İDMAN
Bakı Olimpiya Stadionunda oturacaqların sayı artırılaraq 70 minə çatdırılıb
Bakı, 29 may, AZƏRTAC
UEFA Avropa Liqasının final oyununun keçiriləcəyi Bakı Olimpiya Stadionunda (BOS) oturacaqların sayı artırılaraq 70 minə çatdırılıb.
BOS-un mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva AZƏRTAC-a bildirib ki, media zonasında yeni oturacaqlar quraşdırılıb. Almaniyada istehsal olunan oturacaqlar BOS-un standartlarına uyğun hazırlanıb. Tribuna 330 yerdən ibarətdir. Bu, o deməkdir ki, media zonasında oturacaqların sayı ikiqat artırılıb.
“Jurnalistlərin rahat işləmələri üçün masalarda kiçik monitorlar quraşdırılıb. Tribuna printer aparatı, həmçinin yüksəksürətli internet və digər texniki avadanlıqla təchiz olunub”, - deyə C.Mehdiyeva əlavə edib.
Qeyd edək ki, London klubları “Çelsi” və “Arsenal” arasında keçiriləcək final oyunu mayın 29-da saat 23:00-da start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [18:49]
Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub
- 08.05.2024 [17:48]
Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb
- 08.05.2024 [17:46]
“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur
- 08.05.2024 [17:31]
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- 08.05.2024 [16:00]
Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır
- 08.05.2024 [15:44]
Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb
- 08.05.2024 [14:22]
Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur
- 08.05.2024 [14:02]