Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Bakıda keçirilən beynəlxalq konfransda Xocalı soyqırımının ağır nəticələrindən danışılmışdır

Bakı, 24 fevral (AZƏRTAC, Əsəd Məmmədov). Fevralın 24-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

Tədbiri açan Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası idarə heyətinin üzvü, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı Xocalı faciəsinin ağrılı nəticələrindən danışmışdır.

Bildirilmişdir ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ermənilər tərəfindən Azərbaycana böyük həcmdə maddi və mənəvi ziyan dəymişdir. Azərbaycanın işğal edilmiş 20 faiz ərazisində Ermənistan tərəfindən şəhər və kəndlər, infrastruktur dağıdılmış, qarət və talanlar törədilmişdir. Eyni zamanda, torpaqlarımızın işğal altında saxlandığı 20 il ərzində iqtisadiyyata, ətraf aləmə, fauna və floraya, tarixi-mədəni sərvətlərə amansız zərbələr dəymişdir. Bu ziyanın hesablanması prosesi gedir. Beynəlxalq təcrübəyə uyğun olaraq dəyən ziyan araşdırılır və müvafiq qiymətləndirmə aparılır.

Sonra erməni silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söhbət açan filim nümayiş etdirilmişdir.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov beynəlxalq konfransda çıxış edərək demişdir ki, Xocalı soyqırımı XX əsrdə törədilmiş ən qəddar faciədir. Bu beynəlxalq konfransda həm bu faciənin, həm də Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycana vurulmuş ziyanın beynəlxalq səviyyədə qiymətləndirilməsi məsələlərinin müzakirəsi çox önəmlidir.

Əli Həsənov qeyd etmişdir ki, Xocalı faciəsi bir günün faciəsi deyil, bu soyqırımı ermənilərin son 200 il ərzində Azərbaycan türklərinə qarşı apardığı ədalətsiz, çirkin mübarizənin nəticəsidir. Yüz ildən artıqdır ki, dünyada fəaliyyət göstərən erməni diasporu türklərə qarşı qətl və terror aksiyaları həyata keçirməklə məşğuldur. Bu bədnam siyasət XX əsrdə daha intensiv xarakter almışdır. Azərbaycan torpaqlarının işğalı və Xocalı soyqırımı bunun əyani təsdiqidir.

Artıq Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinə kifayət qədər məlumat çatdırılmışdır. 2009-cu ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası bu istiqamətdə işi daha da fəallaşdırmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları ilə xarici ölkələrdəki səfirliklərimiz, diplomatik nümayəndəliklərimiz bu işə fəal şəkildə qoşulmuşlar. Artıq görülmüş işlər öz nəticəsini də verir, hazırda dünyanın 3 ölkəsində Xocalı soyqırımı ilə bağlı abidə ucaldılmışdır. Bir sıra ölkələrdə Xocalı soyqırımına dair qətnamələr qəbul olunmuşdur, o cümlədən ABŞ-ın bir çox ştatında Xocalı soyqırımı tanınmışdır.

Vurğulanmışdır ki, bu gün Azərbaycan dövləti kifayət qədər güclüdür. Prezident İlham Əliyevin səyləri və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz bütün dünya ictimaiyyətinə tanıdılmışdır. Azərbaycanın tolerant, sülhsevər bir ölkə olduğu bütün dünyaya sübut edilmişdir.

Əli Həsənov bildirmişdir ki, Azərbaycan güclü orduya sahibdir. Bu gün Azərbaycan ordusu işğal edilmiş bütün torpaqlarımızı azad etməyə qadirdir.

Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsinin beynəlxalq səviyyədə aparıldığını deyən Baş nazirin müavini bu ziyanın artıq 300 milyard dolları ötdüyünü bildirmişdir. Vurğulanmışdır ki, qiymətləndirmə başa çatandan sonra Azərbaycan bu ziyanın Ermənistan tərəfindən ödənilməsini tələb edəcəkdir.

Çıxış edən baş prokurorun müavini - hərbi prokuror Xanlar Vəliyev bildirmişdir ki, 1988-ci ildən bəri Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı törədilən soyqırımları, cinayətlər və deportasiyalarla bağlı prokurorluqda 3 istiqamətdə istintaq aparılır. Birinci istiqamət Xocalı, Meşəli, Qaradağlı və s. yaşayış məntəqələrində azərbaycanlılara qarşı törədilmiş cinayət əməlləri araşdırılır. İkinci istiqamət ermənilər tərəfindən nəqliyyat vasitələrində, metrolarda və müxtəlif yerlərdə törədilmiş terror aktları ilə bağlıdır. Üçüncü istiqamət isə, əsir və girov götürülmüş insanlara qarşı törədilmiş cinayətlərdir.

Tədbirdə çıxış edən Moldova Qiymətləndiricilər Birlikləri Assosiasiyasının prezidenti Dmitriy Tereburke demişdir ki, işğal nəticəsində Azərbaycana dəyən ziyanın hesablanması istiqamətində beynəlxalq qiymətləndirmə standartlarına əsasən beynəlxalq ekspertlərin iştirakı ilə aparılan işlərdən xəbərdardır və bunu təqdir edir.

Almaniya Bundestaqının üzvü Volkan Baran Xocalı soyqırımının tanıdılması istiqamətində aparılan işləri yüksək qiymətləndirmişdir. İyirmi iki il əvvəl Almaniyada yaşayan türklərin Xocalı soyqırımı ilə bağlı yetərincə məlumatlı olmadığını vurğulayan V.Baran hazırda bu istiqamətdə davamlı iş aparıldığını diqqətə çatdırmışdır.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Xalq Yazıçısı Çingiz Abdullayev və başqaları çıxış edərək Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində görülmüş işləri yüksək qiymətləndirmişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş mühazirə təşkil olunub

Gənc gimnastlar: Azərbaycanı Avropa çempionatında təmsil etmək əla hissdir

Bakıdakı Rus evində “Slavyan yazısı və mədəniyyəti günü” qeyd edilib

Zaqatalada 44 yaşlı qadın qətlə yetirilib

Azərbaycan Prezidenti: “Yaşıl dünya naminə həmrəy olaq” şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir

Prezident: İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin səslərinin yüksək və aydın eşidilməsi üçün əlimizdən gələni edəcəyik

Prezident İlham Əliyev: Azərbaycan həmişə İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin legitim maraqlarını və narahatlıqlarını müdafiə edib

Türk Dövlətləri Təşkilatı 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib

İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransının iştirakçılarına

Yığmanın məşqçisi: Vətənə medalla dönmək qürurverici hissdir

Budapeştdə Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun fərdi sərgisi açılıb

Azərbaycan millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Azərbaycanın dörd idmançısı Batumidə keçirilən turnirin qalibi olub

Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib

Səfir: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin və bütün region üçün mühüm mərhələdir

Laçında 32 ildən sonra keçirilən futbol yarışının qalibi müəyyən olub

Autizmli şəxslər üçün sosial xidmətlərin Malta modeli ilə tanışlıq səfəri olub

Azərbaycan diplomatları Cümhuriyyətin qurucularının Fransadakı məzarlarını ziyarət ediblər

Nizami Kino Mərkəzində “Qarabağın cizgiləri” adlı sərgi açılıb

28 May - Müstəqillik Günü Bişkekdə qeyd olunub

Avropa çempionatında uğurlu çıxış edən Azərbaycan gimnastları Vətənə dönüblər VİDEO

Bakı İlahiyyat Kollecinin loqosunun müəyyən edilməsi üçün müsabiqə elan olunur

Vəkillərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə diqqət yetirilir

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Çin Yeni Kaledoniyadan 18 vətəndaşını təxliyə edib

Azərbaycanın yeniyetmə rəssamlarının əsərləri Koreya Respublikasında sərgidə nümayiş olunur

Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Pxenyan: Hərbi kəşfiyyat peykinin buraxılışı uğursuz olub

Kür çayı Tovuz rayonunda da fəsadlar törədib FOTO VİDEO

® ABB səhmdarlarına 185 000 000 manat dividend ödəyəcək!

Türkiyədə şəhid Məmmədağa Səfərovun adını daşıyan məktəbdə ona həsr olunan guşə açılıb

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerdən

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2022-ci il 16 avqust tarixli 5/19 saylı Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Siyasi partiyalar tərəfindən təqdim edilmiş illik maliyyə hesabatlarının qəbul olunması və nəzərdən keçirilərək ictimailəşdirilməsi qaydalarına dair Təlimat”ın təsdiq edilməsi barədə Mərkəzi Seçki Komissiyasının 2015-ci il 15 may tarixli 9/79 saylı Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasında 2024-cü ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 2 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

Naxçıvanda Dövlət Proqramının icrasının təşkili məqsədilə İşçi Qrupu yaradılıb

Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinə sədrlik Türkiyəyə keçib

Rəqabət Məcəlləsinin biznes mühitinə təsir imkanlarına dair ictimai müzakirə təşkil olunub

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

BDU rektoru Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin VII Baş Assambleyasında çıxış edib

Olimpiya Təsnifat turniri: Azərbaycan boksçusu ilk görüşündə qələbə qazanıb

Azərbaycan nümayəndə heyəti Daşkənddə keçirilən seminarda iştirak edir

Daha bir qurum İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 134-cü kitabı çapdan çıxıb

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili ilə bağlı qanunvericilik təkmilləşdirilir

® Bakıda “Yango” şirkətinin tərəfdaşı olan “Yes Park” taksi parkının açılışı olub

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

Milli Məclisin komitə iclasında 2024-cü il üzrə dövlət büdcəsinə dəyişikliklər müzakirə edilib

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçdən

Lvovun qubernatoru: Naxçıvanla ikitərəfli əməkdaşlığı intensivləşdirməkdə maraqlıyıq - MÜSAHİBƏ VİDEO

Cari ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi başa çatıb

69 dövlət əmlakı özəlləşdirilməyə çıxarılacaq

“Qəbələ” baş məşqçisi ilə 3 illik yeni müqavilə imzalayıb

Mədəniyyət naziri Samuxda vətəndaşları qəbul edəcək

® “Kapital Bank”ın dəstəyi ilə NDU-da “Cyber Bootcamp” layihəsi başa çatıb

“Azərbaycanın milli dövlətçilik tarixində Cümhuriyyətin yeri” - dəyirmi masa

“Yüksəliş” müsabiqəsinin növbəti mərhələsində 1311 nəfər iştirak hüququ qazanıb

Cümhuriyyət generalımızın həyatı: Göyçayda doğulub, müharibədə vuruşub, nazir müavini işləyib, Lvovda dərs deyib VİDEO

TÜRKPA-nın komissiya iclasında üzv ölkələrdə tibbi tullantılarla bağlı məsələlər müzakirə olunub

Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın Mingəçevirdə iclası keçirilib

Azərbaycan Cüdo Federasiyasında dünya çempionları ilə görüş olub

ABAD-çı rəssam: Artıq ölkə daxilində deyil, həm də xaricdən sifarişlər alıram MÜSAHİBƏ

Dövlət Məşğulluq Agentliyinin rəhbər heyəti Bakı Mühəndislik Universitetində olub

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

Rumıniyanın Prezidenti Klaus Verner İohannisdən

Azərbaycan və Serbiyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib

Qubada “İllərin sənətkarı” milli aşpazlar mükafatı təqdim olunub FOTO VİDEO

“Omar Kuboku” uğrunda konkur yarışları keçirilib

MEK kitabsevərləri “Açıq qapı” günlərinə dəvət edir

Bakıda uşaqlar üçün yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb VİDEO

Millinin sabiq futbolçusu: “Neftçi”nin avrokuboklardan kənarda qalması dünyanın sonu deyil

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Müstəqillik Günü qeyd edilib

Nərimanov rayonunda 10 kiloqram narkotik vasitə, 1 “Kalaşnikov” və 62 soyuq silah aşkarlanıb VİDEO

DİM: Qabiliyyət imtahanı verəcək bakalavrlar buraxılış vərəqəsini çap edə bilərlər

“Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfrans keçirilib YENİLƏNİB

Bakıda keçiriləcək “Translogistica Caspian” sərgisinin proqramı açıqlanıb

Alimlər hansı geyim rənginin ağcaqanadları cəlb etdiyini açıqlayıblar

Dünya çempionatlarında ən çox qol vurmuş futbolçular bəlli olub

“Sağlamlıq naminə mübarizədə bizdən biri ol” devizi ilə marafon təşkil edilib

Azərbaycanın əsas su anbarlarında ötən illə müqayisədə 4 milyard kubmetr artıq su toplanıb - EKSKLÜZİV

Milli Xalça Muzeyində 28 May – Müstəqillik Günü qeyd olunub

Şəkərabad-Babək şəhər-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunda təmir-bərpa işləri aparılır VİDEO

Nigeriyada məscid çöküb: üç nəfər ölüb, yeddi nəfər yaralanıb

Əmək qanunvericiliyinə dair ixtisasartırma kursuna start verilib

Toğrul Əsgərov: Güləşçilərimiz Bakıda daha çox medal qazana bilərdilər

Əlahiddə Ümumqoşun Orduda növbəti gizir və buraxılış mərasimi keçirilib VİDEO

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

Keçmiş məcburi köçkünlərin məşğulluq və Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

İspaniya və Ukrayna təhlükəsizlik haqqında müqavilə imzalayıb

Azərbaycan Şərq Tərəfdaşlığı ölkələrinin Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinə sədrlik edəcək

“BDU qocaman müəllimlərin gözü ilə” - professor İzzət Rüstəmovla görüş

ATMU-da Azərbaycan Xalq Cümhuriyyətinin 106 illiyi qeyd edilib

MSK sədrinin müavini: Bu il irimiqyaslı fəaliyyətlər həyata keçirilib

Qobustan və Şamaxı rayon sakinlərinin təkliflərinə baxılacaq

Şagirdlər Bakı Ali Neft Məktəbində olublar