İDMAN
Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb
Bakı, 6 may, AZƏRTAC
Nüfuzlu “FourFourTwo” nəşri dünyanın ən yaxşı stadionlarının reytinq cədvəlini yeniləyib.
AZƏRTAC xəbər verir ki, 100 arenanın yer aldığı siyahıda Bakı Olimpiya Stadionu da var. 2015-ci ildə istifadəyə verilən arena 41-ci pillədə qərarlaşıb.
Siyahıya Argentinada yerləşən " La Bombonera" stadionu başçılıq edir. İkinci sırada Braziliyanın "Marakana" stadionu yer alıb. İlk "üçlüy"ü isə Almaniyanın “Borussiya Dortmund” komandasının matçlarına ev sahibliyi edən "Siqnal İduna Park" tamamlayıb.
Qeyd edək ki, 69 870 tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionu Azərbaycanın ən böyük arenasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.05.2024 [16:13]
Mövsümün son turu azarkeş rekordu ilə yadda qalıb
- 27.05.2024 [15:29]
Minifutbol yığmasının kapitanı: Çempionluq titulunu qorumaq istəyirik
- 27.05.2024 [15:24]
Sabah Bakı metrosunun iş rejimi dəyişdirilir
- 27.05.2024 [14:59]