Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Abbasova Günel Məhərrəm qızı,

Cəfərov Səməd Fəxrəddin oğlu,

Ələkbərov Əfqan Qəzənfər oğlu,

Əliyev Elvin Əhəd oğlu,

Əliyev Emin Zöhrab oğlu,

Hüseynov Zaur Nazim oğlu,

Qarayeva Mehriban Cəfər qızı,

Qocayev Tural Şəmsi oğlu,

Məmmədov Murad Akif oğlu,

Səlimova Səadət Rəşid qızı.

2. Tanrıverdiyev Anar Vəzir oğlu vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilsin.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası

Milli Məclisinin sədri Sahibə Qafarova

Bakı şəhəri, 5 aprel 2024-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin