Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO

Bakı, 3 may, N.Məmmədova, AZƏRTAC

Mayın 3-də Azərbaycanın paytaxtı Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformasiya Şurası) XXXI iclası keçirilib. Görüş Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) binasında təşkil olunub.

İclasda iştirak edən AZƏRTAC, TASS, BELTA, “Kabar” və “Xovar” agentliklərinin rəhbərləri və onların müavinləri Rusiya Federasiyasının MDB-də sədrliyi ilində əməkdaşlığın perspektiv istiqamətlərini, həmçinin gələn il İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinin qeyd edilməsinə hazırlıq üzrə peşəkar qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev qeyd edib ki, İnformasiya Şurasının Bakıda keçirilən bu iclası sayca beşincidir. AZƏRTAC-ın Birliyə üzv dövlətlərin informasiya agentlikləri ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini bildirən İdarə Heyətinin sədri deyib: “MDB çərçivəsində informasiya sahəsində tərəfdaşlıq əlaqələrin inkişafında, xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində, humanitar əməkdaşlıq sahəsində qarşıya qoyulmuş vəzifələrin həllində aparıcı yerlərdən birini tutur. İnformasiya Şurasının təşəbbüsü ilə qurumlarımızın indiyədək həyata keçirdiyi birgə layihələr ortaq dəyərlərin qorunmasına, xalqlarımızın mədəniyyətinin və turizm imkanlarının təşviqinə yönəlib”.

MDB Baş katibinin müavini Denis Trefilov MDB İcraiyyə Komitəsinin rəhbərliyi adından iclas iştirakçılarını salamlayaraq qonaqpərvərliyə, Bakıda toplaşmaq, fikir mübadiləsi aparmaq və ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə kömək edən tədbirləri işləyib hazırlamaq imkanına görə AZƏRTAC-a təşəkkürünü bildirib.

“Bu gün biz həmişəkindən daha çox sayda feyk xəbərlər və informasiya tullantıları ilə, media, sosial şəbəkələr və mesencerlər vasitəsilə ölkələrimiz arasında münasibətlərə nifaq salmaq cəhdləri ilə üzləşirik. Ona görə də ölkələrimiz daxilində quruculuq proseslərini və MDB məkanında dövlətlərarası inteqrasiyanın əleyhinə yönəlmiş, dövlətlərimiz və hadisələr haqqında yalan məlumatların qarşısının alınması istiqamətində aparılan işlər xüsusilə aktualdır. Dövlət informasiya agentlikləri cəmiyyətin və vətəndaşlarımızın aktual, etibarlı xəbərlərlə təmin olunmasında əsas rol oynayır”, - deyən Baş katibin müavini xəbər agentliklərinin qarşılıqlı fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, belə tərəfdaşlığı bütün vasitələrlə inkişaf etdirmək və dəstəkləmək lazımdır.

Sonra çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev iqlim dəyişikliyi və yaşıl enerji məsələlərinin işıqlandırılmasından bəhs edib. Deyib ki, iqlim dəyişikliyi, yaşıl enerjiyə keçid, ətraf mühitin mühafizəsi və bərpaolunan enerji mənbələri son vaxtlar ən çox müzakirə edilən mövzular arasındadır. Dünya mediası bu məsələlərə böyük diqqət yetirir, mətbuatda həmin mövzunun işıqlandırılması ilə bağlı müzakirələr aparılır.

Azərbaycan Prezidenti İlham Əliyevin cari ili ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan etdiyini xatırladan İdarə Heyətinin sədri iclas iştirakçılarının diqqətinə çatdırıb ki, ölkəmizdə bu sahədə böyük layihələr həyata keçirilir, yeni su, Günəş və külək elektrik stansiyaları tikilir.

Vüqar Əliyev deyib: “Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri yaşıl enerji zonası elan edib. Tamamilə dağıdılmış və yenidən dirçəldilən bu ərazilərdə yaşıl enerji o yerlərin bərpası prosesinin əsas istiqaməti olacaq”.

Azərbaycanın 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini xatırladan İdarə Heyətinin sədri vurğulayıb ki, iki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və ölkəmizə 80 minə yaxın əcnəbi qonaq gələcək. O deyib ki, 198 ölkə Konvensiyanın tərəfdaşıdır və bu, tədbirin necə böyük miqyasa malik olduğunu göstərir.

Agentliyin rəhbəri qeyd edib: “AZƏRTAC bu konfransın işıqlandırılmasında fəal iştirak edəcək. Biz, həmçinin həmkarlarımızı öz ölkələrindəki auditoriya üçün maraqlı və faydalı olacaq məlumatları yaymaq istiqamətində birgə fəaliyyət göstərməyə dəvət edirik. Əminəm ki, birgə səylərlə insanlara ölkələrin iqlim dəyişikliyi və yaşıl enerjiyə keçidlə bağlı qəbul etdikləri qərarlar barədə daha yaxşı məlumat verə bilərik”.

Birliyə üzv ölkələrin dövlət xəbər agentlikləri arasında əməkdaşlıqdan danışan Vüqar Əliyev qeyd edib ki, son vaxtlar bu əlaqələr intensivləşib. Bu, təcrübə mübadiləsinə və birgə layihələrin həyata keçirilməsinə imkan yaradır. O, bu kontekstdə TASS agentliyinin Moskvada təşkil etdiyi seminarları, eləcə də AZƏRTAC ilə TASS arasında həyata keçirilən mübadilə proqramını məhsuldar adlandırıb.

İdarə Heyətinin sədri Müstəqil Dövlətlər Birliyi ölkələrindən olan həmkarlarını iyulun 22-də Azərbaycanın Şuşa şəhərində keçiriləcək Qlobal Media Forumunda iştirak etməyə dəvət edib. O qeyd edib ki, Forum çərçivəsində Türk Xəbər Agentlikləri Alyansının birinci iclasının keçirilməsi də nəzərdə tutulur.

Sədr Vüqar Əliyev çıxışının sonunda vurğulayıb: “İnformasiya Şurasının gündəliyində məsələlər çoxdur. Biz artıq Qələbənin 80 illiyi (İkinci Dünya müharibəsində), eləcə də 2025-ci ildə Azərbaycanda keçiriləcək MDB Oyunları kimi əlamətdar hadisələri işıqlandırmağa hazırlaşırıq. Həqiqətən, İnformasiya Şurası bir əsrlik tarixə malik olan agentlikləri birləşdirir. Dekabrda BELTA 105 illiyini qeyd etdi, sentyabrda isə TASS 120 illik yubileyini bayram edəcək. Gələn il AZƏRTAC üçün də yubiley ili olacaq, biz 105-ci ildönümümüzü qeyd edəcəyik”.

MDB İnformasiya Şurasının sədri, Rusiyanın TASS informasiya agentliyinin baş direktoru Andrey Kondraşov Rusiya Federasiyasının MDB-də sədrliyi ilində Birlik ölkələrinin dövlət informasiya orqanları arasında əməkdaşlıq istiqamətləri barədə məlumat verib. O qeyd edib ki, Rusiyanın sədrliyi MDB-nin inteqrasiya birliyi və onun beynəlxalq nüfuzunun daha da gücləndirilməsinə, Birlik və digər beynəlxalq təşkilatlar, eləcə də maraqlı dövlətlər arasında əməkdaşlığın inkişafına yönəlib. Digər mühüm məqsəd iqtisadi inteqrasiyanın, o cümlədən vahid iqtisadi məkanın yaradılması kontekstində enerji, sənaye, aqrar-sənaye kooperasiyası, nəqliyyat və kommunikasiyaların rəqəmsallaşdırılması, ekologiya və iqlimin mühafizəsi, elmi-texniki və innovasiya əməkdaşlığı sahəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsidir.

TASS-ın baş direktoru deyib ki, prioritet həm də Birliyə üzv dövlətlərin təhlükəsizliyinə ənənəvi və yeni çağırışlara, təhdidlərə qarşı birgə mübarizə mexanizmlərinin təkmilləşdirilməsi, hərbi sahədə və sərhəd təhlükəsizliyi üzrə əməkdaşlığın gücləndirilməsidir.

“Bizim işimizin mühüm istiqaməti tarixin saxtalaşdırılmasına və nasizmin reabilitasiyası cəhdlərinə qarşı mübarizə tədbirlərinin dəstəklənməsidir. Bu baxımdan, nasizmə qarşı mübarizədə sülh və birlik ili olan 2025-ci ildə Birlik tərəfindən Qələbənin 80 illiyinin qeyd edilməsinə hazırlıq işlərinə xüsusi diqqət yetirməliyik”, - deyə Andrey Kondraşov əlavə edib.

Belarus Teleqraf Agentliyinin - BELTA-nın baş direktoru İrina Akuloviç Belarusun faşist işğalçılarından azad edilməsinin və İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı agentliyin layihələri barədə məlumat verib.

Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyinin baş direktoru Mederbek Şermetaliyev və Tacikistan Respublikasının “Xovar” Milli İnformasiya Agentliyinin direktoru Subhiddin Şamsiddinzoda Qələbənin 80 illik yubiley tədbirlərini işıqlandırmaq üçün rəhbərlik etdikləri strukturların hazırlıq işlərindən bəhs ediblər. MDB İcraiyyə Komitəsinin İnformasiya və Analitik Departamentinin direktoru Aleksandr Matyaş isə 2024-cü ildə Birliyin əsas hadisələri haqqında danışıb. Bundan əlavə, iclasda TASS-ın MDB ölkələri sektorunun rəhbəri Boris Qruşin çıxış edib.

İclasda söz alan TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunacaq və SSRİ-nin hər bir xalqının onun qazanılmasına töhfəsini əks etdirəcək xüsusi nəşr hazırlamağı təklif edib.

“Təklif edirəm ki, Qələbənin 80 illiyi ilə əlaqədar İnformasiya Şurasının üzvü olan hər bir qurumun materialları əsasında vahid toplu nəşr olunsun. Beləliklə, hər bir agentlik öz tarixini araşdırmaq, naməlum faktları, hələ də xüsusi işıqlandırılmamış hadisələri aşkara çıxarmaq imkanı əldə edəcək. Bundan əlavə, hər bir agentlik öz fotoşəkillərini təqdim edəcək. Digər tərəfdən, Rusiya bu gün “Qələbə”ni özəlləşdirməkdə ittiham olunur. Bu layihə vasitəsilə biz hər bir xalqın töhfəsini dəyərləndirəcəyimizi bildiririk. Nəşrdə Avropa dillərində - ingilis, alman, fransız və digər dillərdə annotasiyaların yerləşdirilməsi məqsədəuyğun olardı”, - deyən Mixail Qusman əlavə edib ki, eyni məcmuələrin Azərbaycan, qazax, qırğız və digər dillərin əsasında vahid bir dizaynda yaradılması da mümkündür.

TASS agentliyi baş direktorunun birinci müavininin təklifi İnformasiya Şurasının digər üzvləri tərəfindən qəbul edilib.

Öz növbəsində, MDB İnformasiya Şurasının sədri, TASS-ın baş direktoru Andrey Kondraşov təklif edib ki, bu strukturun sentyabrda Moskvada keçiriləcək növbəti iclasında layihənin konsepsiyası gündəliyin ayrıca məsələsi kimi baxılmaq üçün təqdim edilsin, ondan sonra praktiki işlər 2025-ci ilin mayına qədər başlamalı və tamamlanmalıdır.

MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XXXII iclasının Moskvada, cari il sentyabrın 11-15-də keçirilməsi nəzərdə tutulan BRICS Media sammiti platformasında təşkil edilməsi qərara alınıb.

MDB İnformasiya Şurasının sədri, Rusiyanın TASS informasiya agentliyinin baş direktoru Andrey Kondraşovun sözlərinə görə, platformanın təşəbbüskarı olan Sinxua ilə razılaşmaya əsasən, Rusiyanın BRICS-də sədrliyi çərçivəsində Media sammitini ilk dəfə Rusiya agentliyi keçirəcək. O, bununla bağlı bildirib ki, sammitdə 30-dan artıq ölkədən aparıcı media orqanlarının 100-dən çox rəhbər şəxsinin iştirakı gözlənilir.

Andrey Kondraşov əlavə edib ki, Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası bayram əhvali-ruhiyyəsində keçiriləcək, çünki bu tədbir TASS-ın 120 illiyinə həsr olunub.

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vatikan Məryəmin heykəli və qan damcıları olan xaçlardan ehtiyatlı olmağı tövsiyə edib

İtaliyalı diktator Mussolini üçün tikilən sığınacaq ziyarətçilərə açılıb

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır