İQTİSADİYYAT
Bağlanmış əmək müqavilələrinin sayında 7,3 faiz artım olub
Bakı, 3 iyul, AZƏRTAC
Bu ilin iyun ayının sonunda ilin əvvəli ilə müqayisədə bağlanmış əmək müqavilələrinin sayı 7,3 faiz və ya 101,66 min nəfər, o cümlədən qeyri-dövlət sektorunda 14 faiz və ya 77 min nəfər artıb.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bağlanmış əmək müqavilələrinin ümumi sayı üzrə artımın 75,7 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Təkcə iyun ayında qeyri-dövlət bölməsində əmək müqavilələrinin sayında 11 minədək artım qeydə alınıb. Cari ilin 6 ayı ərzində qeyri-dövlət sektorunda əmək müqavilələrinin say artımının 26,3 faizi ticarət, 18,9 faizi xidmət, 18,7 faizi sənaye sektorunun payına düşüb. Həmçinin cəmi əməkhaqqı fondunda da artım göstəriciləri müşahidə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2024 [15:07]
CAATS-a rəhbərlik Türkiyəyə keçəcək
- 01.06.2024 [12:46]
AQC sədri: İqtisadi təşkilatların fəaliyyətində canlanma yaranıb
- 01.06.2024 [10:55]
“Azeri Light” markalı neft ucuzlaşıb
- 01.06.2024 [10:23]