Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

BAKIDA BƏDİİ GİMNASTİKA ÜZRƏ DÜNYA KUBOKUNUN İKİNCİ MƏRHƏLƏSİ BAŞLANMIŞDIR YARIŞLARIN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ

Avqustun 9-da Bakıda, İdman-Konsert Kompleksində bədii gimnastika üzrə Dünya kubokunun ikinci mərhələsi start götürmüşdür. Yarışlarda 17 ölkənin - Azərbaycan, Rusiya, ABŞ, Gürcüstan, Estoniya, Macarıstan, İtaliya, Hindistan, İspaniya, Qazaxıstan, Özbəkistan, Belarus, Bolqarıstan, Böyük Britaniya, Almaniya, İsrail və Yaponiyanın idmançıları iştirak edir. Onların arasında Alina Kabayeva və İrina Çaşina (Rusiya), İnna Jukova (Belarus), Elizabet Paiseva (Bolqarıstan), Almudena Sid (İspaniya) kimi dünya şöhrətli gimnastlar da var. Bu, respublikamız Beynəlxalq Gimnastika Federasiyasına daxil olduqdan sonra Bakıda bədii gimnastika üzrə keçirilən ilk mötəbər yarışdır. Bu yarışın paytaxtımızda keçirilməsində Azərbaycan Bədii Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın böyük rolu var.

Yarışda ölkəmizi 5 idmançı - Dinara Gimatova, Dina Qorina, Valeriya Yeqay, Nurcahan Əsgərova və Vəfa Hüseynova təmsil edirlər.

Həmin günün səhəri idmançı qızların müsabiqədənkənar çıxışları oldu, sonra “B” qrupunda mübarizə aparan gimnastlar öz ustalığını nümayiş etdirdilər. Müsabiqədənkənar çıxış edənlər arasında ən yaxşı nəticələri Rusiya idmançıları göstərdilər. Azərbaycan idmançısı Valeriya Yeqay 20,5 bal toplayaraq, bu kateqoriyada 4-cü yeri tutdu. “B” kateqoriyasında Rusiya, İspaniya və İsrail idmançıları fərqləndilər.

Axşam isə yarışların təntənəli açılış mərasimi oldu. Mərasimdə Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin birinci müavini Artur Rasizadə, Azərbaycan Bədii Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva iştirak edirdilər.

Mərasim bədii proqramla başlandı. Proqramda milli musiqi alətlərində ifa olunan melodiyalar səsləndi, rəqs kollektivləri çıxış etdilər.

Sonra iştirakçıların paradı başlandı.

Mərasimi respublikanın gənclər, idman və turizm naziri Əbülfəz Qarayev açdı.

GƏNCLƏR, İDMAN VƏ TURİZM NAZİRİ

ƏBÜLFƏZ QARAYEVİN ÇIXIŞI

-Əziz idmançılar!

Hörmətli məşqçilər, hakimlər, xanımlar və cənablar!

Sizi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində görməkdən şərəf hissi duyuruq. Dünya kubokunun mərhələ yarışının iştirakçılarını ürəkdən salamlayır, sizə “Xoş gəlmisiniz!” deyirik.

Azərbaycanda beynəlxalq rəsmi yarışların keçirilməsi son illər gözəl ənənəyə çevrilmişdir. Respublikamızda təşkil edilmiş yarışlar zamanı qonaqlar Vətənimizdə gedən quruculuq işlərinin şahidi olmuş, Azərbaycan haqqında həqiqətləri öz ölkələrinə çatdırmışlar.

Azərbaycan Respublikası müstəqilliyinin 12-ci ilini yaşamaqdadır. Zəngin idarəçilik təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə, tükənməz potensiala malik müdrik və qətiyyətli rəhbər cənab Heydər Əliyev respublikamızın iqtisadiyyatının, elm, təhsil və mədəniyyətinin inkişafına, xalqın sosial vəziyyətinin yaxşılaşdırılmasına, dövlətçiliyimizin möhkəmləndirilməsinə misilsiz xidmətlər göstərmişdir. Digər sahələrlə yanaşı, idman da böyük inkişaf yoluna çıxmışdır.

1997-ci ildə Milli Məclisin deputatı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi ölkəmizdə olimpiya hərəkatının sürətlə inkişafına səbəb olmuşdur. Respublikamızın bir çox yerlərində müasir idman komplekslərinin tikilməsi, idmançıların əldə etdiyi uğurlar buna əyani sübutdur.

Azərbaycan idmançıları, bütün idman ictimaiyyəti ölkəmizin Prezidenti möhtərəm Heydər Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti, gənclərin lideri cənab İlham Əliyevi respublikanın Baş naziri vəzifəsinə təyin etməsini böyük ruh yüksəkliyi ilə qarşılamışlar. Bu münasibətlə cənab İlham Əliyevi səmimi qəlbdən təbrik edir, ona şərəfli işində böyük nailiyyətlər arzulayırlar.

Azərbaycan gəncliyi öz sözlərini dünyanın bütün idman meydanlarında deməyə müvəffəq olmuşdur və oktyabrın 15-də müdrik rəhbərimiz Heydər Əliyevi yekdilliklə dəstəkləyəcəyini bəyan edir.

Əziz dostlar, biz buraya bədii gimnastika üzrə Dünya kuboku uğrunda mərhələ yarışının açılış mərasiminə toplaşmışıq. Vaxtilə Azərbaycan idmançıları ittifaq və beynəlxalq miqyaslı bir çox rəsmi yarışlarda uğurlu çıxışları ilə idmansevərlərə sevinc bəxş etmişlər. Hazırda ölkəmizdə bədii gimnastika bölmələrində minədək istedadlı gənc ustalığını artırır.

Bizə etimad göstərib bu yarışın ölkəmizdə təşkilinə razılıq verdiyinə görə, mən bütün gənc idmançılar adından Beynəlxalq Gimnastika Federasiyasına dərin minnətdarlığımı bildirir və gələcəkdə də belə mötəbər yarışların Azərbaycanda keçirilməsinə razılıq verəcəklərinə inanıram.

17 ölkəni təmsil edən idmançıların iştirak etdiyi bu yarışın yüksək səviyyədə keçirilməsinə bir çox təşkilatlar və şəxslər yaxından kömək göstərmişlər. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın və Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrəTexniki Komitəsinin sədri xanım Eqle Abruzininin fəaliyyətini xüsusi minnətdarlıqla qeyd etmək istəyirəm.

Azərbaycanın idman ictimaiyyəti əmindir ki, Bakı şəhərində keçirilən bu yarış əsl idman bayramına çevriləcək, ölkəmizdə bədii gimnastikanın inkişafına təkan verəcəkdir. Mən bütün qonaqları bir daha səmimi qəlbdən salamlayır və onlara uğurlar arzulayıram.

Qoy, güclülər qalib gəlsin!

X X X

BEYNƏLXALQ GİMNASTİKA FEDERASİYASININ

BƏDİİ GİMNASTİKA ÜZRƏ TEXNİKİ KOMİTƏSİNİN

PREZİDENTİ XANIM EQLE ABRUZİNİNİN

Ç I X I Ş I

-Azərbaycan Respublikasının hörmətli Baş naziri, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev!

Hörmətli gənclər, idman və turizm naziri cənab Əbülfəz Qarayev!

Azərbaycan Gimnastika Federasiyasının hörmətli prezidenti Mehriban xanım Əliyeva!

Hörmətli xanımlar və cənablar!

Əziz idmançılar!

2003-2004-cü illər gimnastika üzrə Dünya kubokunun ikinci seçmə mərhələsinə xoş gəlmisiniz. Bu gün başlanan Bakı beynəlxalq turniri Azərbaycanda bədii gimnastika üzrə keçirilən ilk mötəbər yarışdır və iştirakçılarının sayına görə böyük uğur qazanmışdır. Burada dünyanın ən yaxşı gimnastlarının əksəriyyəti iştirak edir. Mən Azərbaycan Gimnastika Federasiyasına, onun prezidentinə və bütün əməkdaşlarına yarışın təşkilinə görə minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, bu turnir bütün iştirakçıları razı salacaqdır. Mən bütün gimnastlara uğurlar arzulayıram. Qoy, onlardan hər biri layiq olduqları nəticələri göstərsin.

X X X

Azərbaycanın Dövlət himni əzəmətlə səsləndi.

Qədim Qız qalasının maketi üzərində turnirin məşəli alovlandırılırdı. Dünya və Avropa çempionları adına layiq görülmüş Rusiya Federasiyasının yığma komandası nümunəvi proqramla çıxış etdi.

Bakı İdman-Konsert Kompleksində “Olimpiya marşı” səsləndirildi. Açılış mərasiminə toplaşmış 8 mindən çox tamaşaçı ölkəmizin idmançılarının olimpiya oyunlarında çıxışlarından bəhs edən videokadrların nümayişini gurultulu, sürəkli alqışlarla qarşıladılar.

Rəsmi hissə başa çatdıqdan sonra “A” kateqoriyası üzrə yarışlara strat verildi. İdmançılar çoxnövçülükdə şəxsi birincilik uğrunda mübarizəyə başladılar.

Şəxsi birincilikdə Rusiya idmançısı Alina Kabayeva 108,13 bal toplayaraq qalib gəldi. Onun həmyerlisi İrina Çaşina gümüş medalın sahibi oldu. 102,03 bal toplayan Azərbaycan idmançısı Dinara Gimatova bürünc medal qazandı. Medalları Azərbaycan Bədii Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva, gənclər, idman və turizm naziri Əbülfəz Qarayev və Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti xanım Eqle Abruzini təqdim etdilər.

Avqustun 10-da ayrı-ayrı növlər üzrə yarışlar keçiriləcək və turnirin təntənəli bağlanış mərasimi olacaqdır.

***

AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEVİN DÖVLƏT TELEVİZİYASININ MÜXBİRİNƏ MÜSAHİBƏSİ

Avqustun 9-da Azərbaycanın Baş naziri, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Azərbaycan dövlət televiziyasının müxbirinə müsahibə vermişdir. SUAL: İlham müəllim, son vaxtlar Azərbaycanda beynəlxalq yarışların, müxtəlif idman tədbirlərinin keçirilməsi ənənə halını almışdır. Bədii gimnastika üzrə bugünkü yarışın keçirilməsi də Azərbaycanın idman tarixində mühüm hadisə deyilmi? CAVAB: Mən razıyam. Doğrudan da bu, Azərbaycanın idman tarixində mühüm hadisədir, əlamətdar bir haldır. Artıq bir neçə dəfə Azərbaycanda beynəlxalq yarışlar, dünya, Avropa çempionatları, kubok yarışları keçirilibdir. Bu, onu göstərir ki, beynəlxalq idman qurumlarının Azərbaycana münasibəti çox xoşdur, bizim fəaliyyətimiz çox yüksək qiymətləndirilir. Biz də hər bir beynəlxalq yarışın təşkilində çalışırıq ki, onu ən yüksək səviyyədə keçirək. Bundan əlavə, deyə bilərəm ki, Azərbaycan dünyada, bəlkə də, yeganə bir ölkədir ki, Olimpiya oyunlarına hazırlıq mərhələsində burada idmanın üç növü üzrə lisenziya turnirləri keçiriləcəkdir. Azərbaycanda boks, taekvondo və voleybol üzrə beynəlxalq turnirlər keçiriləcəkdir ki, bu da öz növbəsində idmançılarımıza daha da gözəl şərait yaradacaqdır. Bilirsiniz ki, Azərbaycanda idman sürətlə, hərtərəfli inkişaf edir. İdmançılarımız beynəlxalq yarışlarda gözəl nəticələr göstərirlər. Azərbaycanda idmanın maddi-texniki bazası ən yüksək səviyyədə yenidən yaradılıbdır. Əlbəttə, beynəlxalq yarışların Azərbaycanda keçirilməsi ölkədə idmana böyük bir təkan verir, gənc, yeniyetmə idmançılarımız, uşaqlar bunu görüb həvəslənirlər. Əminəm ki, bu, həm də Azərbaycanda idmanın kütləviliyinə gətirib çıxaracaqdır. Əsas məqsədimiz də məhz budur. Yəni, uşaqlarımız idmanla məşğul olsunlar, öz fiziki sağlamlığını möhkəmləndirsinlər və Azərbaycanda gözəl, fiziki və mənəvi cəhətdən güclü nəsil yetişsin. SUAL: İlham müəllim, bugünkü idman bayramında 17 ölkədən nümayəndə heyəti iştirak edir. Beynəlxalq təşkilatların nümayəndələri də bu tədbirə qatılıblar. Belə bir idman yarışlarının Azərbaycanda keçirilməsini ölkəmizdəki ictimai-siyasi sabitliyin davamlı xarakter alması ilə də izah etmək olarmı? CAVAB: Şübhəsiz. Əgər Azərbaycanda ictimai-siyasi sabitlik olmasaydı, təbii ki, belə turnirlərin, yarışların keçirilməsi də qeyri-mümkün olacaqdı. Azərbaycanın ən böyük sərvəti ondadır ki, Heydər Əliyevin rəhbərliyi altında son on ildə ölkədə sabitlik, ictimai-siyasi asayiş hökm sürür. Bu, xalqımız, ictimaiyyətimiz üçün ən böyük sərvətdir, ən böyük qazancdır. Əlbəttə, belə bir rahat, sakit şəraitdə hər bir idman tədbirini, digər tədbirləri keçirmək mümkündür. Mən sizə deyə bilərəm ki, Beynəlxalq Gimnastika Federasiyasının nümayəndələri təxminən bir neçə ay bundan əvvəl təftiş məqsədi ilə Azərbaycana gəlmişdilər və burada bizim imkanlarımızı öyrənmiş, mövcud idman qurğuları ilə tanış olmuşdular. Onlar bizə böyük məmnuniyyət hissi ilə bildirmişdilər ki, Azərbaycanda nəinki idmanla məşğul olmaq üçün imkanlar, böyük beynəlxalq yarışlar keçirmək üçün gözəl idman qurğular var, eyni zamanda, ölkədə gözəl əhval-ruhiyyə, ab-hava hökm sürür. Bütün bu amillər ölkəmizdə belə yarışların keçirilməsinə imkan verir. Əminəm ki, gələcəkdə də Azərbaycanda neçə-neçə beynəlxalq yarışlar, çempionatlar keçiriləcəkdir. Bu da öz növbəsində bizim idmansevərlərimizi sevindirəcəkdir. SUAL: Siz indi ölkəmizdəki ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz? Yəni narahatçılıq üçün hər hansı bir əsas varmı? CAVAB: Narahatçılıq üçün heç bir əsas yoxdur. İctimai-siyasi vəziyyət sabitdir. Hər şey qaydasındadır. Azərbaycan inkişaf edir, irəliyə gedir. Azərbaycan qarşıda qoyduğu bütün vəzifələri həyata keçirir . Əminəm ki, bundan sonra da belə olacaqdır. SUAL: İlham müəllim, respublika ictimaiyyəti Azərbaycan Prezidenti Heydər Əliyevin səhhəti ilə bağlı xəbərləri maraqla, ümidlə izləyir. Şükürlər olsun ki, Amerika Birləşmiş Ştatlarından nikbin xəbərlər alınır. Cənab Prezidentin səhhəti ilə bağlı son məlumat necədir? CAVAB: Mən deyə bilərəm ki, - ictimaiyyət də bunu bilir, - cənab Prezident ora çatandan sonra Klivlend klinikası dövlətimizin başçısının sağlamlığı ilə bağlı rəsmi məlumat vermişdi. O da mətbuata çatdırılmışdır. Eyni zamanda, deyə bilərəm ki, mən bu gün cənab Prezidentlə iki dəfə telefonla danışdım. Oranın vaxtı ilə dünən axşam saat on bir, bizdə səhər saat səkkiz idi. Bir də günorta, saat 4-də danışdım. Cənab Prezidentin səhhətində heç bir problem yoxdur. Özünü çox yaxşı, gümrah hiss edir. Əhval-ruhiyyəsi də yaxşıdır. O da bilirdi ki, bu gün Azərbaycanda belə bir mötəbər idman yarışı keçirilir. Xahiş etmişdi ki, mən onun salamlarını, ən xoş arzularını Azərbaycan xalqına çatdıram. Mən də bunu məmnuniyyətlə edirəm. Allaha şükürlər olsun ki, cənab Prezidentin müalicəsində çox müsbət dəyişikliklər vardır. Əminəm ki, yaxın gələcəkdə o, Vətənə dönəcəkdir. Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İndoneziya Qəzzaya sülhməramlılar göndərməyə hazırdır

® “Azercell” Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başlayıb

Moldovalı deputat: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

TƏBİB 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinə başlayıb

Aparat rəhbəri: Kənd təsərrüfatı sahəsində qiymətləndiricilərin fəaliyyətinə ehtiyac var

AQC sədri: İqtisadi təşkilatların fəaliyyətində canlanma yaranıb

Dünya uşaqların idi…

Dünyaşöhrətli alim Əziz Səncər Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyində gənclərlə görüşüb

Akademik Yaqub Mahmudov uşaqlarla görüşüb

Ukraynada DneproSES bəndi üzərindən nəqliyyatın hərəkəti dayandırılıb

Zəngilan, Cəbrayıl və Füzulidə 350-yə yaxın uşaq tibbi müayinədən keçib

Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumu keçirilir

Mövlananın irsi: Afyonkarahisarda Dərvişlər Muzeyi

ABŞ-da təhsil almaq istəyənlər üçün sərgi təşkil olunub

Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Musiqinin gücü” layihəsini təqdim edib

“ASAN Məktub” yaz düşərgəsi təşkil olunub

Zaur Ramazanov: “Zirə” yalnız bəxt hesabına “Qarabağ”a qalib gələ bilər

Laçın şəhərində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib VİDEO

Dövlət Komitəsinin rəsmisi gənclərimizi yad və mənfi təsirlərdən uzaq olmağa çağırıb

Afyonkarahisar Muzeyi – Anadolunun çoxəsrlik irsinin təcəssümü

Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib

Polis əməkdaşları itkin düşmüş kimi axtarışda olan 10 nəfəri tapıblar

Türk Akademiyasının Elmi şurasının VII iclası keçirilir

Ağdamda məişət tullantılarını tutumlardan kənar yerlərə atan şəxslər barəsində protokol tərtib edilib

Emin Əmrullayev: 2026-cı ilin sentyabrında Şuşa Real Məktəbində tədrisə başlanılması planlaşdırılır

Himayədar ailələrə verilən uşaqların sayı 15-ə çatıb

Nazir: Qarabağ Universitetində “SABAH” qrupları üzrə hüquqşünaslıq ixtisası tədris ediləcək

DSX: Ötən ay dövlət sərhədini pozduqlarına görə 126 nəfər saxlanılıb

Azərbaycan Respublikası mülki aviasiya işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Milli Kitabxanada Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Filarmoniyada Fabio Andreotti ilə yay konsert mövsümünün təntənəli açılışı olub

Feysbuk son 3 ildə daha çox gənci cəlb edib

Elan saytlarında saxta məlumatlar yerləşdirərək dələduzluq edən şəxs saxlanılıb

Cocuq Mərcanlıda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub VİDEO

Borrel: Çindən Rusiyaya silah tədarükü ilə bağlı heç bir sübutumuz yoxdur

Azərbaycan boksçusu lisenziya turnirində 1/4 finala yüksəlib

Bakıda “Türk mətbəxi həftəsi” çərçivəsində tədbir təşkil olunub

“ASAN xidmət” “Yeni nəfəs” ekoloji-sosial layihəyə start verib

Peru Konqresində Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik müraciətləri qəbul edilib

Xankəndi şəhəri ərazisindən 41 avtomat silahı aşkarlanaraq götürülüb

Qlayndborn Opera Festivalının 90 illik yubileyi qeyd edilir

DİN: Ötən gün 82 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

“Azərişığ”ın elektrik yarımstansiyasına Qəbələ məktəblilərinin turu təşkil edilib

Böyük Qayıdışın uşaqları… VİDEO

Millinin baş məşqçisi: Türkiyəyə məğlubiyyətin əvəzini çıxmaq üçün maksimum çalışmalıyıq

Əmrə Bələzoğlu Azərbaycan millisinin baş məşqçisi ola bilər

“Azeri Light” markalı neft ucuzlaşıb

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək

Yelena Haqverdiyeva: Hər bir əl işi - toplanmış biliklərin təcrübəsi,görüşlərin nəticəsi və ən yaxşı rəsmi çəkmək istəyinin təcəssümüdür

Qızıl Avropa Liqası: Azərbaycan millisi sonuncu oyununa çıxacaq

Bu gün Çempionlar Liqasının qalibi bəlli olacaq

Zaqatala sakininin evini ildırım vurub

DİN: Ötən gün 3 tapança və 2 tüfəng təhvil götürülüb

DİN: Mayın son günündə 61 cinayətin açılması təmin olunub

Uşaqlara qayğı, onların sosial müdafiəsi və sağlamlığı diqqət mərkəzindədir

Şuşada Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası keçirilib YENİLƏNİB

Birinci vitse-prezident Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycanda uşaqların təhsili prioritet sahələrdən biridir

® “HONOR 200” Seriyasının Azərbaycan bazarında təqdim edilmiş ilk modelini qarşılayın!

Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobillərinin sürücüləri saxlanılıb

FHN ildırım təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Beatles” qrupunun 50 il bundan qabaq yoxa çıxan gitarası rekord məbləğə satılıb

Biləsuvarda saxlanılan narkokuryerdən külli miqdarda narkotik vasitələr aşkarlanıb VİDEO

Sosial şəbəkədə qadınlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Afrikada azyaşlıların qanı bahasına zənginləşən Fransa - MƏQALƏ

Xəzər rayonunda baş verən qəza Şüvəlan qəsəbəsi istiqamətində sıxlığa səbəb olub

Türkiyənin Afyonkarahisar şəhəri Azərbaycan şəhərləri ilə əməkdaşlığa hazırdır

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Helsinki kitabxanasından götürülən kitab 84 ildən sonra qaytarılıb

İtaliyada Natisone çayının daşması nəticəsində üç nəfər itkin düşüb

Rusiya neft məhsullarının tədarükü ilə bağlı Əfqanıstanla əməkdaşlıq edə bilər

Tayson və Paulun döyüşü təxirə salınıb

Tunisdə baş verən yol qəzasında 4 nəfər ölüb, 19 nəfər yaralanıb

Hindistanda anomal istilər 50-dən çox insanın ölümünə səbəb olub

Baş nazir: Gürcüstan ilə ABŞ arasındakı münasibətlərə yenidən baxılmalıdır

Tibetdə 5,9 bal gücündə zəlzələ baş verib

Kolumbiyada körpü uçub, ölənlər var

ABBA qrupunun üzvləri cəngavər ordeni ilə mükafatlandırılıblar

Çin ABŞ-ın Filippində orta mənzilli raketlər yerləşdirməsinə qarşı çıxıb

“Saudi Aramco” Pakistanın neft-qaz şirkətində 40 faiz pay alıb

Antoni Blinken və Dmitri Kuleba arasında telefon danışığı olub

Malaya Universitetində Cənubi Qafqazda sülh prosesi mövzusunda mühazirə təşkil olunub

Naxçıvanda “Kiçik ürəkdə böyük cəsarət!” şüarı ilə tədbir keçirilib

Milan şəhərində 28 May - Müstəqillik Günü qeyd edilib

“Standart and Poors” Fransanın kredit reytinqini aşağı salıb

Bayden: İsrail yeni atəşkəs planını HƏMAS-a təhvil verib

İordaniyada Qəzzaya yardımla bağlı beynəlxalq konfrans keçiriləcək

Azərbaycan millisi Türkiyə yığmasına məğlub olub

TDT və Türk Akademiyasının nümayəndə heyətləri Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə olublar

Blinken: NATO Ukraynanın alyansa qəbul olunmasını yaxınlaşdıracaq addımlar atacaq

Gürcüstanın Baş naziri ATƏT/DTİHB-ni sərt tənqid edib

Ziyalılar ADA Universitetinin Qazax mərkəzində Füzulinin 530 illiyini qeyd ediblər

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib

Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması üçün zəruridir

Nataliya Şarovskaya: Aktyor üçün yubiley onun imkanlarının növbəti nümayişi deməkdir

Şəhid ataları və qazilər Cəbrayıl, Zəngilan və Qubadlıda olublar

"Fənərbağça" İsmayıl Kartalla yollarını ayırıb

Pakistanın şimal-qərbində 2 terrorçu öldürülüb

Üzeyir Hacıbəyli adına konsert salonunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib