələrinin siyasi partiyalarının əməkdaşlığı da müştərək məqsədlərin həyata keçirilməsində əhəmiyyətli rol oynayır

Şuşanın dağıdılmış 200-dək tarix və mədəniyyət abidəsindən bu günədək 18-i bərpa edilib

Prezident İlham Əliyev: Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrin münasibətləri sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir

Nailə Əliyeva: Blogerlərin insanlara və ölkəyə daha çox fayda vermələrini istərdim

“Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfransın iştirakçılarına

Avro-2024: Bu gün daha üç oyun baş tutacaq

Şuşada TDT-nin yeni strateji hədəfləri ilə bağlı beynəlxalq konfrans keçirilir

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Roma Papası süni intellektlə bağlı xəbərdarlıq edib

ABŞ isveçli neofaşistləri qara siyahıya salıb

Milli Qurtuluş Günündən başlayan Zəfər tariximiz

Kanada təbiətə görə məsuliyyət haqqında qanun layihəsini qəbul edən ilk ölkələrdəndir

Nəqliyyat Nazirliyi: Türkiyə dəniz daşımalarının həcmini genişləndirmək üçün səylərini artırır

“Coca-Cola” Rusiyada ticarət nişanlarını qeydiyyata alır

Əfsanəvi voleybolçu İnna Rıskalın 80 illik yubileyi keçirilib VİDEO

Macarıstan NATO-nun Ukraynadakı missiyalarında iştirak etməyəcək

Daha 254 müdafiəçinin meyitləri Ukraynaya qaytarılıb

Türkiyə Prezidenti İtaliyada keçirilən G7 sammitində iştirak edir

"Azərbaycanım" Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalının iştirakçıları ilə görüş olub

Füzulidə Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib