CƏMİYYƏT
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin kitablarına xaricdə son ayda 7000 dəfə istinad olunub
Bakı, 27 dekabr, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin çap etdirdiyi kitablara xarici ölkələrdə son ayda 7000 dəfə istinad edilib.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov təmsil etdiyi qurumun 2023-cü il ərzində çap etdirdiyi nəşrlərin təqdimat mərasimində çıxışı zamanı deyib.
R.Həsənov bildirib ki, hər il rəhbərlik etdiyi Mərkəz tərəfindən bir neçə sayda sanballı kitablar nəşr olunur.
Mərkəz direktoru kitabların məhdud sayda nəşr edildiyini vurğulayıb: “Bunun səbəbi odur ki, biz kitabları rəflər üçün çap etmirik. Mərkəzin çap etdirdiyi kitablara xaricdə bir ay ərzində 7000 dəfə istinad edilib”.