Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib

Bakı, 30 aprel, AZƏRTAC

Aprelin 30-da Bakı şəhər halqasında Formula 1 üzrə dünya çempionatının dördüncü - Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Qran-Prinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu. Dövlət Himnini “Eurovision-2018” müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Məmmədova səsləndirib.

Açılış mərasimindən sonra Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb.

Qeyd edək ki, Formula 1 yarışında hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparır. Pilotlar qalibi müəyyənləşdirmək üçün Bakı şəhər halqasında iki saat ərzində 51 dövrə vuracaqlar. “Mercedes” komandasının heyətində Luis Hamilton və Corc Rassel, “Ferrari” komandasında Karlos Sayns və Şarls Lekler, “Williams”ın heyətində Aleksander Albon və Loqan Sarjent yarışırlar. “Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Nik de Vris və Yuki Tsunoda, “Alpine”da isə Pyer Qasli ilə Esteban Okon mübarizə aparırlar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Valtteri Bottas və Cou Quanju, “McLaren”də Oskar Piastri və Lando Norris yürüşdə iştirak edirlər. Pilotlar Niko Hulkenberq və Kevin Maqnussen “Haas”, Fernando Alonso və Lans Stroll "Aston Martin" komandasının idman şərəfini qoruyurlar.

Formula 1 üzrə dünya çempionatının cari mövsümü 24 mərhələdən ibarətdir. Bakı Qran-Prinin dördüncü mərhələsinə ev sahibliyi edir. Uzunluğu 6 kilometr olan və hərəkətin saat əqrəbinin əksinə nizamlandığı trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 28-də start verilib. Azərbaycan Qran-Prisinin ilk günündə Formula 1 pilotları sərbəst yürüş və sıralanma yürüşlərində mübarizə aparıblar. Hər iki yürüşdə pilotlar 1 saat ərzində 6 kilometrlik Bakı trekində yarışıblar. Sərbəst yürüşdə Red Bull Racing” komandasının pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb. “Ferrari”nin pilotu Şarl Lekler və “Red Bull Racing”in digər sürücüsü Serxio Peres ilk üçlüyü tamamlayıblar. Sıralanma turunu isə “Ferrari”nin pilotu Şarl Lekler qalibi kimi başa vurub. “Red Bull Racing”in üzvləri Maks Ferstappen ikinci, Serxio Peres isə üçüncü yerdə qərarlaşıblar. Bu qələbə sayəsində monakolu pilot cari mövsüm ilk, Bakı şəhər halqasında ardıcıl üçüncü poul qazanıb. Həmçinin bu, onun karyerasında qazandığı 19-cu nailiyyətdir. Aprelin 29-da isə sprint üçün təsnifat və sprint yarışları təşkil olunub. Təsnifat yarışında “Ferrari” komandasının pilotu Şarl Lekler birinci olub. “Red Bull Racing”in pilotları Serxio Peres və Maks Ferstappen ilk üçlüyü tamamlayıblar. Sprint yarışı isə S.Peresin qələbəsi ilə yekunlaşıb. Ş.Lekler ikinci, M.Ferstappen isə üçüncü olublar.

Builki dünya çempionatına martın 3-5-də Bəhreyn Qran-Prisi ilə start verilib. Sonrakı mərhələlər Səudiyyə Ərəbistanında və Avstraliyada keçirilib. Üç mərhələdən sonra pilotların siyahısına “Red Bull Racing” komandasının niderlandlı sürücüsü Maks Ferstappen başçılıq edir. Onun aktivində 75 xal var. Ferstappendən 13 xal geri qalan “Red Bull Racing”in digər pilotu Serxio Peres ikinci sırada qərarlaşıb. İlk beşliyi 48 xalla Fernando Alonso (Aston Matin”), 40 xalla Luis Hamilton (“Mercedes”) və 24 xalla Karlos Saynz (“Ferrari”) tamamlayırlar.

Konstruktorlar kubokunun lideri isə “Red Bull Racing” (137 xal) komandasıdır. “Aston Martin” 69 xalla ikinci, “Mercedes” isə 63 xalla üçüncü pillədə yer alıb. Sonrakı yerlərdə “Ferrari” (37), “McLaren” (12), “Alpine” (8), “Haas” (7), “Alfa Romeo” (6), “Alpha Tauri” (1) və “Williams” (1) komandaları qərarlaşıb.

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib. Bu yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb. Aprelin 28-də Formula 2 üzrə sərbəst və sıralanma yarışları təşkil olunub. Sərbəst yürüşdə “Preme Racing” komandasının pilotu Oliver Berman birinci olub. “Hitech”in üzvü İsak Hajar yarışı ikinci, “Campos Racing”dən Kuş Maini üçüncü pillədə başa vurublar. Sıralanma turunda da Oliver Berman fərqlənib. “Rodin Carlin” komandasının üzvü Enzo Fittipaldi ikinci, “ART Grand Prix”in pilotu Teo Purşer isə üçüncü pillədə yer alıblar. Ertəsi gün birinci sprint yarışında O.Berman bütün rəqiblərini qabaqlayıb. Onun komanda yoldaşı Frederik Vesti yürüşü ikinci, “Hitech”in pilotu Jak Krouford isə üçüncü pillədə başa vurublar. On dörd mərhələdən ibarət Formula 2 yarışına noyabrın 24-26-da Əbu-Dabidə yekun vurulacaq.

Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir. Avropa Qran-Prisi adlandırılan ilk yarış 2016-cı ildə təşkil olunub. Bu yarışda “Mercedes” komandasının pilotu Niko Rosberq birinci olub. Növbəti ildən Azərbaycan Qran-Prisi adını alan yarışlarda Daniel Rikkardo (Red Bull Racing, 2017), Luis Hamilton (Mercedes, 2018), Valtteri Bottas (Mercedes, 2019), Serxio Peres (Red Bull Racing, 2021), Maks Ferstappen (Red Bull Racing, 2022) qalib gəliblər. 2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.

Dünya çempionatının Azərbaycan mərhələsində hər il müxtəlif pilotlar qalib gəlib. Azərbaycan Qran-Prisinin nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir. Formula 1 mütəxəssisləri buna “Bakı sindromu” adı veriblər.Dünya çempionatının Azərbaycan mərhələsində hər il müxtəlif pilotlar qalib gəlib. Azərbaycan Qran-Prisinin nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir. Formula 1 mütəxəssisləri buna “Bakı sindromu” adı veriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şərqşünaslıq İnstitutu ilə Çinin elmi müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Tanınmış azərbaycanlı xoreoqraf Mais Nuriyevin İtaliyada möhtəşəm yaradıcılıq gecəsi keçirilib

Ailə Məcəlləsinə dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub

® Keyfiyyət və qiymət baxımından avtomobil bazarında yeni qaydalar təyin etməyə hazır iki Çin brendi artıq rəsmi olaraq Azərbaycanda

Nobel mükafatı laureatı Əziz Səncər UNEC-də olub

İsrailli jurnalist Vardanyanın həbsdə olmasını əsaslandırıb

AQC sədri CAATS prezidenti seçilib

AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında yeni qərarlar qəbul edilib

Texnologiya Universiteti ilə “Coca-Cola Azərbaycan” şirkəti arasında memorandum imzalanıb

“Gələcəyin mühəndisi” V respublika müsabiqəsinin qalibləri müəyyənləşib

Türkiyədə anomal istilər özünü kəskin şəkildə göstərməyə başlayıb

Rəşad Əzizov: Sahibkarlığı və yaradıcılığı bir araya gətirsək, bu sahədə sürətli tərəqqiyə nail ola bilərik

FLNKS Fransa prezidentini sözünün üstündə durmağa çağırıb

Myanmada toy keçirilən yer bombalanıb, 27 nəfər ölüb

Balakənli kümçülər iki gündə 700 kiloqramadək yaş barama təhvil veriblər

Dünyaca məşhur “Ovod” M.Teatrın səhnəsində

Əli Əsədov: Ərzaq təhlükəsizliyinin təmini Azərbaycanın dövlət iqtisadi siyasətinin strateji əhəmiyyətli prioritetlərindən biri kimi müəyyən edilib

AzMİU-da fənn olimpiadalarının qaliblərinə diplomlar təqdim olunub

MMU-da NATO-nun Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı çərçivəsində icmal görüşü keçirilib

Məşğulluq və əmək pensiyası haqqında qanunlara dəyişikliklərlə bağlı qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub

Çempionlar Liqasında mövsümün simvolik komandası açıqlanıb

Qəbələdəki beynəlxalq basketbol turnirinin qalibi müəyyənləşib

“Yol hərəkəti və onun təhlükəsizliyi göstəriciləri haqqında” 2 №-li (DYP) rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 26 fevral tarixli 9/09 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

“Tottenhem”in futbolçusu qarət olunub

Reytinq turnirində iştirak edəcək Azərbaycan güləşçiləri dəqiqləşib

BDU-nun rektoru: Biz sahibkarlıqla bağlı təcrübələrimizi digər ölkələrlə paylaşa bilərik

Azərbaycan MDB ölkələrinin Gənclər Teatr Forumunda təmsil olunur

® “Unibank”ın dəstəyi ilə uşaqlar üçün bayram tədbiri keçirilib

Mərkəzi Bank BVF ilə pul siyasətinin transmissiyasının yaxşılaşdırılmasını müzakirə edib

AMEA-da Nobel mükafatı laureatı Əziz Səncərə həsr olunmuş Xüsusi iclas keçirilib

Hulusi Kılıç: Azərbaycanın COP29-a sədrliyini qaralamaq cəhdləri uğursuzluğa məhkumdur

GDU-da yaz imtahan sessiyası başlayıb

Hesablama Palatası və Çinin Milli Audit Ofisi arasında Anlaşma Memorandumu imzalanıb

Çempionlar Liqasında mövsümün ən yaxşı qolu müəyyənləşib

Tarla seminarında “Suvarma şəraitində taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi” mövzusu müzakirə olunub

BMU-nun professor-müəllim heyəti abituriyentlərlə görüşüb

Naxçıvanda taxıl anbarı kompleksinin fəaliyyətinin genişləndirilməsinə güzəştli kredit ayrılıb

Şuşada Beynəlxalq Sahibkarlar Forumu işə başlayıb

Bakıda “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilib

Xidmət rəisi: Xüsusilə İslam dininə məxsus abidələr ya tamamilə dağıdılıb, ya da təhqir edilib

Bu həftəsonu Şamaxıda Hava Şarları Festivalı keçiriləcək

Mədəniyyət naziri tərəfindən İmişlidə keçiriləcək vətəndaşların qəbulu tarixi müəyyənləşib

® “Azerconnect Group” Milli Kibertəhlükəsizlik Forumunun əsas tərəfdaşıdır

Tələbələr narkomaniyanın mənfi təsirləri barədə maarifləndiriliblər

Çexiyalı nazir əməkhaqqını təkcə kronla deyil, həm də avro ilə ödəməyi təklif edib

Təkcə Rusiya bazarlarına 900 TIR-dan çox Cəlilabad kartofu daşınıb - məhsul boldur FOTO

Pul bazası azalıb

Muzeyin əməkdaşı Qazaxıstanda beynəlxalq elmi-praktik konfransda çıxış edib

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

® ABB yeni imic filmini təqdim edib

Azərbaycanın hərbi prokuroru Tatarıstanın Rəisini ölkəmizin qazandığı misilsiz uğurlar barədə məlumatlandırıb

Lord David Evans: Azərbaycan COP29-da çox böyük uğur qazanacaq

Ötən ay BŞTİ-yə 15 min 470 vətəndaş müraciəti daxil olub

On beş gün ərzində Elm və Təhsil Nazirliyinə 59 mindən çox vətəndaş müraciət edib

Balakəndə qanvermə aksiyası keçirilib

DİM və Mədəniyyət Nazirliyinin birgə keçirdiyi imtahanların nəticələri açıqlanıb

Londonda təhsil alan azərbaycanlı gənc Altsheymer xəstəliyinin müalicəsi üçün yeni həll yolları axtarır – MÜSAHİBƏ

Rus Dram Teatrının səhnəsində “Kresloda əyləşən kişiyə sevgi etirafı” tamaşasının premyerası olub

Könüllülər və azarkeşlər sayəsində idmançıların uğurları daha da artacaq

Növbəti mövsüm Azərbaycan Basketbol Liqasında 12 komanda mübarizə apara bilər

Bakıda Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinin açılış mərasimi keçirilib

Alimlər kəkələmənin mənbəyini müəyyənləşdiriblər

Əli Əsədov belaruslu həmkarının dəvəti ilə Minskə işgüzar səfərə gəlib

Çempionlar Liqasının 2023-2024-cü illər mövsümünün ən yaxşı oyunçusu bəlli olub

Azərbaycan məktəbliləri İstanbulda 24-cü Türk Dünyası Uşaq Festivalında iştirak edirlər

Ürək damarlarına stent qoyulması icbari tibbi sığorta ilə ödənişsizdir

Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri ilə görüşüb

Azərbaycan basketbol millisi Qəbələdə keçirilən beynəlxalq turnirdə mübarizəni dayandırıb

Elmi-Tədqiqat Pediatriya İnstitutunda ana südünün əhəmiyyəti ilə bağlı maarifləndirici seminarlar keçirilib

Nazir müavini: Vokalçıların Bülbül adına müsabiqəsinin laureatları dünyanın ən yaxşı səhnələrində çıxış edirlər

“SOCAR Türkiyə” İsrailə xam neftin satılması ilə bağlı ittihamlara cavab verib

Azərbaycan avarçəkənləri Qazaxıstandakı turnirdə 8 medal qazanıblar

ANAMA: Ötən ay 4839,3 hektar ərazi minadan və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

İçərişəhərdə “Uşaqlar üçün İrs” festivalı başa çatıb

Azərbaycanın FIFA referisi Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb

AZAL-ın Rumıniyaya birbaşa uçan təyyarəsi Buxarest aeroportuna eniş edib VİDEO

“Qərbi Azərbaycana qayıdış” mövzusunda intellektual yarış keçirilib

Azərbaycan məktəbliləri Türkiyədə beynəlxalq riyaziyyat olimpiadalarında səkkiz qızıl medal qazanıblar

Ədliyyə naziri Zaqatala rayonunda vətəndaşları qəbul edəcək

BDU-da yaz imtahan sessiyası başlanıb

Göygöl sakininə saxta əlillik dərəcəsi təyin edilməsi faktı ilə bağlı cinayət işi başlanılıb

Azərbaycanın kapoeyra millisi Avropa çempionatında birinci yeri tutub

XİN-in rəsmisi: Təcrübədə miqrasiyanın tələblərindən yayınmaq məqsədli nikahların bağlanması hallarına çox rast gəlinir

Aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin sırası genişləndirilir

Miqrasiya Xidmətinin rəsmisi: Məqsədli nikahlar qanunsuz miqrasiyanın hüdudlarının genişlənməsinə gətirib çıxarır

“Nvidia” yeni süni intellekt çiplərini anons edib

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının komissiya sədri, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Viktor Pinskidən

Azərbaycan COP29 çərçivəsində BEA ilə birgə əməkdaşlığı razılaşdırıb

Gürcüstan hökuməti pandemiya zamanı vətəndaşlara yazılan 2 milyon dollarlıq cəriməni silir

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Qaradağ rayonunda “Təmiz hava” aylığı ilə əlaqədar tədbir keçirilib

Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının Sədri Kim Çen Indan

BMU-da Şimali Kipr Türk Respublikasının universiteti ilə əməkdaşlıq imkanları müzakirə edilib

Son beş ildə ünvanlı sosial yardım təyinatında tətbiq edilən ehtiyac meyarı 2,3 dəfə artıb

Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsində 150-dən çox vokalçı yarışacaq

Hindistanda keçirilən seçkilərdə 642 milyon nəfər iştirak edib

Çinin “Çayne-6” kosmik zondu Ayın görünməyən tərəfinə enib

“Audiovizual mediada uşaq hüquqlarının qorunması” adlı məlumat kitabçası nəşr edilib

BVF ilə Azərbaycanın maliyyə sektorunun dayanıqlılığının artırılmasının yeni istiqamətləri müzakirə edilib

Türkiyə rəsmisi türk ölkələrinin gənclərinin kosmik sahədə təmaslarının əhəmiyyətindən bəhs edib