Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZİZ - Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının prezidenti Adam Amilovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Bu il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Şübhəsiz ki, bu qələbə xalqın Sizə olan etimadının bariz nümunəsidir. Azərbaycanın inkişafı istiqamətində atdığınız addımlarda Siz hər zaman qətiyyət nümayiş etdirmiş, xalqın rifahı üçün əlinizdən gələni etmisiniz.

Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycan xalqı öz tarixi torpaqlarına qovuşdu. Bu Zəfər bütün azərbaycanlıların qəlbində sevinc və qürur hissi yaratdı. Bunun nəticəsidir ki, Azərbaycan xalqı növbədənkənar prezident seçkilərində öz layiqli liderinin - Sizin namizədliyinizi mütləq səs çoxluğu ilə dəstəklədi.

Prezidentlik fəaliyyətinizin yeni dövründə Sizə uğurlar arzulayıram. Əminəm ki, bu uğurlar ölkənin davamlı inkişafında müstəsna rol oynayacaqdır.

Yaşasın bütöv Azərbaycanın Prezidenti!

Hörmətlə,

 

Adam Amilov

AZİZ - Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının prezidenti

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin